Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Binaların həyətini zəbt edənlər məsuliyyətə cəlb olunmalıdır Mütəxəssislərdən AÇIQLAMA VİDEO

Binaların həyətini zəbt edənlər məsuliyyətə cəlb olunmalıdır Mütəxəssislərdən AÇIQLAMA VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın müxtəlif ərazilərində salınmış binaların yaşayış komplekslərinin həyatyanı sahələri vətəndaşlar tərəfindən tez-tez zəbt olunur. Xüsusilə köhnə binaların məhəllələrində belə xoşagəlməz hallar mövcuddur. Sakinlər, hətta sakin olmayan şəxslər belə ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrə müxtəlif əşyalar qoyaraq (su qabı, zəncir, təkər, daş və sair), maneələr bərkidərək, dəmir barmaqlıqlar təşkil edərək ərazini özəlləşdirirlər. Bununla yanaşı pullu parkinqdən istifadə etmək istəməyən bir qisim sürücülər də binaların həyətyanı sahələrinə üz tuturlar. Nəticədə sakinlər maşınlarını park edə bilmirlər və onların rahat hərəkəti də mümkünsüz hala gəlir. 

Avtosfer.az-ın məlumatına görə, bu barədə jurnalist İradə Aytəl sosial şəbəkə hesabında paylaşım edib. O, bu halın qeyri-qanuni olduğunu qeyd edərək sözügedən əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini vurğulayıb. Jurnalist vətəndaşların belə mənzərəylə qarşılaşdıqları zaman vaxt itirmədən aidiyyəti orqanlara müraciət etmələrini əlavə edib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ehtiram Xəlilov mövzuyla əlaqədar Avtosfer.az-a açıqlama verib: “Yanğın hadisələri ilə mübarizə zamanı yanğın-xilasetmə qüvvələrinin çevik və effektli fəaliyyət göstərməsi üçün bina və qurğulara sərbəst yanaşmanın, o cümlədən xüsusi təyinatlı yanğın-xilasetmə texnikalarının çevik döyüş açılışı üçün müvafiq şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması halları aşkar olunur ki, bunlar da yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaratmaqla əməliyyatların çevik və effektli aparılmasında çətinlik yarada bilər.

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı yanğın-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edir və xatırladır ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır”.

Əmlak eksperti Ramil Osmanlı kifayət qədər aktual olan məsələyə münasibət bildirib: “İlk növbədə bu problemin yaranma səbəblərinə baxmaq lazımdır. Bakı şəhərində parklama ilə bağlı aparılan tədbir planı nəticəsində faktiki olaraq yaşayış binalarının həyətindəki boş sahələr iflic vəziyyətə düşüb. Xüsusilə gündüz saatlarında sosial obyektlərə yaxınlaşan və ya hər hansı bir xidmət üçün şəhərin müxtəlif ərazilərinə gedən şəxslərin əksəriyyəti pullu parklanma xidmətindən istifadə etməmək üçün binaların həyatına girirlər və maşını harada gəldi saxlayırlar. Təəssüf ki, bununla bağlı vətəndaşlara müraciətinə cavab verən hər hansı bir dövlət qurumu yoxdur. Vətəndaş yalnız Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib maşının dövlət nömrə nişanını qeyd edərək tədbir görülməsini xahiş edə bilər.

Məsələnin hüquqi tərəfinə gəlincə çoxmənzilli binaların idarə olunması, sahə mülkiyyətçilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 35-ci maddəsinə görə, binada 2 nəfərdən artıq şəxsə xidmət edən bütün qurğu və avadanlıqlar sahələr də daxil olmaqla binanın həyatıyanı sahəsi sahə mülkiyyətçilərinin ümumi əmlakıdır. Sahə mülkiyyətçiləri qarşılıqlı razılaşmaya gələ bilərlər. Yəni əgər həyatıyanı sahədə nəqliyyat vasitəsinin saxlanması üçün şərait varsa burada bərabər hüquqlarından istifadə edə bilərlər. Məsələn bu gün mən tez gəlmişəm və avtomobilimi ümumi istifadə üçün nəzərdə tutulan parklanma yerində saxlayıram.  Sabah başqa bir sakin ola bilər ki, məndən əvvəl gəlsin və həmin ərazidə maşınını park etsin. Bu halda mən həmin şəxsə narazılığımı bildirə bilmərəm. Çünki nəqliyyat vasitəmizi park etdiyimiz ərazi ümumi istifadə üçün nəzərdə tutulub. Və ya bəzi sakinlər müxtəlif avadanlıqları ərazilərə yerləşdirərək sözügedən yerləri özəlləşdirirlər. Təbii ki, bu halda əməli törədən şəxs digər mülkiyyətçilərin hüquqlarını pozmuş olur. 

Qeyri-yaşayış təyinatlı ticarət və xidmət obyektlərinin qarşısında pulsuz parklanma sahələrinin olmadığı yerlərdə, hətta dayanma-durmanın qadağan olunduğu ərazilərdə belə hallara daha çox rast gəlirik. Dayanma-durmanın qadağan parklanma nəzərdə tutulmayıbsa sahibkarlar müxtəlif əşyaları obyektin önünə qoyaraq sürücülərin maşınlarını saxlamalarına əngəl törədirlər. Bir sözlə, obyekt sahibi, mülkiyyətçi müəyyən səbəbləri əsas gətirərək qanunsuzluq edir.  Düşünürəm ki, ilk növbədə  bu səbəblər aradan qaldırılmalıdır. Bakı şəhərinin müxtəlif ərazilərində pulsuz parklanma üçün yerlər yaradılmalıdır. Parklanma siyasətiylə bağlı məsələlər ciddi şəkildə müzakirə olunmalı və bu istiqamətdə tədbirlər görülməlidir”.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı da məsələylə bağlı fikirlərini bölüşüb: “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə görə, paklanma yerlərini hər hansı bir üsulla zəbt etmək qanun pozuntusudur. Bu əməli törədən şəxs məsuliyyət daşıyır və cərimə edilə bilər. Vətəndaş şəxsi mülkündə kənar - ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulmuş əraziləri özününküləşdirə bilməz. 

Təəssüf ki, son dövrlər belə məsələlərə görə mübahisələrin yarandığının şahidi oluruq. Hətta insanlar bir-birilərinin əmlakına - avtomobilinə ziyan vururlar. Məsələnin qanun çərçivəsində həll olunması üçün qarşı tərəf  sonda polisə müraciət etməli olur. Ona görə də belə xoşagəlməz halların baş verməməsi üçün bu cür hərəkətlərdən çəkinmək lazımdır. Hər bir vətəndaş unutmamalıdır ki, parklanma yerləri ümumi istifadə üçün nəzərdə tutulub və heç kim özəlləşdirə bilməz. Belə halın yaranmaması üçün vətəndaş vaxtında bu məsələni tənzimlənməlidir. Yəni evi alarkən hansı ərazilərin onun mülkünün daxilində olduğunu öncədən bilməlidir. İllər sonra hər hansı bir ərazini şəxsi parklanma sahəsinə çevirməməli, mülkündə olmayan yeri zəbt etməməlidir”.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri