Pentaqon Ukraynaya 48 Patriot raketinin çatdırılmasını təxirə saldı
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-ın əvvəllər Ukraynaya tədarük etməyə razılaşdığı 48 ədəd Patriot zenit-raket sistemini Kiyevə təhvil verməsini təsdiqləmədiyini bildirib.
Newscenter.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat verib. Nəşr hərbi mənbələrə istinadən Pentaqonun bundan əvvəl də Ukraynaya 60 belə raketin çatdırılmasını təxirə saldığını bildirmişdi.
"Patriot hava hücumundan müdafiə sistemlərinə gəldikdə, bu məktub ABŞ-dadır. Orada 48 raket üçün mütləq müqavilə var. Təəssüf ki, Pentaqon rəhbəri hələ onu imzalamayıb. Hər şey tamamilə ondan asılıdır. Biz bu 50 raketə güvənirik. Əgər onlar 60 raketi ötürmək istəyirlərsə, hamımız buna tərəfdarıq", - deyə Zelenski, bildirib.
Kiyev əvvəllər dəfələrlə hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin çatışmazlığından şikayətlənib. 15 oktyabrda CNN mənbələrə istinadən Ukraynanın Patriot raket ehtiyatının tamamilə tükəndiyini bildirib. Daha sonra Zelenski Kiyevə prioritet hərbi texnika çatdırılmasını təmin edən ABŞ PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) proqramı çərçivəsində AB ölkələrindən alınan tutucu raketlərin çatdırılmasında gecikmələrdən şikayətlənib. O, Pentaqon rəhbərini Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatdırılmasını bir ay gecikdirməkdə günahlandırıb.
Cavid
Bu mövzuda digər xəbərlər:FT: Pentaqon Patriot raketlərinin Ukraynaya çatdırılmasını gecikdirir
24 Noyabr 2026 09:33
Belçika F16ların Ukraynaya çatdırılmasını təxirə salıb
19 Dekabr 2024 08:29
Avropa “Patriot” raketlərinin Kiyevə çatdırılmasını gecikdirir
30 Yanvar 2026 23:21
Belçika Ukraynaya döyüş təyyarələrinin çatdırılmasını təxirə salıb
21 Fevral 2025 21:11
Pentaqon Ukraynaya “Patriot“lar üçün 105 milyonluq paketi təsdiqlədi
19 Noyabr 2025 09:56
Baxış sayı:87
Bu xəbər 25 Noyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















