Icma.az
close
up
RU
Boz dağlar, qalın meşələr və binokllu kişilər Aİ müşahidəçiləri daha iki il Azərbaycana tərəf boylanacaq KONKRET

Boz dağlar, qalın meşələr və binokllu kişilər Aİ müşahidəçiləri daha iki il Azərbaycana tərəf boylanacaq KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbin Ermənistana dəstəyi davam edir. Uzun illər ATƏT-in Minsk qrupunda təmsil olunan  ABŞ və Fransa özlərini Ermənistanın hamisi kimi aprdıqca çoxlu suallar yaranır.

1992-ci ildən 2020-ci ilə qədər Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edən bu dövlətlər doğurdanmı ədalətli olublar? Son 4 ildə baş verənlər göstərdi ki, onlar sadəcə vaxt udmaq və işğalı qanuniləşdirmək istəyiblər. İkinci Qarabağ müharibəsindən sonra Qərbin Azərbaycana qarşı düşmənçilik mövqeyi onların erməni sevgisindən, xristian təəssübkeşliyindən irəli gəlir. Bütün sahələrdə Ermənistanın maraqalrını qoruyan ABŞ və Fransa düşmən ölkəyə hərbi-siyasi dəstəyini də əsirgəmir. İki il əvvəl  Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə cəmləməsi, heç də Aİ-nin xoş niyyətindən xəbər vermirdi. Makronun bir başa diktəsi ilə həyata keçirilən bu missiyanın məqsədi  sərhəddə kəşfiyyat aparmaq idi. Əllərində binokl bütün günü Azərbaycan tərəfə boylanan kəşfiyyarçılar, məlumatı Parisə ötürməklə nəyəsə nail olmaq istəyirlər. Amma nəzərdən qaçırırlar ki, Azərbaycan ordusu onları daim nəzarətdə saxlayır və cəmləşmə nöqtələri daim izlənilir. Aİ isə Ermənistandakı müşahidəçilərinin sayını artırmaqla bu işi bir qədər də genişləndirib. Avropaya və Aİ-yə heç bir aidiyyatı olmayan Kanada kəşfiyyatçılarının da müşahidəçilər arasında yer alması, ciddi narahatlıq yaradır.  Deməli, bunların hazırladıqları plan daha genişdir və sərhəddimizə toplaşanlar xoşməramlı missiyanın nümayəndələri deyillər.  Üstəlik Avropa İttifaqının müşahidə missiyasının mandatının müddətini daha iki il uzatması da Qərbin pis niyyətindən xəbər verir.

Bunu KONKRET.az-a açıqlamasında “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da dedi. Politoloq bildirdi ki, Avropa İttifaqının bu qərarı Aİ-Azərbaycan münasibətlərinə əvvəlki kimi mənfi təsir göstəcək:

“Halbuki, Avropa İttifaqının Azərbaycanla  bütün sahələrdə əməkdaçlığa ehtiyacı var. Aydındır ki, Aİ-də  missiyanın vaxtını uzatmaqla elə hesab edirlər ki, Azərbaycan əleyhinə addım atmırlar. Onların məqsədi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Ermənistanla aralarındakı məsələni həll etmək  onların öz problemidir. Amma başa düşməlidirlər ki, sərhəddimizdə dayanıb, binoklla daim Azərbaycan tərəfə baxmaq bizə qarşı təxribatdır. Onlar bu cür hərəkətlərindən çəkinməlidirlər. İndi orada nəyin müşahidəsini aparacaqlar onların öz işləridir. Amma binokl siyasəti Aİ-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Polşa prezidentinin Ermənistandan durub Azərbaycana binoklla baxması ikitərəfli müansibətlərə mənfi təsir göstərdi. Bunu Avropa İttifaqında da anlamalıdırlar. Üstəlik, Azərbaycanla Ermənistan arasında sərhədlər də müəyyənləşir. Sərhəd demarkasiya olunursa müşahidəçi missiyasına nə ehtiyac var? Qətiyyətlə deyə bilərəm ki, Aİ-nin bu addımı Rusiyanın bölgədən sıxışdırılması məqsədi daşıyır. Amma Rusiyanın regiondan sıxışdırılması anti-Azərbaycan forması almamalıdır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Yanvar 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri