Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

“BİR ÇƏTİR ALTINDA MƏN” tamaşasının böyü uğuru

“BİR ÇƏTİR ALTINDA MƏN” tamaşasının böyü uğuru

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(Teatral yazılar silsisləsindən maraqlı bir tamaşa haqqında fikirlərim)

2024-cü ilin 28 oktyabr - 3 noyabr tarixləri arasında Qazaxıstanın paytaxtı Astana şəhərində 3-cü Beynəlxalq Teatr Festivalı keçirilib. Əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu festivala Azərbaycan da qatılıb və Respublikamızı bu mötəbər sənət tədbirində 87 yaşlı Qazax Dövlət Dram Teatrı təmsil etmişdir. Onu da vurğulamaq istəyirəm ki, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev və baş rejissoru, Əməkdar artist Musa Eyyubov hər ikisi yüksək təşkilatçı insanlardır. Və hər ikisi rejissor olduqlarına görə az bir vaxtda bu teatrı Respublikanın ən aparıcı teatrlarından biri ediblər. Bax, bu gün teatrlara belə savadlı, bacarıqlı, əsl teatr bilicisi olan insanları rəhbər təyin etmək lazımdır ki, həmin mütəxəssislər teatrı dünya səviyyəsinə çıxara bilsinlər. Bu teatrın Qazaxıstandakı çıxışı bunu bir daha təsdiq etdi. Onların oynadığı Roza Mukanovanın “Bir çətir altında-mən” tamaşası bütün tamaşalardan həm rejissor yozumuna və həm də aktyor oyununa görə seçilib və maraqla qarşılanıb.

Festival əslində Qazaxıstanın ən görkəmli ədiblərindən biri, dramaturq, musiqişünas, Qazaxıstanın Əməkdar incəsənət xadimi Roza Mukanovanın 60 illik yubileyinə həsr olunmuşdu.

Təntənəli şəkildə keçən festival iştirakçılarının əksəriyyətinin sərgiləmuş olduqları tamaşaların bir çoxu da məhz Roza Mukanovanın dramaturgiyasına müraciətlə əlaqədar və bağlı idi.

Ölkəmizi təmsil edən Qazax Dövlət Dram Teatrı da həmin müəllifin "Bir çətir altında - mən" əsərinə müraciət etmiş və eyni adlı pyes əsasında hazırlanmış maraqlı bir tamaşaya imza atmışlar.

Respublikanın Əməkdar artisti, Prezident Mükafatçısı teatrın baş rejissoru və bu tamaşanın quruluşçu rejissor Musa Eyyubovun quruluş verdiyi bu pyesin tamaşası festivalın son günü 3 noyabr tarixində nümayiş etdirilmişdir.

Respublikanın Əməkdar artisti Xəzər Gəncəli, aktyorlardan Allahverdi Musayev, Yusif Qoca, Minayə İbrahimova, Zəmanə Dərviş, Aytac Cəfərova, Xaqan Qurbanov və Ceyhun Vəlizadənin rol aldığı bu tamaşa qazaxıstanlı teatrsevərlər tərəfindən çox maraqla qarşılanıb.

Tamaşa janr etibarı ilə absurd bir tragikomediyadır və rejissor Musa Eyyubov da müəllifin təklif etdiyi janra sadiq qalaraq hadisələri abstrakt bir məkandan başlayıb xarakterləri bir-birindən asılı olan kast zümrəsinə ayırmış, əsas problemi özundən yuxarıda qərar tutan vəzifəli şəxslə, özundən aşağı mövqedə olan görəvliyə qarşı ikili-ziddiyyətli münasibətlər kontekstində ön plana çıxarmağa çalışmışdır.

Cəmiyyətin təməl strukturlarından biri olan mədəniyyət sferasına “sızaraq rişə salmış” bu ünsürlər mənəvi-əxlaqi dəyərlər müstəvisində cılız görünməklə yanaşı bu sahədə baş girləyən, karyerist, düzənbaz, ona- buna quyruq bulayan, bir pillə yüksəlmək üçün həmkarlarına quyu qazan, istedadlı kadrlara göz verib-işıq verməyən antipodlardır. Bu mövzu da günümüzlə çox yaxşı səslənir…

Müəllifin ideyasına sadiq qalan rejissor, aktyorların ifa tərzinə verdiyi yozumla istedadsız “mədəniyyət xadimlərinin” baş alıb getdiyi və meydan suladığı bir mühitdə istedadlı insanların mənəvi əzablarını, maddi sıxıntılarını, bir parça çörək qazanmaq naminə, vətəni tərk edib, elindən-obasından didərgin duşüb, öz maddi və mənəvi rahatlığını əcnəbi məmləkətlərdə aramaq istəklərini nəzərə çarpdırır və bu qlobal problemin çözüm yollarını aramağa çalışır.

Pyesin çox maraqlı və mənalı bir adı var: "Bir çətir altında - mən!”.. Çətir sözünün məcazi bir mənası var. Bütün xalqlar, millətlər ancaq birlik sayəsində var olur. Çətir həm də dövlətin rəmzi hesab olunur. Təməl nə qədər möhkəm olarsa, çətir bir o qədər də davamlı və dözümlü olar.

Tamaşanın birinci hissəsində insanların bir-birinə münasibətlərinin şahidi oluruq. Kim ki, yüksək vəzifədədir, özündən aşağı olanı alçaldır, təhqir edir. Vəzifə onlar uçün hər şeydir. Baxmayaraq ki, onlar heç o pilləyə layiq deyillər. Vəzifəyə keçən məmur elə bilir ki, hər şeyə qadirdir və hər şeyi çox gözəl bilir. Bununla belə daha yüksək ranqa, rütbəyə, vəzifəyə çatmaq üçün özundən yüksəkdə olanları ləkələməkdən, şər atmaqdan, quyu qazmaqdan belə çəkinmirlər. Lakin…

Bu dəyişiklik tamaşanın ikinci hissəsində çox maraqlı bir hadisə və maraqlı bir personajla həll olunmuşdur. Güclü bir zəlzələ hər şeyi həll edir. İnsanlar heç olmasa axırıncı dəqiqələrdə dua edib paklasmağa, səhvlərini etiraf etməyə çalışırlar. Zaman Xaricində Olan Adam obrazının meydana cıxması hadisələri daha mənalı və baxımlı edir. İnsanlar başa düşür ki, nə qədər birlikdə olsalar, bir o qədər də guclü olarlar. Birlikdə özlərini daha yaxşı qoruya bilirlər.

Ona görə də bir dam altında, bir çətir altında olmalıdırlar. Xalq nə qədər bir olsa, Dövlət o qədər də güclü və qüdrətli olar! Və nəhayət, nə qədər ki, insanlar bir- birinin ayağının altını qazıyırlar, dostluqdan, birlikdən, əmin-amanlıqdan söhbət gedə bilməz!..

Müəllif, bu situasiyadan çıxış yolu tapmaq üçün təbii fəlakət olan zəlzələni simvolik olaraq səhnəyə gətirir və bu zəlzələ nəticəsində iştirakçıların-insanların Allahın bizə bəxş etdiyi qısa bir ömürdə bir-birinə pislik etmənin heç bir şeyə yaramadığının həqiqətini dərk etməsini, barışığa, birliyə gəlmənin önəmli olduğunu vurğulayaraq: “ Ey insanlar, bizlərə verilən bu qısa bir omürdə bir araya gəlməmiz və insan kimi yasamamız üçün mütləq zəlzələnin olmasımı lazımdır?”- deyə bəşəriyyətə səslənərək üsyan edir!

Amma bu zəlzələ labüddür, qaçınılmazdır!.. Globolizasiyanın baş alıb getdiyi bir zamanda insanların təmizlənməsi, katarsis keçirməsi, saflaşması və bir çətir altında bir araya gəlməsi üçün zaman-zaman təfəkkür və düşüncədə, ətraf mühiti dərk etmədə, dünyagörüşünün formalaşmasında belə ZƏLZƏLƏYƏ ehtiyac vardır!

Metafizik dəyərlərin ön plana çıxarıldığı bu tamaşa Qazaxıstan tamaşaçıları tərəfindən hərarətli alqışlarla qarşılandı. Festival ərzində 12 tamaşanın oynandıgı ən yaxşı kişi rolu üçün təsis olunmuş mükafat nominasiyasınında qalibiyyət həmyerlimuz, Respublikanın Əməkdar artisti Xəzər Gəncəliyə nəsib oldu. Yüksək mütəxəissilər olan Jüri üzvləri festivalda onun ən yaxşı aktyorlardan biri olduğunu yekdilliklə qeyd etdilər. Çox böyük istedada malik 68 yaşlı istedadlı aktyor-rejissor Xəzər Gəncəli, ona tapşırılan çətin və mürəkkəb Anti-Şrek rolunun öhdəsindən məharətlə gələ bildi. Tamaşada müəllif Roza Mukanova, eləcə də ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da iştirak edirdilər. Bu tamaşa haqqında xoş sözlər dedilər. Beləliklə, Milli teatrımiz bu tamaşa ilə Beynəlxalq miqyasda daha bir uğura imza atmış oldu.
Və bu tamaşada oynayan bütün iştirakçılar çox peşəkarlıqla öz öbrazlarını yaratdılar. Tamaşanın səhnə tərtibatı istedadlı rəssam Aysan Omarova, musiqi tərtibatı Vahid Bayramova aiddir. Pyesi Azərbaycan dilinə çox yüksək səviyyədə və maraqlı ədəbi dildə Əməkdar artist, çoxlu maraqlı yazıların müəllifi Xəzər Gəncəli tərcümə eləyib.

Mən burada bir vacib və lazımlı məsələni vurğulamaq istəyirəm ki, bölgə teatrlarının daha da peşəkar tamaşalar hazırlamasında həmin bölgələrdə olan İcra Hakimiyyəti başçılarının diqqəti çox önəmlidir. İlk öncə onu deyim ki, hansı rayonda və şəhərdə peşəkar teatr varsa, bu, həmin yer üçün böyük xoşbəxtlikdir. Həmin rəhbərlər də teatrlara lazım olan şərait yaratsalar, onların tamaşalarının yaxşı təşkil olunmasına köməklik etsələr, aldığı cüzi əmək haqqı ilə kirayədə yaşayan rejissorlara, aktyorlara, aktrisalara lazım olan şərait yaratsalar, onların kirayə pulunun ödənilməsinə köməklik etsələr, onlara ev almaqda köməklik etsələr, onda ali məktəbi bitirən rejissorlar, aktyorlar, aktrisalar Bakıda qalıb, hansısa teatrlarda kütləvi səhnələrdə oynamaqdansa, həmin bölgə teatrlarına gedib işləyərlər. Yaxşı rollar oynayıb, bir aktyor kimi püxtələşərlər. Axı Sovetləin vaxtında- Ağdam, Mingəçevir, Sumqayıt, Lənkəran, Şəki teatrları məhz həmin bölgələrdə işləyən yüksək təşkilatçı, teatra böyük maraqları olan rəhbərlərin sayəsində yarandı və belə yüksək səviyyədə inkişaf etdi. Elə həmin dövrdə ulu öndər Heydər Əliyev teatr və kino ilə bağlı bu gözəl kəlamı dedi: “Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib, teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə qovuşubdur”.

Bu müqəddəs işi müstəqillik dövrümüzdə də davam etdirmək lazımdır. Axı atalarımızın belə bir maraqlı deyimi var: “ Keçmişini bəyənməyən və onun yaxşı cəhətlərini, ənənələrini qoruyub saxlamayan xalq, heç vaxt gələcəyini qura bilməz. Qursa da çox bəsit formada qurar. Çünki kökü olmayan gələcək, yaşamaz”.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor
Əməkdar incəsənət xadimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri