Bir ailənin 5 üzvü qəzaya düşdü: ölən var
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi VAZ 2107 markalı avtomobili yol kənarına aşırıb.
Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü Əli Şukur oğlu Ələkbərov, qızları, 2014-cü il təvəllüdlü Əsli Şukur qızı Ələkbərova və 2012-ci il təvəllüdlü Əsmər Şukur qızı Ələkbərova olub. Qəza nəticəsində sürücünün arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















