Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

525ci qəzet Gəncədə “Qərb regionunun sənaye tullantıları və ətraf mühit” mövzusunda respublika elmi konfransı keçirilib

525ci qəzet Gəncədə “Qərb regionunun sənaye tullantıları və ətraf mühit” mövzusunda respublika elmi konfransı keçirilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutu tərəfindən təşkil olunub.

Tədbirdən əvvəl AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun elmi nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.
AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda keçirilən elmi forum  Azərbaycan Respublikasının Dövlət Himninin sələnməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb. 
İştirakçılar əvvəlcə AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaranması və fəaliyyəti haqqında filmə tamaşa ediblər. Filmdə 40 ildən çox bir müddətdir ki, fəaliyyətini  Gəncə Elm Mərkəzinin, Gəncə Regional Elmi Mərkəzin, AMEA-nın Gəncə Bölməsinin, hazırda isə Elm və Təhsil Naiirliyinin tabeyiyində davam etdirən bu institutun Azərbaycanın elminə, iqtisadiyyatına və cəmiyyətinə verdiyi töhfələr haqda danışılır.  
Respublika konfransını giriş sözü ilə  AR ETN Ekologiya və Təbii Ehtiyatlar instiunun direktoru, AMEA-nın  Rəyasət Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, iştirakçıları və qonaqları salamlayıb. O, konfransa  Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir sıra elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və araşdırmaçıların qatıldığını diqqətə çatdırıb. Akademik Fuad Əliyev qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və gələcəyə hesablanmış dəqiq inkişaf strategiyası sayəsində Azərbaycan sürətlə tərəqqi etmiş və onun beynəlxalq nüfuzu yüksəlmişdir. O,  ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 – BMT-nin İqlim dəyişikilyi ilə mübarizə məsələlərinə həsr olunan konfransın möhtəşəm miqyasının da bunun daha bir sübutu olduğunu qeyd edərək, həmin tədbirdə  səslənən çağırışlarln alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb. 

Akademik Fuad Əliyev məhz bu  baxımdan,  sənaye tullantılarının ətraf mühitə təsirlərinin neytrallaşdırılması və ya azaldılması məsələlərinin müzakirə edildiyi, həmin sahədə geniş tədqiqatlarla məşğul olan alimlərin iştirakı ilə keçirilən bu mötəbər elmi konfransın işinin və nəticələrinin faydalı olacağına inandığını bildirib və qeyd edib ki, konfransın materialları ayrıca kitabça şəklində nəşr ediləcək.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva da çıxışı zamanı bu elmi tədbirin respublikamızın ev sahibliyi etdiyi, iqlim dəyişikliklərilə mübarizə üzrə COP29 konfransının mövzuları ilə səsləşdiyini diqqətə çatdıraraq, alimlərimizin öz fəaliyyətləri ilə daim doğma təbiətin və insan həyatının qorunmasına töhfə verdiklərini bildirib.

Konfransın plenar iclasında çıxış edən AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, kimya elmləri namizədi, dosent Mahirə Şərifova planetin həyatını təhdid edən qlobal ekoloji və onunla birbaşa bağlı ollan humanitar problemlərin həlli məsələlərinin dünya ictimaiyyəti və alimlərin birgə səyləri ilə mümkün olmasına diqqət çəkib. O, bu günki respublika konfransının mövzularının da alimlərin vacib ekoloji məsələlərə ictimai diqqət yönəltmək baxımından faydalı olavcğını bildirib.

Neft-Kimya Prosesləri İnstitutundan texnika elmləri doktoru, professor Təranə Məmmədova da tullantıların emal və müxtəlif sahələrdə müxtəlif əlavə materiallar kimi istifadə olunma imkanlarından danışıb və bu yöndə çalışdığı elm ocağnda gedən təcrübələr haqda məlumat verib.
Həmin  institutdan kimya elmləri doktoru Füzuli Nəsirov da çıxış edərək, elmi-tədqiqatların aktuallığı və nəticələrinin səmərəliliyi məsələlərinə toxunub. O, alimlərin, o cümlədən gənc tədqiqatçıların fəaliyyət imkanlarının genişləndirilməsi haqda da danışıb.

Plenar iclasda həmçinin Aşqarlar Kimyası İnstitutundan Könül Qəhrəmanova, Bioresurslar İnstitutundan (Gəncə) kimya üzrə fəlsəfə doktorları, dosentlər İmran Qasımov və Aişə Süleymanova, Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan texika üzrə fəlsəfə doktoru İlahə Cəfərova və digərləri çıxış ediblər.  

AR KTN Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov da qeyd edib ki, alimlərimizin, elm ocaqlarımızın  qarşısında dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, onların  təbii resurslara , ərzaq təminatına təsiri və digər bu kimi məsələlərlə bağlı  problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə aktual vəzifələr durur.

Sonra konfransın işi “Kimya və neft -kimya sənayesi tullantılarının təkrar emalı”,  “Polimer materiallarin ekoloji problemləri”, “Polimer kompozision materiallar”, “Aqrosənaye tullantilarindan alternativ enerjinin alinmasi” və “Yüngül sənaye tullantilarinin ekologiyasi” istiqamətlərini əhatə edən  5 bölmə üzrə məruzələrlə davam edib.

Çıxışlar və məruzələr ətrafında fikir mübadilələri aparılıb.

Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə konfransın əksəriyyəti gənclər olan fəal iştirakçılarına sertifikatlar təqdim edilib. 
Respublika elmi konfransına təqdim edilən 70-dən çox elmi məruzədən 48-i qəbul edilib.
 

Zakir Muradov,

Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri