Icma.az
close
up
RU
Binaların qazı tamam kəsiləcək: İşıq daha ucuz satılacaq?

Binaların qazı tamam kəsiləcək: İşıq daha ucuz satılacaq?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanda yüksək mərtəbəli binalarda (ən azından, yeni tikiləcək) qaz əvəzinə elektrik enerjisindən istifadə edilməsi planlaşdırılır. 

Mənzillərin, suyun qızdırılması, yemək bişirmək – bütün sahələrdə elektrik enerjisi istəfadə olunacaq. Azərbaycan elektrik enerjisinin istifadəsini artırmaqla, təbii qaza qənaət rejiminə keçmək istəyir. 

Çünki ölkəmiz AB və Avropa Birliyinə daxil olmayan digər Avropa dövlətrinə yaxın 2 ildə qaz tədarükünü 2 dəfə artırma öhdəliyi götürüb. Qaz gəlirlərinin artması gözlənilir, amma bu artım əhaliyə əlavə yükə çevrilməməlidir". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

İqtisadçı qeyd edib ki, bir çox ölkələrdə belə bir praktika var, yüksək mərtəbəli binalarda qaz təhlükə yaratdığına görə elektriklə əvəz olunur, hətta SSRİ-də də belə qayda mövcud idi: 

"Amma hökumətlər belə qərar alırsa, o zaman sırf elektriklə təmin edilən, qaz xəttləri olmayan binaların sakinlərinə, mənzil sahiblərinə elektrik enerjisi ən azı 50% güzəştlə satılır. Yəni dövlət qərar verirsə ki, vətəndaşın evində qaz olmayacaq, o zaman bu qərarın bədəlini də ödəməli, elektrik enerjisinin qiymətini həmin mənzillər üçün ucuzlaşdırmalıdır. 

Görünən odur ki, hökumət kommunal xidmətlər göstərən, təbii inhisarçı olan dövlət şirkətlərinə subsidiyaların verilməsini azaltmaq, sonra isə tamamən ləğv etmək istəyir. Məntiqini anlayıram, hətta doğru da sayıram, amma dövlət şirkətlərinə subsidiya niyə verilirdi? 

Çünki həmin inhisarçı şirkətlər iddia edirlər ki, xərcləri çoxdur, qazancları xərclərni qarşılamır. Ola bilər, biznes məntiqi, iqtisadiyyat elmi belə vəziyyətdə nə deyir? Bəli, ilk növbədə xərclər kəskin azaldılmalıdır”. O, xərclərin çoxluğu səbəbini də izah edib:
“Çünki tenderlər şəffaf deyil, satınalmalarda, təmir işlərində qiymətlər şişirdilir, mənasız ştatlar açılır, işçi sayı rəhbərliyin qohum-əqrabası hesabına artırılır. Deməli, ilk addım kimi məhz xərclər azaldılmalıdır, amma hökumət isə ilk addım kimi “sabit tarif siyasəti” elan etmək istəyir. Bu, nə deməkdir? 

Qaz, işıq, su, istilik alan abunəçilər istifadə etdikləri, sayğacın göstərdiyi sərfiyyat qiymətindən əlavə aylıq abunə haqqı da ödəyəcəklər. Məsələn, vətəndaş ayda 20 manatlıq elektrik enerjisi istifadə edirsə, 20 manat + aylıq abunə haqqı ödəyəcək. 

Məhz buna görə mediada xəbərlər yayıldı ki, vətəndaş yaşamadığı mənzilə görə də ödəniş edəcək, bəli, sırf abunə haqqını ödəməli olacaq. Daha aydın olsun deyə, ev telefonu kimi düşünün, ev telefonundan istifadə etsəz də, etməsəniz də aylıq abunə haqqı ödəyirsiniz". 

Ekspert təbii inhisarçılarla bağlı bildirib ki, son məlumatlara görə, “Azərqaz”ın 2,6 mln., “Azərişııq”ın 3 mln.-a yaxın, köhnə adı ilə “Azərsu”nun  1,9 mln.-a yaxın abonenti var: 

"Yəni ölkə üzrə bu 3 təbii inhisarçının 7,5 mln. abonenti var. Əgər “sabit tarif” hər üçündə 2 manat olsa, aya 15 mln., ilə 180 mln. manat bizdən, vətəndaşdan əlavə pul yığacaqlar ki, büdcədən hər 3 quruma ödənilən subsidiyaları azaltsınlar. 

Problem odur ki, dövlət paylayıcı şirkətləri heç vaxt effektiv olmayacaq, daim yeyinti və korrupsiya içində boğulacaqlar, deməli paylayıcı şəbəkələr özəlləşdirilməli, dövlət ancaq istehsal, saxlanma və topransatışla məşğul olmalıdır. 

Özəl şirkətlər də vətəndaş qarşısında məsuliyyətli olmalı, fərdi müqavilələr bağlamaqla öz günahlarından baş verən kəsintilərə görə vətəndaşa kompensasiyalar ödəməlidir. 

İndi dövlət şirkətlərinə vətəndaşın 5 manat borcu olsa qazın-işığın verilməsini dayandırırlar, amma özləri vətəndaşa xəbər etmədən belə, saatlarla, bəzən sutkalarla suyu, işığı, qazı kəsirlər, bəzən vətəndaşın məişət avadanlıqlarına da ziyan vururlar, amma fərdi müqavilələr olmadığına görə məsuliyyət daşımırlar, kompensasiya ödəmirlər". 

Nigar 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri