“Binance”də 6,3 milyard dollarlıq kiberhücum şübhəsi İstifadəçilərin pulları dondurulub
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”də 6,3 milyard dollarlıq kiberhücum şübhəsi araşdırılır.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumata görə, hücumçu şirkətin mühəndislərindən birinin oğurlanmış noutbuku vasitəsilə “Binance”ın daxili sistemlərinə daxil olub. Bundan sonra icazəsiz pul çıxarılması əməliyyatları həyata keçirilib.
Birja təhlükəsizlik tədbirləri çərçivəsində depozit və pul çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb. “Binance” həmçinin istifadəçilərin bütün itkilərini ödəyəcəyinə söz verib.
Şirkətin məlumatına görə, tərəfdaşlarla əməkdaşlıq nəticəsində təxminən 3 milyard dollar dəyərində kriptovalyuta aktivinin dondurulmasına nail olunub.
Bu prosesdə “Tether” və “Circle” şirkətləri də iştirak edib. “Tether” 1,5 milyard dollardan çox, “Circle” isə 800 milyon dollardan artıq aktivi dondurduğunu açıqlayıb.
Qeyd edək ki, aktivlərin dondurulması onların artıq geri qaytarıldığı anlamına gəlmir. Hazırda oğurlanan vəsaitlərin dəqiq həcmi araşdırılır.
Hadisə kriptovalyuta bazarına da təsir edib. Məlumatların yayılmasından sonra “Bitcoin” təxminən 3,5 faiz, “Ethereum” isə 4 faizdən çox ucuzlaşıb.
Digər tərəfdən, elə həmin gün proqnoz bazarı platforması “Polymarket” də təhlükəsizlik problemi ilə üzləşib. İstifadəçilər icazəsiz pul çıxarılması halları barədə məlumat veriblər. Platforma ticarəti müvəqqəti dayandırıb, daha sonra isə bərpa edib.
“Polymarket” problemin üçüncü tərəf xidmət təminatçılarından biri ilə bağlı ola biləcəyini bildirib. Şirkət zərər çəkən istifadəçilərin itkilərinin ödəniləcəyini açıqlayıb.
“Binance” və “Polymarket”də baş verən hadisələrin bir-biri ilə əlaqəli olduğuna dair hələlik heç bir sübut yoxdur.
Bu mövzuda digər xəbərlər:Binance də şübhəli kiberhücum: 2,54 milyard dollarlıq aktiv donduruldu
30 Oktyabr 2026 09:17
“Binance”da 6,3 milyardlıq rekord oğurluq
30 Oktyabr 2026 23:35
PSJ də Dembele şübhəsi
03 Noyabr 2025 19:03
“Binance” kriptobirjasına kiberhücum 6 milyardlıq zərər dəyib
30 Oktyabr 2026 09:51
Binance haker hücumuna məruz qalıb? 3,5 milyard dollarlıq kriptovalyuta çıxarıldı
30 Oktyabr 2026 02:58
Baxış sayı:115
Bu xəbər 01 Noyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















