Bir ailədən 4 nəfərin öldüyü dəhşətli qəzadan tək o SAĞ QALDI VİDEO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Bərdədə baş vermiş və bir ailənin dörd üzvünün həyatına son qoyan dəhşətli yol qəzasından üç il ötür.
Milli.Az xəbər verir ki, həmin hadisə ümumilikdə 5 nəfərin ölümü ilə nəticələnmişdi ki, onlardan 4-ü eyni ailənin üzvləri idi.
Faciə zamanı Bərdə rayonunun Qarağacı kənd sakinləri - Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Məfdunə Baxşəliyeva və oğulları İlkin Baxşəliyev həyatlarını itirmişdilər.
Qəzadan ailənin yalnız kiçik övladı Fəridə Baxşəliyeva sağ çıxmışdı. O, ildönümü münasibətilə sosial şəbəkə hesabında duyğusal paylaşım edərək ailəsinə olan həsrətini ifadə edib.
Fəridənin sözləri izləyiciləri kövrəldib və paylaşım qısa zamanda çoxsaylı rəylər toplayıb. Sosial media istifadəçiləri ona dəstək mesajları yazaraq səbir diləyiblər.
Qeyd edək ki, həmin faciə uzun müddət yaddaşından silinməyən ağır hadisələrdən biri kimi xatırlanır.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 12 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















