Icma.az
close
up
RU
Bir aya 11 postsovet ölkəsini tutmaq və... Rusiyanın planı

Bir aya 11 postsovet ölkəsini tutmaq və... Rusiyanın planı

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukraynaya qarşı Rusiyanın cinayətkar müharibəsini tətikləyən əsas məsələlərdən biri Moskvanın iki və ya çoxqütblü dünya düzəni formalaşdırmaq arzusu idi. Bu məqsədlə də təxminən 4 il öncə, 17 dekabr 2021-ci ildə Rusiya ABŞ və NATO-ya qarşı ultimatum irəli sürərək, NATO-nun Şərqə doğru genişlənməsindən, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına dair “Buxarest formulu”ndan və NATO-ya üzv olan postsovet dövlətlərin ərazisində hərbi bazaların yaradılmasından imtina edilməsi tələbini irəli sürdü. Moskva həmçinin Şimali Atlantika Alyansının infrastrukturlarının Rusiya-NATO təsis aktının imzalandığı 1997-ci il vəziyyətinə qaytarmağı tələb edirdi.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O xatırladıb ki, bu hadisədən iki ay sonra, 17 fevral 2022-ci ildə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılaraq, ona Kremlin yeni ultimatumu təqdim edildi:

“Sənədin rəsmi adı “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsi” adlansa da, ona görə ultimatum kimi dəyərləndirilirdi ki, Moskva Vaşinqtona qarşı tələblər irəli sürərək onların qəbul olunmasını tələb edirdi.

Moskvanın ikinci ultimatumunda Ukrayna ətrafındakı gərginliyin azaldılması üçün ABŞ-ın Şərqi, Mərkəzi və Cənub-Şərqi Avropa, eləcə də Baltikyanı ölkələrdə yerləşdirilmiş bütün hərbi texnika və silahlarının çıxarması, Ukraynaya verilmiş bütün silahların geri alınması, silah tədarükünün dayandırılması, NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə birgə təlimlərdən imtina edilməsi tələb olunurdu.

Moskvanın ikinci ultimatumunda Kreml özünə məxsus riyakarlıqla Ukraynanı işğala hazırlaşmadığını, Qərb ölkələrinin bununla bağlı bəyanatlarını isə “Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini ucuzlaşdırmaq cəhdi” kimi ifadə etmişdi.

Kreml ikinci ultimatumu ABŞ-ın Moskvadakı səfiri Con Sallivana təqdim edəndən düz bir həftə sonra, 24 fevral 2022-ci ildə Ukraynaya qarşı qəfil işğalçılıq müharibəsinə başladı. Bu hadisə Moskvanın diplomatik yolla nail ola bilmədiyi iki və ya çoxqütblü dünya düzənini güc yolu ilə formalşadırmaq cəhdi idi. Müharibəyə başlarkən Moskvanın hədəfi iki həftə ərzində Ukrayna, sonrakı bir gün ərzində Moldova üzərində nəzarəti ələ keçirmək, ondan sonra ordularının üzünü Mərkəzi Asiya və Cənubi Qafqaza doğru çevirərək 24 mart 2022-ci ilə qədər 11 postsovet respublikasını şərti adı “SSRİ 2” olan imperiyanın sərhədləri daxilinə qatmaq idi. Bütün dünyada əksəriyyət Rusiyanın bu iddialarının gerçəkləşəcəyinə şübhə etmirdi.

Prezident Vladimir Zelenskinin ABŞ-dan gələn təxliyə təklifindən imtina edərək müqavimət hərəkatına komandanlığı üzərinə götürməsi, Böyük Britaniyanın əfsanəvi Baş naziri Boris Consunun “Putinin döyüş maşınının məhv edilməsi üçün əlimdən gələni edəcəyəm” bəyanatı Rusiya işğalına qarşı bütün dünya boyunca nəhəng müqavimət hərəkatını alovlandırdı. Həmin günlər bəşəriyyət tarixinin ən şanlı səhifələrindən birinin yazıldığı tarixi günlər idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Dekabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri