Icma.az
close
up
RU
Binəqədi rayonunda qadınlar üçün tibbi sosial aksiya təşkil olunub

Binəqədi rayonunda qadınlar üçün tibbi sosial aksiya təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 may, AZƏRTAC

"Qadın Sağlamlığı Mərkəzi" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşəbbüsü ilə Binəqədi rayonunda tibbi-sosial aksiya keçirilib. Aksiyaya Bakı Patologiya Mərkəzi dəstək göstərib.

AZƏRTAC xəbər verir ki, aksiyada rayonun Mənzil-Kommunal İstismar sahələrində çalışan 200-dən çox qadın müayinə olunub. Skrininq müayinələrinin nəticələri Milli Onkologiya Mərkəzinə yönləndiriləcək.

Erkən diaqnoz və skrininqin xəstəliklərin müalicəsində mühüm rol oynadığını deyən "Qadın Sağlamlığı Mərkəzi" İctimai Birliyinin təsisçisi və sədri Fəridə Abbasova fikirlərinə belə davam edib: "Aksiyada qadın sağlamlığı çərçivəsində həm ginekoloji-kliniki müayinə, süd vəzi ultrasəs müayinəsi, həm də süd vəzi mütəxəssisinin kliniki müayinəsi aparılıb. Aksiyanın statistik nəticəsi mayın 25-də İctimai Birliyin keçirəcəyi I Ginekoloji Simpoziumda yayımlanacaq. Nəcib təşəbbüsə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümü bildirirəm".

Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Mərkəzin mütəmadi olaraq bölgələrdə profilaktik baxışlar həyata keçirdiyini, bugünkü müayinənin isə xüsusi xarakter daşıdığını diqqətə çatdıraraq deyib: “Aksiya çərçivəsində çalışan qadınlar müayinə olunublar. Məlumdur ki, dünyada, o cümlədən respublikamızda onkoloji xəstəliklər arasında süd vəzi xərçəngi öncül sıralardan birini tutur. Məqsədimiz bu onkoloji xəstəliyin vaxtında aşkarlanmasıdır. Əgər xəstəlik aşkarlanarsa, onun gələcək müayinə və müalicəsi Milli Onkologiya Mərkəzində aparılacaq. Ümidvaram ki, aksiyanın sonuna qədər hər hansı bir xəstəlik diaqnozu ilə qarşılaşmayacağıq”.

Bugünkü təşəbbüsü təqdirəlayiq hal adlandıran Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə, qadınların bir hissəsinin tibb müəssisələrinə vaxtında müraciət edib müayinədən keçməməsi səbəbindən, sonradan aşkarlanan xəstəliklər onların həyatı və sağlamlığı üçün böyük problemlər yaradır. Bu nöqteyi-nəzərdən bugünkü aksiya qadınların sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edir. “Aksiyanın təşkili ictimaiyyət üçün də mühüm mesajdır. Vətəndaşlar, xüsusilə də qadınlar bilməlidirlər ki, öz işlərinə vaxt ayırarkən, sağlamlıqlarını da düşünməli, geri plana atmamalıdırlar. Ümid edirəm ki, gələcəkdə bu tədbirdən nəticə çıxaran xanımlar öz sağlamlıqlarının keşiyində dayanacaq və davamlı olaraq vaxtında tibb müəssisələrinə müraciət edəcəklər. Dua edirik ki, hansısa mənfi hal aşkarlanmasın. Əgər aşkarlanarsa, Milli Onkologiya Mərkəzinin peşəkar həkimləri onların sağalması üçün əllərindən gələni əsirgəməyəcəklər”, - deyə Vüsar İsmayılov əminliyini ifadə edib.

Aksiya iştirakçısı Xumar Quliyeva müayinələrin nəticəsində sağlamlığında heç bir problem aşkarlanmadığını deyib. O, təşkil edilən aksiyaya görə təşkilatçılara minnətdarlığını bildirib və bundan sonra sağlamlığına qarşı diqqətli olacağını, sistemli şəkildə müayinələrdən keçəcəyini vurğulayıb.

Digər iştirakçı Müşgünaz İsmayılova isə aksiyanın onlara sağlamlıqlarına qarşı laqeyd olmamağı aşıladığını deyib: “Çox gözəl təşəbbüsdür. Müayinələrdən keçdik. Şükür ki, heç bir xəstəlik aşkarlanmadı. Lakin yalnız şikayətlər olanda deyil, sağlamlıqla bağlı heç bir narahatlığımız olmayanda da belə, ildə iki dəfə müayinələrdən keçməyin vacibliyini öyrəndik”.

Belə aksiyaların ölkəmizin digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see222

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see185

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see177

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see161

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri