Icma.az
close
up
RU
Bill Klinton yeni kitabında əri ilə Monikanın münasibətlərinə TOXUNDU KONKRET

Bill Klinton yeni kitabında əri ilə Monikanın münasibətlərinə TOXUNDU KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton yeni avtobioqrafik kitab yazıb. Kitab rəsmən 19 noyabrda satışa çıxarılacaq.

“Vətəndaş” (ing. “Citizen”) adlandırılan yeni kitab oxucu ilə görüşmədən hadisəyə çevrilib. Çünki dünya çapında olan qlobal mediaya bəlli olub ki, Klinton öz kitabında Monika Levinski ilə münasibətlərinə dair bir sıra fraqmentləri açıqlayıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Mənbə qeyd edir ki, Klinton sonda Levinskiyə yalnız ən yaxşı arzularını çatdırıb.

Xatırladaq ki, 1998-ci ildə Klintonun Ağ Evdə təcrübəçi olan 22 yaşlı Monika Levinski ilə münasibətləri açığa çıxaraq ictimailəşmişdi. O zaman təxminən 50 yaşında və evli olan Klinton əvvəlcə bu əlaqəni inkar etsə də, sonradan ictimaiyyətdən üzr istəmiş və Nümayəndələr Palatası tərəfindən impiçment edilmiş, lakin Senat tərəfindən bəraət almışdı.

Kitabında Klinton 2018-ci ildə NBC-də aparıcı Kreyq Melvinlə keçirdiyi müsahibəni xatırlayır. “MeToo” hərəkatına istinad edən Melvin qəfildən Levinskini xatırladaraq, bu gün də eyni vəziyyət yaşanarsa, prezidentin istefa verib-verməyəcəyini soruşub. Klinton mənfi cavab verərək, impiçmentin qanunsuz olduğunu bildirib.

Melvin daha sonra Levinskinin “MeToo” hərəkatının onun cinsi qısnamaya baxışını necə dəyişdiyi barədə köşə yazısından bir parça oxuyub və Klintonu Levinskidən şəxsən üzr istəmədiyinə görə qınayıb. Klinton isə kitabında bu barədə yazır: “Mən ondan və incitdiyim hər kəsdən üzr istədiyimi söylədim. Sonrakılar məni təəccübləndirdi. Amma sən ondan üzr istəmədin, heç olmasa danışdıqlarımıza görə. Mən məyusluğumu çətinliklə saxlaya bildim, çünki cavab verdim ki, mən onunla heç vaxt birbaşa danışmamışam, amma bir neçə dəfə üzr istədiyimi açıq şəkildə demişəm.”

Klinton əlavə edib: “Mən hər zaman bununla yaşayıram. Son bir neçə il ərzində Monika zorakılığa qarşı kampaniyasında çoxlu yaxşı və vacib işlər görüb və o, ABŞ-da və xaricdə layiqli tanınıb. Mən ona yalnız ən yaxşısını arzulayıram.”

2021-ci ildə “Today” şousunda Monika Levinskidən soruşublar ki, o, Klintonun ona üzrxahlıq borclu olduğunu düşünürmü? O, belə cavab verib: “Mənə lazım deyil. Mən incitdiyim və hərəkətlərimdən zərər görən insanlardan üzr istəmək arzusunu hiss etdiyim kimi, o da özü üzr diləməyi istəməlidir.”

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see136

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see135

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see129

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see120

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see118

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see117

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see115

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see115

Emin Mahmudov: Azarkeşlərdən üzr istəyirəm

06 Sentyabr 2025 01:59see114

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri