Icma.az
close
up
RU
Bilgi inancının professoru

Bilgi inancının professoru

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu yaxınlarda tanınmış jurnalist publisist, alim, bir sözlə, dəyərli söz, bilim və fikir adamı İbrahim Nəbioğlunun yeni kitabını oxudum. Kitab belə adlanır: "Gələcək çox tez gələcək".

Müəllif özünün futurustik baxışlarının, çoxillik araşdırmalarının məhsulu olan bu dəyərli əsərə dünyaca məşhur astrofizik, yazıçı, filosof Karl Şaqandan bir epiqraf verib. Həmin epiqraf belədir: "İnanmaq yox, bilmək istəyirəm".

Məncə, Şaqan bilgini inancdan üstün bir yerə qoymur, sadəcə, inancın da əsasında bilginin dayandığını vurğulayır. Görünür, bu elm duayeni nəyə və niyə inandığını bilmək istəyib. Əsas inanmaq deyil, əsas nəyə və niyə inanmaqdır. Hər halda mən Şaqanın fikrini belə yozdum.

Başqa bir alim haqqında yazmaq fikrinə düşəndə, bu epiqraf və öz yozumum yadıma düşdü.

Əslində iqtisad elmləri doktoru, pofessor Əlövsət Əliyevin paylaşdığı məqaləni oxuyandan sonra düşündüm: mən o şəxs haqqında daha nə yaza bilərəm? Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli barədə öz alim həmkarları o qədər geniş və məzmunlu yazıblar ki, mən nəsə yeni bir şey yazacağıma şübhə etdim. Ramiz Rövşən demişkən: "Daha dil dəyməmiş bir söz qalmayıb..." Ancaq dil elə ona görə dildir ki, özünün o sehrli daxılında, dərin saxlancında həmişə yeni bir söz var.

Bir sözlə, yeni bir söz həmişə var. Bilmirəm, mən o təzə sözü tapıb deyəcəm, ya yox. Hər halda ən azı Karl Şaqan mənə ipucu verib. Mən yenidən İbrahim Nəbioğlunun o son dərəcə maraqlı və ən başlıcası, çox faydalı kitabına qayıdıram. Müəllif belə bir statistikaya istinad edib: "Türkiyədə 25 nəfər ildə 1 kitab oxuyur, ancaq Yaponiyada 1 nəfər ildə 25 kitab oxuyur".

Bəli, ona görə Yaponiya dünyaya meydan oxuyur. Təbii ki, iqtisadi, texnoloji mənada. Biz müsəlman Şərqində məktəblərlə məscidlərin sayını Avropanın qərbində məktəb-kilsə nisbəti ilə tutuşdursaq, çox şey bizə aydın olacaq. Şərqin zamanında Dünyanı Qərbə uduzmağının niyəsi məhz burada gizlənib. Şərq insanı hələ də daha çox inanclarında taxılıb qaldığı halda Qərb adamı bilmək istəyinin qanadlarında artıq çoxdan və çox uzağa uça bilib.

Şərq insanı daha çox inanmaq istədiyinə inanır, Qərb insanı isə bilmək istədiyini bilir.

Bilirsiniz, inanmaq daha çox emisional bağlılığın nəticəsidir; ifrata varanda doqmatik düşüncə tərzinə dönüşür. Bilmək istəyi isə sorğulamaq ehtiyacı yaradır. Karl Şaqan da inanc mərkəzli deyil, elm mərkəzli bir dünya istəyir.

Niyə?!

Çünki inanmaq - birinin fikrinə, sözünə fərqinə varmadan, məğzinə dalmadan tabe olmaqdır. İnandığın səni idarə edir. Bilmək isə özünü və yeri gələndə başqalarını yönləndirmək imkanı deməkdir. Demokratiyanın əsasında şübhə təsadüfən dayanmayıb ki. Hər nə qədər qüsurlu quruluş olsa da, bir mühüm məziyyəti beş qüsurunu birdən silər. Başlıca məziyyəti isə araşdırıcı inancıdır.

Sən əvvəlki seçimindən şübhələnməsən yeni bir seçim edə bilməzsən, elə deyilmi?! Biz, deyəsən, çox hallarda faydalı olacağına inandığımız seçimə üstünlük veririk (bunun məhz belə olacağını bilməsək də). Ancaq ən doğrusu - faydalı olduğunu bildiyin seçimdir; bu halda insan bilgiyə inanır. Onu irəli aparan kor-koranə inam deyil, şübhə duyğusudur. Elm də məhz sorğulama mexanizminin doğurduğu fenomendir.

Ancaq inancla bilgini qarşı-qarşıya gətirmədən, birini o birindən üstün tutmadan - bu iki axını bir məcrada saxlamaqla, öz yolunda irəliləmək hər oğulun işi deyil. Professor Nazim Müzəffərli bunu bacaran oğuldur.

Necə?

Çox uzun-uzadı yazmayacam; çox misallarla oxucunu yormayacam. Sadəcə, bir fakt gətirəcəm. Amma bu, sadə bir fakt deyil.

Baxın: "Azərbaycan postkonflikt ərazilərin bərpası: konseptual əsaslar" adlı əsəri professor Nazim Müzəffərli 2010-cu ildə başqa bir alim həmkarı ilə birlikdə yazıb.

Diqqət etdinizsə, 2010-cu il! O zaman hələ Qarabağ, Şərqi Zəngəzur torpaqları Ermənistanın işğalçı ordusunun nəzarəti (əsarəti) altında idi. Hələ tarixi Zəfərə 10 il qalırdı.

Etiraf edək: Azərbaycanda çox insan artıq Qarabağın azad olunacağına inamını itirmişdi. Bu hisslə barışmasaq da, çoxumuz o torpaqlardan əlimizi üzmüşdük, elə deyilmi?! Bəlkə bunu indi boynumuza almayacağıq; hətta belə hiss etdiyimizdən xəlvətdə postfaktum utanacağıq da. Ancaq özümüzlə tək qalanda bunun haqq-hesabını için-için çəkirik; Haqqın hesabı var axı ən axırda! Biz dansaq da, hər şeyi uca Haqq yaxşı bilir; gerçəyi özümüzdən gizlətmək qəflətinə düşə bilərik, ancaq Allahdan ki gizlənə bilmərik.

Bax, belə bir məqamda - Qarabağa qovuşmağa ümidimiz öləziyəndə bir alim çıxır və... münaqişədən sonra ərazilərin bərpasına dair konsepsiya yazır. Təkcə yazmaqla da yetərlənmir, bu sənədin dünyanın dörd bir tərəfində - ABŞ-da, Böyük Britaniyada, Avropada, Rusiyada... təqdimatını keçirir.

Təsəvvür edin: Avropa Parlamenti işğalçının "başını sığallayanda", yəni Ermənistanın xeyrinə qətnamələr çıxaranda, bax, elə həmin Avropa Parlamentində Azərbaycanlı alimin - professor Nazim Müzəffərlinin işğaldan azad olunacaq ərazilərin bərpası haqda konsepsiyasının tanıtımı keçirilir.

Bəli, alim Qarabağın geri alınacağına, yenidən və YENİ bir Qarabağ qurulacağına qəlbən inanırdı. Təkcə inanmırdı, həm də bunun belə olacağını BİLİRDİ. Professor Nazim Müzəffərli bilirdi və bizim çoxumuzdan (demək olar, hamımızdan) fərqli olaraq görürdü ki, ölkədə necə bir ordu quruculuğu gedir. O görürdü ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün əlverişli şərtləri necə yetişdirir; ölkə rəhbəri dövlətin resurslarını bu tapşırığa necə səfərbər edir, gələcək qələbənin zəmini necə atılır.

Kim bilməsə də, görməsə də, Professor bunları görürdü, bilirdi. Gələcəkdəki xoşbəxt reallıq onun gözlərinin önündə canlanırdı.

Miqyaslı şəxsiyyətlər faktlara, hadisələrə taxılıb qalmır, tendensiyaları izləyir, prosesləri əvvəlcədən oxuya bilir; dəqiq təhlil "maşını", proqressiv fikir "fabriki", kreativ ideya "generatoru" olaraq, ictimai həyatın lokomotivinə çevrilir.

Təsadüfi deyil ki, məşhur psixoanalitik Valeri Sinelnikov yazırdı: "Heç bir fikir elə-belə yaranmır. Hər fikir hansısa bir pozitiv niyyətin reallaşnasına xidmət edir. Bu, qanundur".

Professor bu qanunu yaxşı bilir və ona əsaslanaraq, öz həyat amalını, iş prinsipini müəyyənləşdirir.

Professor Nazim Müzəffərli həmişə bir addım öndə idi; öz analitik ağlı, çevik məntiqi, alim fəhmi, araşdırmaşı inadkarlığı və intellektual yükü ilə hər zaman irəlidə gedirdi. Hətta yumor hissi ilə belə.

Yazıçı Seyran Səxavət zarafatyana bir "təklif" irəli sürüb: "Yumor hissi olmayan adamlara da əlillik dərəcəsi verilsin".

Əslində, bəli, bu, çox ciddi zarafatdır: yumor hissi olmayanların ruhunda şikəstlik var. Sözün hərfi mənasında yaşayan, yumorsuz yaşlanan xeyli siyasətçi var; qaşlarını düyünləyib xalqın qarşısıba çıxar. Adi bir təbəssümü zəiflik təcəssümü kimi qavrayarlar. Ancaq Nazim Müzəffərli hətta siyasətdə də belə ruhu şikəstlərdən olmadı; Seyran Səxavətin "təklif" etdiyi əlillik dərəcəsinə "iddiaçı" deyildi.

Siyasət demişkən, bilirsiniz, professor 1990-cı illərdə millət vəkili də seçilmişdi və qanunvericilik orqanında aktivlik göstərirdi. Çox ciddi məsələlər həll olunanda, hətta kəskin fikir ayrılıqları, sərt qarşıdurmalar yarananda belə, professor öz incə yumoru ilə sinirləri yumşaldır, əsəbləri soyudur, qəzəbləri söndürməyə çalışırdı. Buna bəlkə hər zaman nail olmaq mümkün deyildi. Ancaq başlıcası budur ki, dövlətin, millətin taleyi ilə bağlı çox mühüm qərarların qızışmış emosiyalarla deyil, soyuq başla - analitik ağlın gücü ilə vermək lazım olduğunu öz mandatdaşlarına anlatmağa, aşılamağa çalışmışdı. Mən bir essemdə daha əvvəl yazmışdım: "Vətəni dəlicəsinə sevmək olar, ancaq Vətənə ağılla xidmət etmək mümkündür və lazımdır".

Bəli, tarixin fərqli dönəmlərində biz çox hallarda qəzəblə qalxıb zərərlə oturmuşduq. Ancaq cəmiyyətin intellektual flaqmanı, dartıcı fikir gücü olan şəxsiyyətlər bizə hər zaman anlatmağa çalışıb ki, bu "zərərli vərdiş" öz əleyhimizə - milli və dövlət maraqlarımıza, eləcə də, şəxsi mənfəətlərimizə ziddir, zərbə vurur. Bunu bütün dəyərli, duyarlı ziyalı insanlarınız - söz adamları, fikir böyüklərimiz həmişə deyib və yenə də deyir. Biz isə birini dinlədik, beşini dinləmədik. Bir çox hallarda faciəli yanlışlara sapdıq. Bizi yalnışdan yayındırmaq, səhvlərdən çəkindirmək, doğru yola yönətmək isə həmişə öncül ziya-zəka yiyələrinin üzərinə düşüb.

Bu gün - iyunun 11-də özünün yetmişinci yaşını tamamlayan İnsan - professor Nazim Müzəffərli də məhz həmin öncül zəkalardan biri olaraq millətimiz üçün böyük bir dəyərdir. O, öz tükənməz sevgisi ilə, doğmalıq duyğusu ilə, alim bilgisi ilə, Tanrı inancı ilə, Vətəndaş mövqeyi ilə, bir sözlə, bütün varlığı ilə millətinə bağlı, ölkəsinə gərəkli, dövlətinə sadiq insandır. Biz belə tanıdıq və belə tanıyırıq professor Nazim Müzəffərlini - bizi millət olaraq tanıyan və tanıdan, sevən və sevdirən kişini.

Bahəddin Həzi, bizimyol.info

Müəllifdən: Professor Nazim Müzəffərlinin 70 illik yubileyini ürəkdən təbrik edirəm, dəyərli ziyalımıza, böyük elm adamına, yorulmaz ictimai xadimə sağlam və uzun ömür arzulayıram. Dostum, professor Əlövsət Əliyevə alim haqqında qiymətli söhbətlərimizə görə ayrıca təşəkkür edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri