Icma.az
close
up
RU
“Binokl siyasəti”nin Ermənistanı görməyən gözü:

“Binokl siyasəti”nin Ermənistanı görməyən gözü:

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan məhkəməsi arxiyepiskop Arşakı da dama basdı. Onun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçildi. Həmin bu Arşak 2018-ci ildə keçirilən etiraz aksiyası zamanı iştirakçılardan birinin çantasına narkotik maddə atmaqda ittiham olunur. Təsəvvür edin, Paşinyanın hakimiyyətə gəlişi ilə yaşıd ittihamdır, amma indi icraya yönəldilir.

Niyəsi bəllidir, Nikol Paşinyan Eçmiədzin – Üçkilsədəki şər yuvasını darmadağın etməkdə israrlıdır, xüsusilə də 2026-cı il parlament seçkiləri ərəfəsində bu hədəfə çatmaq onun üçün olduqca vacibdir. Erməni kilsəsi tarix boyu katalizator rolunu oynayıb və ermənilərin qısa müddətli dövlətçilik tarixində hər zaman prosesləri diktə edib. Bu mənada Azərbaycana qarşı olmazın cinayətləri törədən, yaxud sifariş edən İkinci Qaregin və dəstəsinin zərərsizləşdirilməsi bizim də maraqlarımıza xidmət edir.

Amma Ermənistanda həbs olunan təkcə katalikoslar, arxiyepiskoplar və digər kilsə təmsilçiləri deyil ki. Təkcə son aylarda ən müxtəlif sfereaları əhatə edən onlarla şəxs həbs edilib, zorakılıqlara məruz qalıb. Diqqət edin, Gümrü və Parakardakı yerli özünüidarəyə seçkilərdə hakim komandanın əleyhdarları qalib gəldi, hər ikisinin burnundan gətirdilər. Birinin meri avtomatla güllələndi, digəri həbs edildi, üstəlik oğlunu da içəri atdılar. Hətta dua mərasimində bir balaca fərqli mövqe sərgiləyən birisini şərləyib həbs elədilər.

Kimsə deyə bilər ki, lap yaxşı, qoy həbs etsinlər, didsinlər, yesinlər bir-birini, Azərbaycana o qədər pisliklər ediblər, niyə narahat olursunuz? Zahirən belə yanaşma sərgiləyənləri haqlı saymaq olar. Biz Ermənistanın və ya onun vətəndaşlarının təəssübünü çəkmirik. Düzdür, inşallah Qərbi Azərbaycandan deportasiya olunan insanlarımızın ləyaqətli şəkildə geri qayıdışından sonra onların insan hüquqları ilə bağlı hansısa problemlər yaşamamasını da istəyirik. Amma hər halda bu, yaxın gələcəyin məsələsidir. İndiki halda isə beynəlxalq təşkilatların Ermənistanda baş verən kütləvi qanun pozuntularına biganə yanaşması suallar doğurur. Necə olur ki, Azərbaycanda dövlətin əsaslarını sarsıtmağa çalışanlar, ayrı-ayrı Qərb laboratoriyalarında hazırlanan layihələrin icra etmək istəyənlərlə bağlı hüquqi tədbirlərə operativ şəkildə etirazlar olur, bəyanatlar yayılır, hesabatlar hazırlanır, amma Ermənistana gəldikdə, göz deşən faktları görməzdən gəlirlər? Bəlkə ona görədir ki, Ermənistanda Sorosun uşaqları, kadrları hakimiyyət başındadır? Amma fikrimizcə, təkcə bu da deyil, çünki əvvəlki illərdə, hətta Levon Ter Petrosyanın, Kremlin “yolka” oyuncaqları olan Köçəryan – Sərkisyan cütlüyünün hakimiyyət illərində də Ermənistandakı terror aktlarına, kütləvi repressiyalara, “kadastr sənədi olmayan” ölkənin həbsxanaya çevrilməsinə Qərb institutları reaksiya verməyib. Hələ 2017-ci ildə erməni mətbuatı yazırdı ki, Ermənistan məhbusların ölüm sayına görə nəinki regionda, Avropada birincidir. Amma nə olsun, Serj Sərkisyan hakimiyyətini Brüsseldə “bəh-bəh”lə qarşılayıb, yola salırdılar. AŞ PA tribunasından ona çıxış imkanı yaradırdılar. Nə Qarabağ canisi, nə Xocalıdakı uşaqların qatili olmasına, nə Azərbaycan torpaqlarını işğal etməsinə, nə də Ermənistanda törətdiyi cinayətlərə fikir verirdilər. Heç 2008-ci ilin mart hadisələrində azı 10 erməni etirazçını qətlə yetirdiklərinə görə Sərkisyan-Köçəryan cütlüyünə qarşı sanksiyalar oldu.

AŞ PA Azərbaycana qarşı sanksiya qərarı çıxarsa da, faşizmin konslagerləri libasında olan Ermnistana münasibətdə fərqli davranır. Bunun səbəbi heç şübhəsiz ki, zamanında torpaqlarımızın əbədi ilhaqına zəmin hazırlamaq idisə, sonrakı dönəmlərdə də qələbəmizi sinirə bilməmələridir. Avropa demokratiyası adına utancverici mövqedir. Erməni lobbisinin əlində alətə çevrilmiş alman deputat Frank Şvabenin Azərbaycana qarşı qarayaxma kampaniyasına səs verən, xora qoşulan nə qədər “demokratlar” gördük bu illərdə. Avropa Parlamentinin ermənipərəst deputatları həm də Ermənistanı qoruyurlar, bu qədər həbslərin, repressiv addımların, hətta qətliamların olmasına rəğmən.   

Hətta erməni hüquq müdafiəçiləri, ekspertlər etiraf edirlər ki, Ermənistanın cəzaçəkmə müəssisələrində real məhbus sayı rəsmi açıqlamalardan azı on dəfə çoxdur. Artıq faktlar ölkənin şərti sərhədlərindən xeyli kənara çıxıb. “VT Foreign Policy” nəşri bir müddət öncə yazmışdı ki, 2020–2025-ci illərdə Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərindən və tərəfdarlarından azı 230 nəfər həbsxanalarda işgəncə və ya intihar nəticəsində həyatını itirib. Nəşr yazır ki, Ermənistanın cəzaçəkmə müəssisələrində vəziyyət ildən-ilə daha da pisləşir, məhbusların hüquqlarının pozulması, işgəncə və tibbi xidmətin olmaması ilə bağlı çoxsaylı şikayətlər var. Monitorinq qruplarının qiymətləndirməsinə görə, 2024-cü ildə həbsxanaların cəmi 40%-i tam şəkildə həkimlərlə təmin olunub. Məlumata görə, real məhbus sayı 25 minə yaxınlaşır.  Həbs şəraiti minimum beynəlxalq normalara belə cavab vermir. Məhbusların böyük hissəsi sistemli işgəncələrə məruz qalır. Hesabatda o da vurğulanır ki, Paşinyanın siyasi rəqibləri müxtəlif ittihamlarla həbs olunur və uzunmüddətli təcrid, döyülmə və psixoloji təzyiq vasitəsilə ifadə verməyə məcbur edilir.

Ermənistanın “Beynəlxalq Parlamentarizmin İnkişafı Mərkəzi”nin həmtəsisçisi, erməni hüquq müdafiəçisi və konstitusiya üzrə ekspert Qohar Meloyan isə konkret bir hadisə ilə bağlı bildirmişdi ki, məhkəmənin həbs qərarı son dərəcə qəbuledilməz idi və məhkəməni kənardan izləyənlərin hamısına qarşı ədalətsizlik hissi yarandı. O bildirib ki, siyasi məhbuslarla bağlı hazırkı vəziyyət bir qədər də cəmiyyətin məsuliyyətidir, çünki ictimai reaksiya kifayət qədər güclü və təsirli deyil. Sitat: “Siyasi məhbuslar sırf müxalif siyasi baxışlarına görə həbs edilmiş və ya ayrı-seçkilik şəraitində olan insanlardır, onlar müxalif siyasi baxışlarına görə müxtəlif məhrumiyyətlərə məruz qalan şəxslərdir. Gələcəkdə bu pozulmuş hüquqlarla bağlı işlər Avropa İnsan Hüquqları Məhkəməsinə çatanda əminəm ki, AİHM-in presedent təcrübəsinin nəticəsi kimi qiymətləndiriləcək”. “Ən böyük ağrı odur ki, bu hakimiyyətin, bu siyasi qüvvənin əməllərinə görə hamımız əziyyət çəkəcəyik”, - hüquq müdafiəçisi etiraf edib.

Durumu ifadə etmək üçün yetərli sayda nümunələr, faktlar var. Amma bunları sıralamaq nəyi dəyişir ki? Guya Avropa İttifaqı Ermənistandakı gerçək situasiyadan bixəbərdir? Qətiyyən yox. Aİ-nin “müşahidə missiyası”nın 209 nəfərlik kontingenti vaxtaşırı bəlli mərkəzlərə məruzələr, hesabatlar yollayırlar. Nələrin baş verdiyindən Brüsseldə də xəbər var, Parisdə də, hələ üstəlik ABŞ-də də.

Bir neçə gün əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan şəxsi həyata müdaxilənin qəbuledilməz olduğunu bildirmişdi. Eyni zamanda nazir həbslərin kütləviləşməsindən narahatlığını da ifadə etmişdi. Qalyan son hadisələrdə polisin zor tətbiq etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərək demişdi ki, əgər zorakılıq faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanları buna hüquqi qiymət verməlidir. Yəni bu ölkənin ədliyyə naziri belə, hərci-mərcliyi ehtiyatlı şəkildə də olsa, təsdiqləyir. Amma Qərb susur? Nəinki susurlar, hətta Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın irəli aparılması istiqamətində addımlar atırlar. Bir müddət əvvəl Ararat Mirzoyan Avropa turnesinə çıxmışdı. Ermənistanın Avropa İttifaqına üzv qəbul edilməsi perspektivi barədə danışmağın özü belə, gülüncdür. Ermənistan hansı kriteriyalara uyğun gəlir ki, onu Aİ üzvü görmək istəyirlər? Bəlkə Türkiyəyə qarşı “bufer ölkə” kimi istifadə etmək istəyirlər, ona görə? Axı bundan əvvəl Avropa İttifaqının kandarında saxlanılan Türkiyəni yox, Yunan Kiprini quruma üzv etdilər. Daha bir əlaltı Ermənistanın da yolunu açmaq istəyirlər, daxildəki biabırçı duruma rəğmən.

Bu günlərdə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinq zamanı bildirdi ki, Ermənistan və Avropa İttifaqı (Aİ) yeni Strateji Tərəfdaşlıq Gündəliyini qəbul ediblər.  Kallas deyib ki, Brüssel Ermənistanda islahatları, o cümlədən iqtisadiyyatının diversifikasiyasına yönəlmiş islahatları dəstəkləyir. Həmçinin bildirib ki, Aİ Azərbaycanla sülh prosesi çərçivəsində  Ermənistana (?!) 15 milyon avro ayıracaq.  “Ermənistan və Azərbaycan arasında avqustda Vaşinqtonda əldə edilən razılaşmaların paraflanması əsl sıçrayış idi və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoydu. Avropa İttifaqı Ermənistana tam dəstək verir”, - deyə Kallas bildirib. Diqqət edin, Kallas bildirib ki, Ermənistan 2026-cı ildə parlament seçkisi yaxınlaşdıqca dezinformasiya kampaniyalarının artması və qonşu ölkələrin müdaxiləsi ilə üzləşə bilər. “Avropa maliyyəsi həm də xarici müdaxilənin müəyyən edilməsi, təhlili və operativ reaksiya verilməsinə yönəldiləcək”, - deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb. Azərbaycanla sülh prosesinə görə niyə maliyyə işğalçı Ermənistana ayrılmalıdır? Digər tərəfdən, operativ reaksiyadan söhbət gedirsə, əvvəlcə Ermənistandakı həbslərə reaksiya verin. Bu, Brüsseldə Ermənistana hərbi dəstək barədə məxfi qərara, Aİ-nin İrəvana 1,6 milyard avro dəstək verəcəyi barədə bəyanatına bənzər absurd mövqe və qərardır. Kəsəsi, Ukraynanı bədbəxt eləmiş avropalıları demokratiya-filan maraqlandırmır.

Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Təbii ki, alman kansler Paşinyana Ermənistanda insan haqlarının kobud pozulması, diktatura metodlarının tətbiqi barədə suallar ünvanlamayacaq. Qərbin, Avropa İttifaqının Ermənistanda baş verənlərə susqunluğu da müzakirə mövzusu olmayacaq. Həmçinin siyasi repressiyalar, müxalifətin tam neytrallaşdırılması, liderlərin və fəalların həbsi, jurnalistlərin sıxışdırılması, media azadlığının pozulması, kilsəyə qarşı repressiv metotlardan istifadə də yada salınmayacaq. Əksinə, Ermənistan “süddən çıxmış ağ qaşıq” kimi təqdim olunacaq. Ermənisanın “sapı” özününkülərdəndir axı, Soros uşaqları timsalında. Paşinyan hələlik Rusiya ilə Qərb arasında “bir addım irəli, iki addım geri” siyasəti yürütməklə oyun oynayır, rəqiblərini sıradan çıxartmaqla hakimiyyətinin ömrünü uzatmağı hədəfləyib. Belə bir durum Qərbdəki “demokratlar”ı tam qane edir. Əks təqdirdə, Avropanın binokllu müşahidəçiləri şərti sərhədlərdən üzü Azərbaycana sarı boylanmazdılar, binokllarını İrəvanda baş verənlərə tərəf çevirərdilər...

Elşad Paşasoy,
Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri