Bir manat veririk, ayaq üstə gedirik Sərnişinlər avtobus çatışmazlığından gileylənirlər
Icma.az bildirir, Oxu.az portalına istinadən.
0:00
/
1:26
x1
Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan istiqamətində hərəkət edən 120E nömrəli ekspres marşrut xəttinin fəaliyyəti sərnişinlərin narazılığına səbəb olub.
Vətəndaşlar bununla bağlı şikayətlərini Baku TV-yə bildiriblər.
Sərnişinlərdən biri qeyd edib ki, işdən yorğun halda qayıdarkən uzun müddət avtobus gözləməli olurlar:
"İşdən yorğun-arğın gəlib saatlarla dayanacaqda avtobus gözləyirik. Avtobus gələndə isə bir manat pul versək də, ayaq üstə getməli oluruq", - sərnişinlərdən biri narazılığını dilə gətirib.
Digər bir sərnişin isə bildirib ki, avtobusların tutumu tələbatı ödəmir:
"Vəziyyət çətindir. Avtobuslar bir az böyük olsa, daha rahat olar. Ayağım zədəlidir və ayaqüstə getmək mənim üçün çətindir".
Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, 120E nömrəli ekspres marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 10 avtobusla həyata keçirilir və avtobuslar 14 dəqiqəlik intervalla hərəkət edir.
Qurumun Monitorinq Mərkəzinin son üç günlük müşahidələrinə əsasən, marşrut üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb. Bununla yanaşı, səhər və axşam pik saatlarında marşrutun keçdiyi Puşkin və Afiyəddin Cəlilov küçələrində yaranan nəqliyyat sıxlığı intervalların müvəqqəti olaraq artmasına səbəb ola bilər.
"BakuBus" MMC sərnişinlərdən pik saatlarda yaranan bu vəziyyətə anlayışla yanaşmağı xahiş edib.
Ətraflı süjetdə:
"Bir manat veririk, ayaq üstə gedirik" - Sərnişinlər avtobus çatışmazlığından gileylənirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Dekabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















