Icma.az
close
up
RU
Bir çamadanlıq ömür Kəmalə Mirzəyevanın essesi

Bir çamadanlıq ömür Kəmalə Mirzəyevanın essesi

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Kəmalə Mirzəyevanın "Bir çamadanlıq ömür" essesini təqdim edir.

Yağış yağdı neçə gün… Hamı danışdı yağışdan, sonra hamı birdən susdu. Elə bil heç nə olmadı, heç nə olmamış kimi... Axşamüstü bacım zəng elədi. Səsində tanımadığım bir sıxıntı, bir qəribəlik vardı. Sakit-sakit danışırdı, amma o sakitliyin içində də bir həyəcan vardı. Dedi: “Gülçöhrəgilin evi… Çox pis gündədir…” Sonra əlavə elədi: “Deyirlər, evi su basıb… Elə bil oralarda sunami olub…” “Gedək,” - dedi. Bir söz demədən sakitcə hazırlaşdım. Yola çıxdıq… Yol boyu susduq, demək olar danışmadıq.

Sanki görəcəyimiz mənzərənin ab-havası əvvəlcədən hər ikimizə təsirini göstərmişdi. Əslində yağışın üstündən artıq 3-4 gün keçmişdi. Sular çəkilmişdi, amma danışılanlar hələ çəkilmirdi. Şəhərdə söz-söhbət gəzirdi. Yazanlar da var idi… - Bu, təkcə yağışın işi deyil. Deyirdilər ki, haralardasa suyu saxlayıblar, saxlayıblar, sonra birdən-birə buraxıblar. Kiminsə həyətini, bağını-bağçasını qorumaq üçün, kiminsə malını-mülkünü xilas etmək üçün suya başqa istiqamət veriblər. Və o su özünə yol axtara-axtara gəlib bu evlərə çatıb. Amma suyun nə günahı var ki? O ki yol tanımır. O, varlı ilə kasıb nədir bilmir. Axıb gəlib önünə çıxanı aparıb, aparmadığını da bu günə qoyub.Və o su, o sel gedib Gülçöhrəgilin evinə də çatıb. O evlərə ki, şəhərin lap kənarında, illərlə yavaş-yavaş, min bir əziyyətlə qurulan evlər idi.

Orada imkanlılar yaşamırdı. Orada yaşayanlar vaxtilə ucuz torpaq tapıb “təki başımızın üstündə dam olsun”- deyə özlərinə yuva quran insanlardı. Kərpic-kərpic, taxta-taxta, illərini verə-verə özlərinə sığınacaq quran insanlar. Hər divarında bir zəhmət, hər daşında bir ümid vardı. O evlər zənginlər üçün deyildi, amma içində yaşayanlar o evlərə ömür qoymuşdu. Və su gəlib ən çox elə o ömürləri yuyub aparmışdı. Bir anlıq düşündüm, fərqi nədir ki? Bu su haradan gəldi, kim buraxdı, niyə buraxdı… bunların artıq heç bir mənası yox idi.

Çünki nəticə eyni idi - fəlakətin adı dəyişə bilərdi, amma ağrının yox. İstər yağış de, istər sel, istər bədbəxtlik. Sonunda yenə bir ev dağılır, yenə bir ömür suya gedir. Və biz ora çatanda artıq səbəblər yox idi, yalnız nəticə vardı: o evdən əsər-əlamət qalmamışdı. Ora çatanda başa düşdüm — danışılanlar az imiş. Bu evə su girməmişdi. Su bu evdən keçmişdi. Həyətdə hər şey dağılmışdı. Evin bütün əşyaları suyun, palçığın içində idi... Şəkillər sudan, nəmişlikdən şişib tanınmaz hala düşmüşdü, üzlər silinmişdi - sanki o evdə yaşayanların yaddaşı belə yuyulmuşdu. Taxtalar qopmuş, şkafların qapıları əyilmiş, illərlə qorunan əşyalar bulanıq suda sanki sahibləri kimi səssizcə baş verənləri, olanları anlamağa çalışırdı.

Divardan qopan suvaq ayaq altında idi - elə bil ev özü öz dərisini soymuşdu. Həyətdə bir qoxu vardı - islanmış ağacın, çürümüş divanın və birdən-birə yaşlanmış bir həyatın qoxusu. Və o - Gülçöhrə köhnə bir çamadanın üstündə oturmuşdu. Həmin o çamadan. Az qala 40 il əvvəl onunla bu şəhərə gələn çamadan. O vaxt o, Qərbi Azərbaycandan, Qara Kilsədən gəlmişdi. Ömrünün ən gözəl çağında. 17-18 yaşında. İnsan o yaşda həyatı qurmağa başlayır. O isə həyatını qoyub çıxmışdı. Evdən çıxanda qapını bağlamamışdılar. Çünki qayıdacaqlarına inanırdılar. Bir çamadan götürmüşdülər. Bir ömrü o çamadana yığmışdılar. Qalan hər şey divarlar arxasında qalmışdı.

Sonra həyat yenidən başladı. Heç nədən… İllər keçdi. Ailə qurdu. Ana oldu. Uşaq böyütdü. Bir evi yavaş-yavaş, illərlə, səbrlə qurdu. Hər əşya alınanda biraz da rahat nəfəs aldı. Sanki itirdiyi həyatı parça-parça geri yığırdı. Və o çamadan… Heç vaxt atılmadı. Çünki o, keçmişin son yadigarı idi. İndi isə… O, yenə o çamadanın üstündə oturmuşdu. Amma bu dəfə ətrafında illərlə qurduğu-yaratdığı hər şey dağılmış vəziyyətdə… Bir ömür dağılmışdı… Bizi görəndə ayağa qalxdı. Heç nə demədi. Sadəcə içəri keçdi. Biz də arxasınca. İçəri girən kimi… Şişmiş döşəmə sanki güclə nəfəs alırdı - ayağımızı basdıqca içindən su çıxırdı.

Divarlar qabarmışdı, daşlar əl vurduqca ovulub tökülürdü. Evin içində qəribə bir sükut vardı,elə bil bu divarlar da yorulub bitmişdi. O isə birdən dayandı. Başını aşağı saldı və gözündən yaş yox — sel axdı. Sanki çöldə yağış dayanmışdı, amma onun içində hələ də yağırdı. O, səsini çıxarmadan ağlayırdı. Amma o səssizlik bu evdəki bütün səslərdən daha ağır idi. İçəridə həyat yoldaşı… Çarəsizliyi hiss olunsa da, məğrur dayanmağa çalışan... Əlləri ilə şişmiş taxtaları qaldırırdı, kənara atırdı, yenə qaldırırdı. Sanki əlləri ilə dağılmış evi yox, dağılan illəri bir yerə yığmağa çalışırdı. Hər qaldırdığı taxta bir xatirə kimi qopurdu yerindən. Amma o dayanmırdı. Çünki dayanmaq hər şeyin bitdiyini qəbul etmək idi. Gülçöhrənin ağladığını gördü. Bir anlıq çevrildi.
Baxdı… O baxışda acizlik yox idi, amma dərin bir yorğunluq vardı - illərlə qurulan bir həyatın bir anın içində getməsinin yorğunluğu. Yanına gəlmədi. İşinə davam etdi, çünki o bilirdi — indi dayanarsa, özü də dağılacaq. Və işləyə-işləyə dedi: “Gülçöhrə… ağlama…” Səsi sakit idi. Amma o sakitliyin içində boğulan bir ömür vardı. Bir az susdu… Sonra bu dəfə daha güclü səslə dedi: “Gülçöhrə, ağlama, bundan da yaxşı ev quracam sənə…” O an mən başa düşdüm. Bu söz ev haqqında deyildi. Bu söz dağılan divarlara yox — dağılan bir qadının ruhuna deyilirdi. 40 il əvvəl o qadın bir çamadanla gəlmişdi. Heç nəyi yox idi. Amma içində həyat vardı. Ümid vardı. İndi isə… Yenə bir çamadan qalmışdı.

Amma bu dəfə o çamadanın içi yox, üstü dolu idi. Üstündə oturan bir qadın vardı — iki dəfə qurduğu həyatı itirən bir qadın. Və bəlkə də… insanın ən böyük ağrısı evinin dağılması deyil. İnsanın ən böyük ağrısı - eyni həyatı ikinci dəfə yaşamaq məcburiyyətidir. Bəli, insan ömrü, insan taleyi itirdikləri ilə ölçülmür. Bəlkə də taleyin ən ağır tərəfi - təkcə itirmək deyil, eyni ağrını, eyni itkini hər yağış yağanda təkrar-təkrar yenidən yaşamaq deməkdir - Gülçöhrə kimi...

Qobustan qayalarında yeni təsvirlər aşkarlandı Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Aprel 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri