Icma.az
close
up
RU
Binokllu missiya: Aİ müşahidəçiləri monitorinq adı altında casusluq edir

Binokllu missiya: Aİ müşahidəçiləri monitorinq adı altında casusluq edir

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvləri Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər.

Bakıvaxtı.az-ın məlumatına görə, onlar avtomobillərlə yolboyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayaraq qeydə alıblar.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ərazimizin daimi şəkildə hansısa ölkələrin nümayəndələri tərəfindən binoklla müşahidə olunması beynəlxalq hüquq normalarına birbaşa ziddir. Onun sözlərinə görə, bizim razılığımız olmadan heç kim bizi kənardan gizlicə izləyə bilməz:

“Bunun etik normalar və mənəvi-psixoloji baxımdan da qəbul ediləcək tərəfi yoxdur. Əgər Avropa İttifaqının "müşahidə missiyası" Ermənistan ərazisinə yerləşibsə, nə qədər istəyirlər, erməniləri müşahidə etsinlər. Öz işləridir. Amma nümayişkaranə şəkildə binoklların Azərbaycana tuşlanması yolverilməzdir”.

A.Nağıya görə, Aİ missiyasının nəzərə birmənalı çatdırmaq lazımdır ki, Azərbaycanı belə "müşahidə" doğru deyil və buna son verilməlidir. Missiya nəzdində yer alan bütün dövlətlərə rəsmi müraciət olunmalıdır ki, onlar hansı əsasla, hüquqla şərti sərhədlərin yaxınlığına öz hərbi nümayəndələrini göndəriblər?! Azərbaycan tərəfinin davamlı izlənməsi suveren hüquqlarımızın pozulması, daxilu işlərimizə qarışmaqdır. Azərbaycan torpaqlarına hər hansı müdaxilə, hətta vizual müdaxilə belə yolverilməzdir.

Akif Nağı: Aİ əsassız iddiaları ilə olan-qalan imicini də zəfələyir

Müsahibimiz vurğulayıb ki, adətən səfirlik binalarının hasarları çox hündür olur. Səbəbi odur ki, heç kim onları kənardan müşahidə etməsin, onların daxişi işinə müdaxilə olmasın:

"Səfirlik bölgəsi orada təmsil olunan ölkənin öz ərazisi hesab olunur. Dünya tərəfindən tanınmış ərazilərimizin gecə-gündüz çirkin məqsədlər üçün müşahidəsi də bu cürdür. Fikrimcə, Aİ missiyası məsələsi daha ciddi şəkildə qaldırılmalıdır”.

“Dəfələrlə vurğulanıb ki, Aİ missiyası başqa fəaliyyətlə də məşğul olur, casusluq, kəşfiyyat məlumatları toplayır və s. Əsassız ittihamlarla ölkəmizi hədəf alırlar. Aİ özü bunları nəzərə almalıdır ki, bu cür iddialar onların öz nüfuzuna zərbə vurur. Olan-qalan imiclərini də zədələyir", - deyə Akif Nağı əlavə edib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri