Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

İqtisadi inkişafda biomüxtəlifliyin əhəmiyyəti və onun qorunmasında dövlətlərin rolu ARAŞDIRMA AZƏRTAC

İqtisadi inkişafda biomüxtəlifliyin əhəmiyyəti və onun qorunmasında dövlətlərin rolu ARAŞDIRMA AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Biomüxtəliflik ekosistemlərin, növlərin və genetik ehtiyatların müxtəlifliyini ifadə edir. İqtisadi inkişaf, davamlılıq və sosial rifahda biomüxtəliflik mühüm rol oynayır. Yerli icmaların öz təbii ehtiyatlarından səmərəli və davamlı şəkildə istifadə etmək qabiliyyəti onların biomüxtəliflikdən və bu resursların təqdim etdiyi ekosistem xidmətlərindən asılılığını dərk etmələrindən asılıdır. Amma son illərdə insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin sürətlə azalması ekosistem tarazlığını pozur və bir çox növlərin, eləcə də insan həyatı üçün təhlükə yaradır. Buna görə də biomüxtəlifliyin qorunması həm ekoloji, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Tarixi təcrübənin də göstərdiyi kimi mənfəətə əsaslanan mal və xidmətlərin istehsalı ilə məşğul olan özəl sektor bu sahədə qaneedici deyil. Çünki belə sahələrdə əldə ediləcək mənfəətin çəkiləcək xərcləri kompensasiya edib-etməyəcəyinin öncədən hesablanması çətin olan məsələlərdəndir. Bu səbəbdən ekoloji tarazlığın qorunması, mühitə zərər vermədən davamlı, dayanaqlı iqtisadi proqramların hazırlanması dövlətin daha qabarıq göründüyü fəaliyyətlərdir. Biomüxtəliflik ekosistemlərin tarazlığı üçün vacib əhəmiyyət daşıdığı qədər iqtisadi inkişaf və davamlı dayanıqlılıq prizmasından da xüsusi rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı Elvin Hüseynovun iqtisadi inkişafda biomüxtəlifliyin əhəmiyyəti və onun qorunmasında dövlətlərin roluna dair araşdırmasında yer alıb. Araşdırmanın müəllifi biomüxtəlifliyin təsir etdiyi iqtisadiyyat sahələrini qruplaşdırıb. Onun qeydlərini təqdim edirik.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi

Biomüxtəliflik kənd təsərrüfatı sistemlərinin davamlılığı, qida istehsalı, ərzaq təhlükəsizliyi üçün vacib resursdur və həyati əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının biomüxtəlifliyinə bitki və heyvan növlərinin genetik müxtəlifliyi və ekosistem xidmətləri daxildir. Bu müxtəliflik kənd təsərrüfatı istehsalına dəstək verir, ekoloji dayanıqlığı artırır və iqtisadi səmərə verir. Biomüxtəlifliyi təşviq edən fəaliyyətlər müxtəlif bitki növlərinin əkilməsini, zərərvericilərə qarşı mübarizə və torpaq münbitliyi kimi ekosistem xidmətlərini dəstəkləməklə qida istehsalını artırır. Məsələn, Hindistanda ənənəvi əkinçilik sistemləri müxtəlif bitki növlərini birlikdə böyütməklə məhsuldarlığı və davamlılığı artırır. Bu cür əkinçilik üsulları monokultura sistemlərinə nisbətən daha davamlı və zərərvericilərə qarşı daha dayanaqlıdır.

Ekoturizm

Biomüxtəliflik həm də ekoturizm üçün mühüm resursdur. Yerli iqtisadiyyat təbii gözəlliyi və biomüxtəlifliyi qorumaqla turizm gəlirlərini artıra bilər. Məsələn, Tanzaniyadakı Serengeti Milli Parkı vəhşi təbiətin müxtəlifliyi sayəsində hər il milyonlarla turisti cəlb edir. Bu turizm fəaliyyəti yerli icmalara əhəmiyyətli iqtisadi töhfələr verir. Amma turizmin biomüxtəliflik üzərində mənfi təsirləri də olur. Buraya turizm fəaliyyətinin təbii yaşam sahələrini pozması, tullantıların suyu çirkləndirməsi və digər ətraf mühit problemlərinə səbəb olması və s. aid etmək olar. Bu səbəbdən dövlətlərin həm turizmi inkişaf etdirən, həm də biomüxtəlifliyi qoruyan siyasətləri təşviq etməsi, ətraf mühitin qorunmasını prioritet hesab edən infrastruktur layihələrin hazırlanması, yerli xalqın turizm fəaliyyətində aktiv iştirakını təmin etməsi, turistləri və yerli əhalini ətraf mühitə təsirlər mövzusunda bilgiləndirməsi kimi vəzifələri icra etməsi zəruridir.

Əczaçılıq və təbii məhsullar

Biomüxtəliflik həm də əczaçılıq və təbii məhsulların inkişafı üçün mühüm resursdur. Bir çox yerli icmalar ənənəvi tibdə müxtəlif bitki və heyvan növlərindən istifadə edirlər. Məsələn, Amazon meşəsindəki yerli insanlar ənənəvi dərman müalicəsi üçün meşədəki bitkilərdən istifadə edirlər. Bu bitkilərin müasir təbabətə inteqrasiyası yeni dərmanların inkişafına kömək edə bilər.

Müasir dərmanların kəşfində təbii məhsulların rolu hələ də böyükdür. Təxminən 70-80 faizi bitki mənşəli olan ənənəvi dərmanlardan dünya əhalisinin böyük bir hissəsi istifadə edir. Bundan əlavə, bu gün istifadə edilən antibiotiklərin əksəriyyəti (məsələn, penisillin, streptomisin) mikroorqanizmlərdən əldə edilir.

Biomüxtəliflik həm də biotexnoloji innovasiyaların əsasını təşkil edir. Fermentlərin, anticisimlərin və digər bioloji molekulların istehsalında istifadə edilən bir çox mikroorqanizm və bitki növləri təbii mühitdən əldə edilib. Biomüxtəlifliyin qorunması təbii ehtiyatların davamlı idarə olunmasını tələb edir. Yerli icmalar meşələr, su ehtiyatları və torpaq kimi təbii ehtiyatlardan səmərəli istifadə etməklə ekosistem xidmətlərindən maksimum fayda əldə edə bilərlər. Məsələn, Nepaldakı icmalar yerli meşə idarəetmə komitələri yaratmaqla meşə ehtiyatlarını davamlı şəkildə idarə edirlər. Bu, həm biomüxtəlifliyin qorunmasını təmin edir, həm də icmalara uzunmüddətli iqtisadi fayda verir.

Yerli əhalinin ənənəvi bilgiləri də ekosistemin qorunmasında və dayanaqlılığın təmin edilməsində rol oynayır. Yerli insanların təbiət haqqında ənənəvi bilikləri biomüxtəlifliyin idarə olunması üçün effektiv strategiyaların işlənib-hazırlanmasına kömək edə bilər. Məsələn, Avstraliya aborigen icmaları ənənəvi yanğın idarəetmə üsullarından istifadə etməklə həm biomüxtəlifliyi qoruyur, həm də yanğın riskini azaldır.

Amma biomüxtəlifliyin qorunması da bəlli şərtlər və şəraitlərdə müxtəlif təhlükələrlə üzləşir. Kənd təsərrüfatında monokultura təcrübələri, meşələrin qırılması, çirklənmə və iqlim dəyişikliyi kimi amillər biomüxtəlifliyə mənfi təsir göstərir. Bu təhdidlər ekosistem xidmətlərinin deqradasiyasına gətirib çıxarır və buna görə də yerli iqtisadiyyatlara ziyan vurur.

Biomüxtəlifliyin qorunması üçün müxtəlif strategiyalar işlənib-hazırlanıb. Bu strategiyalara qorunan ərazilərin yaradılması, davamlı kənd təsərrüfatı təcrübələri və yerli icmaların biomüxtəlifliyin idarə edilməsində fəal iştirakı daxildir. Məsələn, Hindistanda həm kənd təsərrüfatı məhsuldarlığının artırılması, həm də biomüxtəlifliyin qorunması məqsədilə aqrobiomüxtəliflik layihəsi hazırlanıb. Burada fermerlər ənənəvi əkinçilik üsullarını müasir biomüxtəlifliyin idarə edilməsi metodları ilə birləşdirərək əkin və məhsul dövriyyəsini tətbiq edirlər. Nepalda isə meşə ehtiyatlarından davamlı istifadəni təmin etmək və meşə biomüxtəlifliyini qorumaq məqsədilə həyata keçirilən icma meşə idarəçiliyini nümunə göstərmək olar. Ölkədə yerli əhali meşələrin idarə olunmasına cəlb olunaraq bu təbii ehtiyatların qorunmasını və davamlı istifadəsini təmin edir.

Biomüxtəlifliyin qorunması məqsədilə bərpa ekologiyası metodlarından da istifadə edilir. Burada əsas metod pozulmuş ekosistemlərin əvvəlki halına qaytarılması və biomüxtəlifliyin yenidən təmin edilməsidir. Bu layihələr ABŞ, Braziliya kimi ölkələrdə tətbiq edilib. Bundan əlavə, bu yöndə təhsil, iqlim dəyişikliyi ilə mübarizə proqramları, ənənəvi bilik və yerli idarəetmə metodlarından da istifadə olunur. Bu strategiyaların uğuru yerli icmaların iştirakı, davamlı idarəetmə və qlobal əməkdaşlıq ilə mümkündür. Biomüxtəlifliyin qorunması səyləri təkcə təbii həyatı deyil, həm də insanların rifahını və gələcək nəsillərin həyat keyfiyyətini təmin edir. Bu yolda atılan addımlar son zamanlarda bir çox fərqli elmi, texnoloji sahənin birgə fəaliyyəti nəticəsində mümkün olub.

Bəzi yenilikçi strategiyalara örnəklər

CRISPR və genetik düzəliş. Bu texnologiyalar müxtəlif ölkələrdə tədqiqat və inkişaf mərhələsindədir. CRISPR texnologiyası kimi yeniliklər idarə olunan mühitlərdə və laboratoriya şəraitində sınaqdan keçirilir. Hələlik bu texnologiyalar irimiqyaslı təbii ekosistemlərə tətbiq edilməyib, lakin onların genetik müxtəlifliyi qorumaq potensialı öyrənilir. ABŞ-da və Avstraliyada nəsli tükənməkdə olan canlıların qorunması üçün həyata keçirilən layihələrdə genetik düzəliş texnikaları istifadə olunur.

Ekosistem xidmətləri üçün ödənişlər (PESP). Bir çox ölkələr təbii resursların qorunması üçün maliyyə yatırılmasını təşviq edir. PESP gəlirləri ekosistem xidmətlərini qorumaq və yeniləmək məqsədilə xərclənir. Ekvador PESP sistemindən su ehtiyatlarını qorumaq və biomüxtəliflik cəhətdən zəngin sahələri idarə etmək üçün istifadə etmişdir.

Biomüxtəliflik istiqrazları. Bəzi ölkələrdə biomüxtəlifliyin qorunması layihələrinin maliyyələşdirilməsi üçün biomüxtəliflik istiqrazları hazırlanmaqda və inkişaf etdirilməkdədir. Məsələn, İngiltərədə investorları təbii resurs layihələrinə cəlb etmək üçün belə istiqrazlardan istifadə edilir.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, biomüxtəliflik yerli iqtisadiyyatların davamlılığı və inkişafı üçün mühüm komponentdir. Qida istehsalı, ekoturizm, təbii məhsullar və dərman istehsalı kimi müxtəlif sahələrdə biomüxtəliflik yerli toplumların rifahına töhfə verir. Biomüxtəliflik həm ekoloji tarazlığı, həm də iqtisadi inkişafı eyni anda təmin edə bildiyinə görə dövlətlərin iqtisadiyyata müdaxilə etdiyi sahələrin xaricində qala bilməz. Təbii ehtiyatlardan davamlı istifadə və mühafizə yerli iqtisadiyyatların və uzunmüddətli davamlılığın gücləndirilməsi üçün çox həyati əhəmiyyət daşıyır.

Bununla belə, bu töhfələrin davam etməsi üçün biomüxtəliflik qorunmalı və davamlı idarəetmə təcrübələri qəbul edilməlidir. Biomüxtəlifliyin yerli iqtisadiyyatlara təsirini anlamaq və bu resursları qorumaq üçün şüurlu tədbirlər həyata keçirmək həm yerli, həm də qlobal səviyyədə davamlı inkişafı dəstəkləyəcək. Müasir texnologiyanın və elmin çatdığı səviyyə biomüxtəlifliyin qorunması üçün effektiv metodların işlənib-hazırlanmasında yarım əsr əvvəllə müqayisədə hədsiz çox potensiala sahibdir. Genetik texnologiyalar, rəqəmsal monitorinq vasitələri, böyük verilənlər bazası, ekoloji modelləşdirmə, innovativ iqtisadi-siyasi yanaşmalar biomüxtəliflik itkilərinin qarşısının alınmasında yeni vasitələr kimi üzə çıxır. Görünməz əlin hər şeyi idarə edəcəyini iddia edən azad bazar iqtisadiyyatı müdafiəçilərinin əksinə, praktika göstərir ki, bir çox digər mövzularda olduğu kimi, biomüxtəlifliyin və ekosistemin qorunmasında azad bazarın yetərsiz qaldığı durumlar var. Buna görə də dövlətlər biomüxtəlifliyin qorunmasında səylərini daim yeniləməli, elmin digər sahələrinin kəşfləri ilə daha təkmilləşmiş strategiyalar yaratmaq yolunda birgə addımlamalıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri