Binəqədi şossesində xaos Bitmək bilməyən təmir və tıxac hansı qurumun işidir?
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Binəqədi rayonu, Binəqədi şossesində gedən təmir işləri 6 aydır ki, bitmək bilmir.
Demokrat.az xəbər verir ki, Bakının ən yüklənmiş yollarından olan ərazidə təmir nəticəsində aylardır dəhşətli tıxac hökm sürür.
Xüsusən səhər və axşam saatlarında yolda nəqliyyat iflic olur.
Sözügedən ərazi ilə “Azadlıq” metrosundan Bakıətrafı qəsəbələrə doğru hərəkət edən marşrut avtobusları çoxluq təşkil edir. İnsanların işdən qayıtdığı axşam saatlarında ərazidə vəziyyət o yerə çatır ki, sərnişinlər marşrutlardan düşərək yollarına piyada davam etməyə məcbur qalırlar. Bunda təbii ki, avtobusların yararsız “fəaliyyəti” də rol oynayır.
Əgər vətəndaşlar pul ödədikləri marşrutdan düşüb piyada gedəcəksə, bəs AYNA nə üçün var?
Maraqlıdır ki, aylardır davam edən təmirlə bağlı heç bir qurum açıqlama vermir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Su Ehtiyatları Agentliyi təmir işlərinin onlarla bir əlaqəsinin olmadığını bildiriblər.
Demokrat.az Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə bizə köhnə və şablon açıqlama verdilər və bildirdilər ki, onlarda yeni məlumat yoxdur.
Maraqlıdır, rayon ərazisində aylardır gedən və insanların canını boğazına yığan təmir və sıxlıqla bağlı İcra Hakimiyyəti digər qurumlarla niyə informasiya mübadiləsi aparmır?
Məsələ diqqətimizdə saxlanılacaq.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Əzabın üçüncü ayı: Binəqədi şossesində minlərlə insan tıxacda qalır
13 Sentyabr 2025 17:59
Binəqədi Görədil və Binəqədi Balaxanı yollarının kəsişməsində təmir gedir
18 İyun 2025 15:46
Salyan şossesində dəmir arakəsmə problemi VİDEO
13 Fevral 2025 07:30
“Binəqədi Oil Kompani” Binəqədi İHi məhkəməyə verdi
15 Yanvar 2025 11:12
Binəqədi yolundakı təmir nə vaxt bitəcək?
20 İyun 2025 13:32
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları