Icma.az
close
up
RU
“Binasız, şəraitsiz, qaranlıq otaqlarda işləyirdik” İftixar Piriyevlə MÜSAHİBƏ

“Binasız, şəraitsiz, qaranlıq otaqlarda işləyirdik” İftixar Piriyevlə MÜSAHİBƏ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moderator.az uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etmiş və hazırda təqaüddə olan Əməkdar mədəniyyət işçisi, aktyor İftixar Piriyevin Musavat.com-a müsahibəsini təqdim edir.

- İftixar bəy, artıq təqaüddəsiniz, hazırda hansı işlərlə məşğulsunuz?

- Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda, “Türk sənət tarixi və mədəni irsi” şöbəsində aparıcı elmi işçiyəm.

- Teatrdan uzaqlaşmısınız?

- Xeyr, teatrdan uzaqlaşmamışam. Hazırda yazıçı Elçin Əfəndiyevin “Stalin” əsəri əsasında, qeyri-səlis məntiq konsepsiyasına uyğun hazırlanmış “Stalinizm” adlı tamaşa üzərində məşqlər gedir. Tamaşanın rejissoru mənəm. Bundan sonra isə İrəvan Dövlət Azərbaycan Dram Teatrında yarımçıq qalmış başqa bir tamaşa “Kral Lir” üzərində məşqlər bərpa olunacaq. Mən orada “Lir” obrazını oynayacağam.

- Deməli, yaradıcı fəaliyyət davam edir.

- Bəli, hər şey davam edir. Sadəcə inzibati fəaliyyətdən uzaqlaşmışam.

- Sosial şəbəkədə tənhalıqla bağlı paylaşım etmişdiniz, çoxu bunu elə yozmuşdu ki, siz tənha həyata çəkilmisiniz...

- O insanlara təşəkkür edirəm ki, məni unutmurlar. Amma hər bir diqqətin içində mədəni, estetik və həssas yanaşma olmalıdır. Hissləri düzgün təqdim etmək vacibdir.


- Görünüşünüzdə də dəyişiklik var: uzun saç, saqqal...

-Bu, “Kral Lir” tamaşası ilə bağlıdır. Sadəcə rol üçün hazırlıq gedir, başqa səbəb yoxdur. Rejissorun xahişi ilə saçımı və saqqalımı uzatmışam. Tamaşa demək olar ki, hazırdır, yalnız ikinci hissənin sonlarına yaxın kiçik bir hissə qalıb. Müəyyən fasilə verməli olduq. Paralel olaraq başqa bir əsər üzərində də işləyirdim. Bildiyiniz kimi, mayın 13-ü görkəmli yazıçı Elçin Əfəndiyevin doğum günüdür. Premyeranın məhz may ayında təqdim olunması planlaşdırılır. Çox maraqlı, orijinal, qeyri-səlis məntiq sistemi ilə qurulan yeni nəfəsli bir tamaşa olacaq.

- Uzun illər teatr rəhbəri olmusunuz və inzibati işləri həyata keçirmisiniz. İndi isə sadəcə yardacılıqla məşğulsunuz. Bu sizi darıxdırmır?

- Mən hələ məktəb illərindən çoxşaxəli fəaliyyətlə məşğul olan insan olmuşam. Həmişə cəmiyyətdə aktiv olmuşam. İnzibati fəaliyyət yaradıcılığıma mane olmayıb. Əgər mane olsaydı, bu günə qədər 20-yə yaxın kitabın müəllifi olmazdım, elmi dərəcə almazdım. Hazırda da qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində, Elçin dramaturgiyası çərçivəsində teatr sənəti üzrə doktorluq işimi tamamlamaq üzrəyəm. Eyni zamanda şeir kitablarım var. İnzibati fəaliyyətim də məhz yaradıcılıq sahəsi ilə bağlı olduğu üçün nəzəri və praktiki məsələlər bir-birini tamamlayırdı. Ona görə də çətinlik yox idi. Amma 65 yaşa çatdıqdan sonra öz xahişimlə cənab nazirə müraciət etdim ki, artıq yalnız yaradıcılıqla məşğul olmaq istəyirəm. Çünki bu yaşda paralel şəkildə həm inzibati, həm də yaradıcılıq fəaliyyəti aparmağa ehtiyac görmədim. Mənim təcrübəm, bilik və bacarıqlarım inzibati fəaliyyətdə də özünü göstərirdi. 25 il ərzində İrəvan Teatrı həm ölkə daxilində, həm də xaricdə geniş fəaliyyət göstərib, təbliğ olunub. Bununla bağlı teatrın tarixinə dair monoqrafiyam da çap olunub. Orada ən xırda detallar belə qeyd edilib. Əslində, teatrın mənim təcrübəmə ehtiyacı daha çoxdur, nəinki mənim inzibati vəzifəyə. Mənim buna ehtiyacım yoxdur. Amma mən dövlətimin, millətimin və sənətimin əsgəriyəm.

Vaxtilə məni Tbilisidə fəaliyyət göstərən filiala rəhbər təyin edəndə də Polad Bülbüloğluya demişdim ki, harada dövlət məsləhət bilsə, orada xidmət etməyə hazıram.

- İrəvan Teatrının ən çətin dövrü sizin vaxtınıza düşdü.

- Binasız, şəraitsiz, qaranlıq otaqlarda fəaliyyət göstərdiyimiz vaxtlar olub. Buna baxmayaraq, ildə minimum 4, maksimum 12 tamaşa təqdim etmişik. Hər mövsümün açılışını yüksək səviyyədə keçirmişik və bütün planları demək olar ki, tam yerinə yetirmişik. Bu gün isə yaş həddinə uyğun olaraq qanuna riayət edib təqaüdə çıxmışam. Bu, mənim daxili mədəniyyətimin və qanunlara hörmətimin göstəricisidir. Bundan məmnunam. Çünki yaradıcılıq elə bir prosesdir ki, onun qarşısını almaq mümkün deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 May 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri