Icma.az
close
up
RU
Dostluq ədəbiyyatı və binokl şousu

Dostluq ədəbiyyatı və binokl şousu

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 27-də bizimyol.info saytında "Polşa prezidentinin Ermənistanda "şübhəli" missiyası" başlıqlı yazı dərc etdirmişdim. Həmin yazıda bu Şərqi Avropa ölkəsinin birinci şəxsinin Ermənistana səfər proqramında Azərbaycana qarşı nəzərdə tutulmuş olan addımını tənqid etmişdim.

Söhbət prezident Anjey Dudanın Avropa İttifaqının Müşahidə Missiyası ilə birlikdə Ermənistanda Azərbaycan sərhədləri yaxınlığında patrula çıxmasından gedirdi.

Yazıda deyilirdi: "Bu hərəkət, əlbəttə, heç bir dövlət etikasına sığmır. Polşa ilə Azərbaycan aradında ənənəvi olaraq tarixən dostluq münasibətləri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi də bunu sübut edir, indiki münasibətlər də. Bakıda olarkən, prezident Duda Polşa-Azərbaycan dostluğu haqqında fikir və duyğularını prezident İlham Əliyevə də izhar etmişdi. Bu, diplomatiyanın yüksək pilotajı idi; Polşa COP29 çərçivəsində qlobal iqlim gündəliyinə ən yüksək səviyyədə qatılmışdı. Ancaq ardınca Ermənistan tərəfdən Avropa İttifaqının Müşahidə Missiyası ilə Azərbaycana qarşı "binokl diplomatiyası" səviyyəsinə enmək nə Polşa kimi bir ölkəyə, nə də onun prezidentinə yaraşmır".

Ancaq Anjey Duda ölkəsinə və özünə yaraşmayanı etdi. Azərbaycanın strateji tərəfdaşı olan bu dövlətin başçısı belə bir provokativ hərəkətə qoşulmaqla öz reputasiyasına və ölkəsinin adına müsbət heç nə qazandırmadı, əksinə kölgə saldı.

Həm də Duda rəsmi Bakının diplomatik kanallarla etdiyi etirazlara baxmayaraq, bu arzuolunmaz addımı atıb. Yəni bu təxribatçı hərəkətin Azərbaycanla Polşa arasında münasibətləri zədələyəcəyini bilərək edib.

Azərbaycanla Polşanın dostluğunun zəngin tarixi var. Bu, sadəcə, siyasi, diplomatik münasibətlər tarixi deyil. Ən birinci insani əlaqələrin tarixidir.

Ötən əsrin əvvəlində Azərbaycanda böyük polyak diasporu vardı. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda, bu respublikanın idarəçiliyində çoxlu polyakəsilli məmurlar yer almışdı. Xalq Cümhuriyyəti dövləti erməni-rus birliklərinin 1918-ci ilin martında Azərbaycanlılara qarşı Bakıda, Qubada, Şamaxıda və başqa bölgələrdə həyata keçirdiyi soyqırımı araşdırmaq üçün Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Həmin Komissiyada xeyli polyakəsilli şəxs yer almışdı.

Bu fakt, məncə, prezident Dudaya çox şey deməliydi. Ən birinci elə onu deyirdi ki, Ermənistanın simasında ölkəsinə dost axtarması yanlışdır. Polşa Rusiya ilə qeyri-dost münasibətlər içərisindədir. Ermənistan isə həmişə Rusiyanın yanındadır. Bu, indi də davam edir. Sadəcə, formasını dəyişib. Ermənistan formaca Qərbpərəst, məzmunca Rusiyapərəst bir siyasət yürüdür. Bir yandan, Avropa İttifaqı ilə siyasi münasibətlər qurur, o biri yandan, Rusiyanı elə həmin Avropa İttifaqının sanksiyalarından yayındırır. Polşa isə bu gün Rusiya təhlükəsi ilə üzləşmiş ölkə olaraq, hələ də iqtisadi cəhətdən Rusiyanın satelliti olan Ermənistanı özünə dost tutur. Üstəlik noyabrın ortasında Azərbaycana sevgi və dostluq "ədbiyyatı"na qurşanıb, Bakıya gəlmiş Duda, noyabrın axırında Ermənistana gedib, Azərbaycana qarşı olan "binokl şousu" kimi ucuz tryuka qoşulur.

Ədəbiyyat demişkən. Məşhur Norveç yazıçısı Knut Hamsunun Rusiyadan ötən əsrin əvvəlində Qafqaza səfərindən bəhs edən "Nağıllar diyarında" adlı əsərində yazırdı ki, ermənilər Şeytana ibadət edir.

Hamsun hansı mənbəyə, məxəzə istinad etmişdi, deyə bilmərəm. Ancaq Avropalıların Ermənistandakı "binokl şousu" özü də Şeytani rituala bənzəyir. Sanki Ermənistanda Avropa Müşahidə Missiyası adlı bir "müqəddəs" hərbi-siyasi ibadətgah yaranır və bu, yeni "binokl ayinləri" icra edir. Bu da, Hamsunun yazdığı kimi, bir Şeytani inancdırmı, yox?! Buna Avropanın inanclı xristianları, o cümlədən, əqidəli katolik Anjey Duda qərar verər. Ancaq Bakıda bir söz deyib, İrəvanda tamam başqa cür hərəkət etmək heç yaraşmadı.

...Bir də vaxt tapanda prezident yəhudi əsilli məşhur Polşa yazıçısı Yerji Koşinskinin "Boyalı quş" romanını vərəqləsin. Orda belə bir epizod var: faşist işğal rejimi altında yaşayan kəndlilər kilsəyə gedib, Allaha ibadət edir, ordan çıxan kimi Şeytani əməllərə qurşanırdılar. Bir sözlə, həftədə bir gün - bazar günü Allaha, qalan altı gün Şeytana tapınırdılar.

Hərçənd Allahın dini ilə Şeytani inanc arasında doğru olan seçim özü "uzaqdan çağırır"...

P.S. Bir də anlamaq olmur ki, Avropalı siyasətçiləri Azərbaycana gəlib, öz gözləri ilə nəyi görə bilmir ki, sonra gedib, sərhədin o tayından binoklla baxır?! Polşa rəsmiləri, heç olmasa, bu suala cavab versinlər. Strateji dostyana...

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri