Bir ayda Avropada 10 mindən çox ölüm İstilərə görə
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyun ayında Avropada qeydə alınan rekord istilik dalğası 10650 ölüm halı ilə müşayiət olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropada Ölüm hallarının Monitorinqi Şəbəkəsinin (EuroMOMO) məlumatında deyilir.
27 Avropa ölkəsində toplanmış statistik məlumata görə, ölüm hallarının böyük əksəriyyəti - 9000-dən çoxu 65 və yuxarı yaş insanlar arasında qeydə alınıb. Xüsusilə yüksək ölüm göstəricilərinin Belçika və Fransada müşahidə olunduğu bildirilir.
Alimlər qeyd ediblər ki, ekstremal istilər istilik vurması, ürək-damar və tənəffüs yolları xəstəliklərinin kəskinləşməsi səbəbindən ölümə gətirib çıxara bilir. Bu baxımdan əhalinin ən həssas qrupları yaşlı insanlardır.

Bu mövzuda digər xəbərlər:Avropada istilərə görə 10 min insan ölüb
16 İyul 2026 17:58
Qərbi Avropada qızmar istilərə hazırlıq görülür
25 May 2026 16:04
Kəskin istilərə görə ölüm halları ARTDI
24 İyul 2025 23:39
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib İstilərə görə
09 İyul 2025 18:04
“Geely” Avropada satış rekorduna imza atıb Bir ayda 10 mindən çox avtomobil satılıb
14 Oktyabr 2026 10:53
Baxış sayı:161
Bu xəbər 13 İyul 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















