Binəqədidə sürücülər hər gün risklə üz üzədir
Icma.az bildirir, Milli.az portalına istinadən.
Bakının Binəqədi rayonu, Koroğlu küçəsində aylar əvvəl içməli su xəttində baş vermiş nasazlıq aradan qaldırılmayıb.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, aparılan təmir işlərinə baxmayaraq, su sızması davam edir, qazıntıdan sonra isə yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Nəticədə içməli su israf olunur, yolda yaranan iri çuxurlar nəqliyyatın hərəkətini çətinləşdirir və qəza riskini artırır. Sakinlər bildirirlər ki, bu səbəbdən ərazidə yol-nəqliyyat hadisələri baş verir, avtomobillərə ziyan dəyir və sürücülər bəzən çuxurlardan yayınmaq üçün əks yola çıxmağa məcbur qalırlar.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə açıqlamasında müraciətin Binəqədi rayon Sukanal İdarəsinə göndərildiyini, yaxın vaxtlarda əraziyə briqada cəlb olunaraq problemin araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 İyul 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















