Icma.az
close
up
RU
Binəqədidə “Zəfərimiz qürurumuzdur!” adlı tədbir keçirildi FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Binəqədidə “Zəfərimiz qürurumuzdur!” adlı tədbir keçirildi FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

08 Noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- "Zəfər Günü”nə həsr olunmuş "Zəfərimiz qürurumuzdur!” adlı tədbir keçirildi. 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Qəsəbə və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və məktəbəqədər təhsil müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və  Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək onların  əziz xatirəsini ehtiramla yad etdilər və abidə önünə gül dəstələri qoydular. 

Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra "Renesans” uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.

Tədbirdə  təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Şanlı Qələbə - 8 Noyabr – "Zəfər Günü” münasibətilə  hər bir kəsi təbrik edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk. İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz, şanlı Zəfərimiz, suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.

Millət vəkili Kəmaləddin Qafarov çıxışında qeyd etdi ki, artıq  yeni tarixi reallıqlar içərisində yaşayırıq. Dəyişən hadisələr təkcə Azərbaycanın və xalqımızın taleyində baş verənlərlə bitmir. 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi!

Növbəti çıxış edən millət vəkili Azay Quliyev çıxışında qeyd etdi ki, bəli, haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. Tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan dövləti qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir. 8 Noyabr tarixi daim tarixdə qızıl hərflərlə və əbədiyyən qalacaqdır. Hər kəs bu möhtəşəm tarixlə qürurlanacaqdır!

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  ilə Azərbaycan ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına-Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun, əməkdar artist Nurlan Növrəslinin, gənc müğənnilər-Mərdan Kazımov, Günay İbrahimlinin, "Renesans” uşaq xorunun ifasında sevilən və vətənpərvər musiqilər səsləndi.

Sonda xatirə fotosu çəkildi.

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri