Icma.az
close
up
RU
10 ölkə bir çətir altında...

10 ölkə bir çətir altında...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İƏT-in Xankəndi zirvəsi

Azərbaycan növbəti zirvə görüşünə ev sahibliyi etməyə hazırlaşır. Bu dəfə ünvan Xankəndi şəhəri olacaq. Belə ki, 2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin liderləri bir araya gələcək. 13 ölkə liderinin iştirak edəcəyi tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq

Xankəndidə baş tutacaq 17-ci sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçirilib.

Dünyada Azərbaycana və onun Liderinə artan inam

İƏT kimi nüfuzlu bir qurumun növbəti Zirvə görüşünün ev sahibi ölkəsi kimi Azərbaycanın müəyyənləşdilməsi təsadüfi deyil. Bu, Azərbaycana və onun Liderinə dünyada artan inamın növbəti ifadəsidir. Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Aparılan çoxsaylı sosioloji sorğuların nəticələri təsdiqləyir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti Ona inanaraq yüksək etimad göstərir. Bunu ölkəmizdə keçirilən son Prezident  seçkilərinin nəticələri bir daha təsdiqlədi. Yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə İlham Əliyev səslərin 92,12 faizini qazanaraq növbəti dəfə Prezident seçildi.

Azərbaycan cəmiyyətində belə yüksək nüfuz qazanan Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq miqyasda da qlobal liderlik keyfiyyətləri nümayiş etdirən siyasətçi kimi tanınır - qəbul olunur. İlham Əliyevin liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. İlham Əliyev qlobal miqyasda meydana çıxan çağırışları, yeni trendləri anında dəyərləndirir, ardıcıl şəkildə regional və qlobal əməkdaşlığın inkişaf etdirilməsinə, beynəlxalq həmrəyliyin gücləndirilməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hədəflənən təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq birlik üçün mühüm əhəmiyyət daşıyan məsələləri BMT-nin və digər nüfuzlu təşkilatların gündəminə çıxarmağı bacarıb. Bu barədə istənilən qədər nümunə gətirmək olar. Yeni növ koronavirus pandemiyasının yaratdığı təhdidlər hələ yaddaşlardan silinməyib. Azərbaycan Prezidenti qlobal liderlik nümunəsini növbəti dəfə koronavirus pandemiyası şəraitində nümayiş etdirdi. Belə çətin dönəmdə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə nail olmaq lazımdır. Dünya ölkələri, beynəlxalq təşkilatlar pandemiyaya qarşı mübarizədə koordinasiyalı fəaliyyət sərgiləməlidirlər. Beləliklə, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getməyi bacardı.  Ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi.

Azərbaycanın dövlət başçısının siyasəti milli maraqlara, ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Təbii ki, bu, Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun artmasını, qlobal siyasətdə öz yeri və dəst-xətti ilə seçilən Lider kimi qəbul olunmasını şərtləndirir. Bunun nəticəsidir ki, təkcə son vaxtlarda Prezident İlham Əliyev həm İslam coğrafiyasında, həm də Avropa məkanında dövlət və hökumət başlçılarının iştirakı ilə keçirilən müxtəlif sammitlərə fəxri qonaq qismində dəvətlər alıb.

Son illərdə Azərbaycan ölkəmizə və onun Liderinə artan inamın təsdiqi olaraq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif ölkələrin, güc mərkəzlərinin danışıqlar apardığı və ən əsası da hamının qəbul etdiyi ideal dialoq məkanına çevrilib. Azərbaycan bir növ barışdırıcı, əlaqələndirici, bütün tərəfləri bir araya gətirən missiya yerinə yetirir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkəmiz ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, COP29 konfransında dünyaya özünün yeni yüksək standartlarını təqdim edib. Bütün dünya Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin, həmçinin cəmiyyətimizin tolerantlığının və həmrəyliyinin şahidi olub.

İƏT-in ən fəal üzvlərindən biri

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. İƏT-ə üzv olan ölkələrdə, ümumilikdə, 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm coğrafiya, həm də istehlakçı baxımından kifayət qədər ciddi potensiala malikdir. Təşkilatın əsas məqsədi üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır.

Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı ölkəmizin mövqeyinə diqqət çəkərək bildirib: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisdi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Qeyd edək ki, böyük siyasətçi Heydər Əliyev də zamanında ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, O, 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə İƏT-in ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. 2023-cü il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət paytaxtı olaraq seçilib ki, bu da regionda turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək bir prosesdir. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Respublikamızın ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Son illərdə Azərbaycan Şimal-Cənub və Transxəzər marşrutlarının funksionallığının artmasına sanballı töhfələr verib. Ölkəmiz həmçinin Zəngəzur Dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərir.  Bütövlükdə Azərbaycanın yaratdığı nəqliyyat-logistika infrastrukturu ECO ölkələrinin inteqrasiyası üçün yeni imkanlar açır.

Azərbaycanın haqq işinə davamlı dəstək

Öz növbəsində təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub.

Həmçinin 2021-ci ildə Türkmənistanda Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş XV Zirvə toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamdə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəalar da öz əksini tapıb. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə münasibətilə təbrik yer alıb. Sənəddə respublikamıızın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Cənubi Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur, üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.

İƏT-in Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi önəmi

İƏT-in növbəti Zirvə toplantısının məkanı kimi məhz Xankəndinin seçilməsi xüsusi məna daşıyır. Bu, Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur. Xankəndi 30 ildən çox bir müddət ərzində erməni separatizminin, necə deyərlər, beşiyi olub. Həmin dövrdə bu Azərbaycan şəhərində və ətraf ərazilərdə suverenliyimiz kobud şəkildə pozulub. Azərbaycan dövləti və xalqı bu reallıqla barışa bilməzdi və barışmadı da. Müzəffər Ordumuz 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq  şəhəri separatçı rejimdən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub, burada üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bir vaxtlar qarşıdurmanın mərkəzi olmuş Qarabağ bu gün sülhə əsaslanan inteqrasiyanın məkanına, Avrasiya dialoqunun siyasi mərkəzinə çevrilir.

Postmüharibə dövründə qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə start verib. Xankəndidə baş tutacaq tədbir ECO-ya daxil olan ölkələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə daha fəal şəkildə cəlb olunmalarına  gətirib çıxara bilər. Qeyd edək ki, artıq bəzi üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bərpa-quruculuq işlərinə öz töhfələrini veriblər. Beləliklə, Zirvə toplantısı bir daha  göstərəcək ki, Qarabağ artıq münaqişə zonası deyil, bu ərazilər sülh, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlıq üçün bir məkandır.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri