Şahzadə Uilyamın evinə oğurluq cəhdi: İki şübhəli həbs edildi
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərədə Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middltonun Norfolk qraflığındakı evinə girməyə cəhd etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Turkustan.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Norfolk polisi Şahzadə Uilyam və Keytin Sandrinqem malikanəsinin ərazisində yerləşən "Anmer Hall" iqamətgahında şübhəli hərəkətliliklə bağlı daxil olan siqnal əsasında əməliyyat keçirib.
Bildirilib ki, məlumat noyabrın 23-ü, bazar ertəsi yerli vaxtla saat 18:00 radələrində daxil olub və əraziyə dərhal polis qrupları cəlb edilib. Axtarış tədbirlərində xidməti itlərdən, dronlardan və helikopterlərdən istifadə olunub.
Polisin açıqlamasına əsasən, malikanə ərazisində oğurluq və icazəsiz giriş şübhəsi ilə iki kişi saxlanılıb və onların həbsi davam edir.
Məlumatda hadisə baş verən zaman iqamətgahın boş olduğu, Şahzadə Uilyam, Keyt Middlton və onların üç övladının Vindzordakı evlərində qaldıqları qeyd edilib. Kensington Sarayı isə təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, 2011-ci ildə toyları münasibətilə mərhum Kraliça II Yelizaveta tərəfindən cütlüyə hədiyyə edilən 10 yataq otaqlı "Anmer Hall" malikanəsindən Şahzadə Uilyam və Keyt Middlton tətil və həftəsonları üçün bağ evi kimi istifadə edirlər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Noyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















