Icma.az
close
up
RU
Biləsuvarda tikilən Günəş elektrik stansiyasında görülən işlərlə tanışlıq olub

Biləsuvarda tikilən Günəş elektrik stansiyasında görülən işlərlə tanışlıq olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar, 12 avqust, İsmayıl Cəfərli, AZƏRTAC.

Biləsuvarda Günəş elektrik stansiyasının tikintisi çərçivəsində ilk günəş paneli dayağının quraşdırılmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao ərazidə görülən işlərlə tanış olublar.

İcra başçısı bu böyük layihənin həyata keçirilməsi nəticəsində rayonun enerji təminatında əhəmiyyətli irəliləyişin əldə olunacağını, bərpaolunan enerji mənbələrindən istifadə edilməsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib.

Faiq Qürbətov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji strategiyası həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də bərpaolunan enerji potensialından səmərəli istifadə olunmasına imkan verəcək. Bu layihə təkcə rayonun deyil, bütövlükdə ölkənin yaşıl enerji siyasətinə uyğun olaraq, gələcək nəsillərə daha sağlam mühitin ötürülməsinə xidmət edəcək.

Tədbirdə tərəfdaş şirkətlərin nümayəndələri layihə barədə məlumat veriblər.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb.

Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən yüksəkixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvar rayonundan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Xatırladaq ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda Günəş Elektrik Stansiyasının inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanıb və 2024-cü il iyunun 4-də Prezident İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə layihənin təməli qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see204

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see151

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see149

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see144

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see144

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see137

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see137

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see136

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see135

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see134

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see132

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see127

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see124

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri