Icma.az
close
up
RU
Bir birinə bənzəyən kitab mağazaları So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Bir birinə bənzəyən kitab mağazaları So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əsəd Cahangir, tənqidçi:

- Sayın Rəşad Məcidin yeni işıq üzü görən “Qala adam” kitabını oxuyuram. Çağın mentallığını, yeniləşən dünyanın ruhunu əks etdirən, damlada dəryanı işarələyən, sadəlikdə dərinliyin, yığcamlıqda genişliyin ifadəsi olan aforizmlər özəl maraq doğurur. Müəllif özünün  vəzndə yüngül, qiymətdə ağır statuslarında dövrün fəlsəfəsini açır. Həm də bunu hər cür iddiadan uzaq  təvazö ilə eləyir. Nizami romanı, Həsənoğlu türkcəni, Nəsimi fəlsəfi qəzəli, Füzuli türkcə Leyli-Məcnunu, Vaqif xalq şeirini, Sabir satiranı, Cavid türk dünyasını, Vurğun Azərbaycanı, Rəsul Rza verlibri, Anar modern nəsri ədəbiyyata gətirmişdi. Rəşad Məcid isə ədəbiyyata sosial şəbəkə ruhu gətirir. Üstəlik, o, doğrudan da, bir qaladır! Vicdan qalası! Rəşad müəllimə cansağlığı və yeni başarılar diləyək!

Fərid Pərdəşünas, texnobloger:

- Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. İstifadəçilər çox vaxt özləri də bilmirlər ki, bu tətbiqlər ermənilərə məxsusdur. Proqramlar yaxşı imkanlar təqdim edə bilər, amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Məsələn, foto redaktə tətbiqi olan "Picsart" cihazın qalereyasına və fayllarına giriş icazəsi verir.

Təsəvvür edin, şirkət hər nə qədər "tərəfsizlik" və "peşəkarlıq" nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir. Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:

"Picsart" - mənşə: Ermənistan - alternativ olaraq "Canva", "Adobe Express", "CapCut" istifadə edin.

"Renderforest" - mənşə: Ermənistan - alternativ olaraq "Envato Placeit" və "FlexClip" istifadə edin.

"SoloLearn" - mənşə: Ermənistan - alternativ olaraq "Codecademy" və "freeCodeCamp" istifadə edin.

"Krisp" - mənşə: Ermənistan - alternativ olaraq "NVIDIA Broadcast" və "Zoom/Google Meet" səs filtrasiyası istifadə edin.

"Zangi" messenceri - mənşə: Ermənistan - alternativ olaraq "Signal" və ya "Wire" istifadə edin.

Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər.

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:

- XI Bakı Beynəlxalq Kitab Sərgisi (2025) başa çatdı. Kitabın təbliği üçün belə tədbirlər faydalıdır. Ölkə üzrə kitab mağazaları və kitabxanların sayının az olması oxucu kütləsini məhdudlaşdırır. Müasir kitab mağazaları kitab çeşidinə görə bir-birilərinə bənzəyir. Kitabların əksəriyyəti rus dilindədir. Alimlərimizin elmi populyar ədəbiyyatlar yazmaq imkanları yoxdur. Universitetlərə kitab çapı üçün vəsait ayrılmır. Yeniyetmələri və gəncləri elmi-populyar ədəbiyyatlar oxumağa alışdırmaq lazımdır. Bunun üçün təbliğat maşını olmalıdır. Beynəlxalq Kitab Sərgisində cavan yazarların fəaliyyəti dəyərləndirilməlidir. Onlar öz kitabları ilə yanaşı, həm də kitabı təbliğ edirdilər. Dünyanın inkişaf etmiş ölkələrində keçirilən kitab sərgiləri göstərir ki, kitab hələ uzun müddət bilik mənbəyi kimi öz funksiyasını saxlayacaq. Mütaliə ilə bağlı gənclərin və yaşlı nəslin iştirak etdiyi panellərdəki söhbətlər televiziyalarda işıqlandırılmadı. Çünki televiziyalar maarifçilik missiyasını çoxdan itirib. Nə isə... 

Kitab köməyimiz olsun!

Osman Eminov, müəllim:

- Yazıçı Rövşən Abdullaoğlu yazır:

Afrikanın ən balaca tayfası olan piqmeylərin kəndlərindən birində olduq. Əlini sıxdığım şəxs bu tayfanın padşahıdır. Tayfanın padşahının icazəsini aldıqdan sonra kəndə daxil olduq. Padşah çiynində yayı, əlində oxu ilə seçilir...

Piqmeylər - Afrikanın mərkəzi və qərb meşəlik bölgələrində yaşayan, boyları 140 sm-dən çox olmayan yerli xalqlardır. Onlar əsasən Konqo hövzəsində, xüsusilə Mbuti, Aka, Baka və Tva tayfaları kimi tanınır.

Piqmeylər ovçuluq və yığıcılıqla məşğuldurlar.

lll

Bu günlərdə Türkiyədə həbs edilən məşhur mafioz Necatı Arabaçını çox adam tanımır. Tanıyanlar da oğru, "vor" və s. kimi fəaliyyətlə məşğul olur deyə tanıyırlar. Amma bu adam bildiyiniz böyük bir mafioz, qanqsterdir. Avropada böyük cinayətlərə imza atıb, bəzən hətta polis belə yaxın dura bilmir. 2002-ci ildə Almaniyada tutulanda 9 il iş kəsən hakimə qarşı sui-qəsd edib. Bundan sonra hakim polis nəzarətində yaşamağa məcbur qalıb. Görün müasir dünyada, yer altında, qaranlıq dünyada kimlər var, kimlər at oynadır.

Necatı Arabaçı 1972-ci ildə Almaniyada anadan olub.

Arabacının cinayət keçmişi 2000-ci illərin əvvəllərinə gedib çıxır, o, 2002-ci ildə dələduzluq, insan alveri, hücum, qəsb və qanunsuz silah saxlama kimi ciddi ittihamlarla Almaniyada həbs edilib. 2004-cü ildə o, təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra Arabaçının adamları iş kəsən hakimə qarşı sui-qəsd həyata keçiriblər. Alman polisi bu cinayətin dəmir barmaqlıqlar arxasından təşkil etdiyi planın üstünü açıb. Lakin hüquqi texniki şərtlərə və rəsmi stenoqramlarda səhv tərcümələrə görə o, bu əlavə ittihamlardan bəraət alıb (hamısı qorxub işi bağlayıblar).

5 il həbsdə yatandan sonra Arabacı "Hells Angels" (dünyada məşhur mafioz qruplaşma) MC-də nüfuzunu tez bir zamanda bərpa etdi 2010-cu ildə o, Türkiyənin İzmir şəhərində yüksək səviyyəli "Hells Angels" toplantısında iştirak edib və burada "Hells Angels MC Nomads Turkey" şirkətinin prezidenti təyin edildi. 2013-cü ilə qədər, bu təşkilatın keçmiş Avropa lideri Frank Hanebuth həbs edildikdən sonra, Arabacı bədnam dəstənin Avropa qoluna rəhbərlik etmək üçün potensial varisi hesab olunurdu.

2015-ci ildə İspaniya səlahiyyətliləri Arabacıya  mütəşəkkil cinayət, qəsb, narkotik alveri və İspaniyada fahişəxanaların idarə edilməsi ilə məşğul olmaqda ittiham edərək, Avropa miqyasında həbs qərarı çıxardı. Buna baxmayaraq, o, Türkiyənin öz vətəndaşlarını təhvil verməmək siyasəti səbəbindən həbsdən və mühakimə olunmaqdan yayına bildi (həmin vaxt İzmirdə idi).

Monako mətbuatı yazır:

"Arabçı son illərdə xüsusən də Monakoda yenidən görünməsi diqqətləri üzərinə çəkdi. Keçmişini nəzərə alsaq, onun dəbdəbəli knyazlıqda olması davam edən fəaliyyəti və təsiri ilə bağlı suallar doğurur. Çoxsaylı ittihamlara baxmayaraq, onun sərbəst səyahət etmək bacarığı onun köklü əlaqələrini və beynəlxalq hüquq-mühafizə orqanlarından yayınma qabiliyyətini nümayiş etdirir.

Necati Arabacı mütəşəkkil cinayətkarlıq, yüksək səviyyəli korrupsiya, insan alveri və s. cinayətdə əli olan olduqca mübahisəli bir fiqur olaraq qalır. O, Avropanın bir çox ölkəsində, o cümlədən Almaniyada böyük söz sahibidir. Bir çox qumarxanalar, restoranlar, bordellər onun nəzarətində fəaliyyət göstərir. Olduqca dəbdəbəli həyat tərzi, çoxlu sayda qorumaları, lüks maşınları ilə gündəmdə olur. Yaşadığı yerlər isə təkcə ev deyil, bir malikanədədir".

Elçin Rüstəmli, jurnalist:

- Rusiya Ermənistanda, Qərb isə Gürcüstanda siyasi dəyişikliklərə çalışır. Paralel olaraq hər iki güc Azərbaycan hakimiyyəti ilə daha yaxın münasibətlər qurmaq istəyir.

Hazırda Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin mənzərəsi belədir. Azərbaycanın mövqeyi regionun taleyini həll edəcək. Bu isə əlbəttə, Bakıdan deyil, dünyadakı proseslərin yekun nəticəsindən asılıdır. Cənubi Qafqaz nüfuz dairəsinə bölünməyəcək, bütöv halda inteqrasiya edəcək. Gedişat göstərir ki, Ukrayna bataqlığında boğulan Rusiya geosiyasi rəqabətdə Qərbə uduzur və regionu tərk etməsi qaçılmazdır. Azərbaycanın Rusiya və Qərblə mövcud münasibətlərinə bu konteksdən baxmaq lazımdır.

İbrahim Nəbioğlu, jurnalist:

- 2025-ci il Tibb və Fiziologiya üzrə Nobel mükafatına Mary E.Brunkov (ABŞ), Fred Ramsdell (ABŞ) və Shimon Sakaguchi (Yaponiya) layiq görüldülər. Onlar bu prestijli mükafata periferik immun tolerantlıq sahəsindəki kəşflərə görə layiq görülüblər. Laureatlar immun sisteminin "müdafiəçiləri"ni - regulyator T-hüceyrələrini müəyyən ediblər. Bu hüceyrələr immun hüceyrələrin orqanizmin öz toxumalarına hücum etməsinin qarşısını alır.

Əkrəm Həsənov, bank-maliyyə eksperti:

- Bu gün məndən soruşdular ki, niyə manatın hərfi kodu "AZM" deyil, "AZN"dir. Məntiqlə sonda "M" olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya olmuşdu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu. Köhnə manatın kodu AZM idi məhz, fərqləndirmək üçün yenisini AZN adlandırdılar. "N" - new, yəni yeni deməkdir. 2005-ci ildə Mərkəzi Bankın Ümumi qanunvericilik şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü idim. Yeni kod adı axtarırdıq. Mən "ARM" təklif etmişdim: Azərbaycan Respublikasının manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı. Yekunda AZN üzərində dayandıq. Bu valyuta düz 9 il sabit və uğurlu oldu - 2015-ci ilin fevral devalvasiyasınadək. Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı... 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri