Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

“BİR ÇƏTİR ALTINDA MƏN” tamaşasının böyük uğuru

“BİR ÇƏTİR ALTINDA MƏN” tamaşasının böyük uğuru

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(Teatral yazılar silsiləsindən maraqlı bir tamaşa haqqında fikirlərim)

2024- cü ilin 28 oktyabr -3 noyabr tarixləri arasında Qazaxıstanın paytaxtı Astana şəhərində 3-cü Beynəlxalq Teatr Festivalı keçirilib. Əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu festivala Azərbaycan da qatılıb və Respublikamızı bu mötəbər sənət tədbirində 87 yaşlı Qazax Dövlət Dram Teatrı təmsil etmişdir. Onu da vurğulamaq istəyirəm ki, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev və baş rejissoru, Əməkdar artist Musa Eyyubov hər ikisi yüksək təşkilatçı insanlardır. Və hər ikisi rejissor olduqlarına görə az bir vaxtda bu teatrı Respublikanın ən aparıcı teatrlarından biri ediblər. Bax, bu gün teatrlara belə savadlı, bacarıqlı, əsl teatr bilicisi olan insanları rəhbər təyin etmək lazımdır ki, həmin mütəxəssislər teatrı dünya səviyyəsinə çıxara bilsinlər. Bu teatrın Qazaxıstandakı çıxışı bunu bir daha təsdiq etdi. Onların oynadığı Roza Mukanovanın “Bir çətir altında-mən” tamaşası bütün tamaşalardan həm rejissor yozumuna və həm də aktyor oyununa görə seçilib və maraqla qarşılanıb.

Festival əslində Qazaxıstanın ən görkəmli ədiblərindən biri, dramaturq, musiqişünas, Qazaxıstanın Əməkdar incəsənət xadimi Roza Mukanovanın 60 illik yubileyinə həsr olunmuşdu.

Təntənəli şəkildə keçən festival iştirakçılarının əksəriyyətinin sərgiləmuş olduqları tamaşaların bir çoxu da məhz Roza Mukanovanın dramaturgiyasına müraciətlə əlaqədar və bağlı idi.

Ölkəmizi təmsil edən Qazax Dövlət Dram Teatrı da həmin müəllifin "Bir çətir altında - mən" əsərinə müraciət etmiş və eyni adlı pyes əsasında hazırlanmış maraqlı bir tamaşaya imza atmışlar.

Respublikanın Əməkdar artisti, Prezident Mükafatçısı teatrın baş rejissoru və bu tamaşanın quruluşçu rejissor Musa Eyyubovun quruluş verdiyi bu pyesin tamaşası festivalın son günü 3 noyabr tarixində nümayiş etdirilmişdir.

Respublikanın Əməkdar artisti Xəzər Gəncəli, aktyorlardan Allahverdi Musayev, Yusif Qoca, Minayə İbrahimova, Zəmanə Dərviş, Aytac Cəfərova, Xaqan Qurbanov və Ceyhun Vəlizadənin rol aldığı bu tamaşa qazaxıstanlı teatrsevərlər tərəfindən çox maraqla qarşılanıb.

Tamaşa janr etibarı ilə absurd bir tragikomediyadır və rejissor Musa Eyyubov da müəllifin təklif etdiyi janra sadiq qalaraq hadisələri abstrakt bir məkandan başlayıb xarakterləri bir-birindən asılı olan kast zümrəsinə ayırmış, əsas problemi özundən yuxarıda qərar tutan vəzifəli şəxslə, özundən aşağı mövqedə olan görəvliyə qarşı ikili-ziddiyyətli münasibətlər kontekstində ön plana çıxarmağa çalışmışdır.

Cəmiyyətin təməl strukturlarından biri olan mədəniyyət sferasına “sızaraq rişə salmış” bu ünsürlər mənəvi-əxlaqi dəyərlər müstəvisində cılız görünməklə yanaşı bu sahədə baş girləyən, karyerist, düzənbaz, ona- buna quyruq bulayan, bir pillə yüksəlmək üçün həmkarlarına quyu qazan, istedadlı kadrlara göz verib-işıq verməyən antipodlardır. Bu mövzu da günümüzlə çox yaxşı səslənir…

Müəllifin ideyasına sadiq qalan rejissor, aktyorların ifa tərzinə verdiyi yozumla istedadsız “mədəniyyət xadimlərinin” baş alıb getdiyi və meydan suladığı bir mühitdə istedadlı insanların mənəvi əzablarını, maddi sıxıntılarını, bir parça çörək qazanmaq naminə, vətəni tərk edib, elindən-obasından didərgin duşüb, öz maddi və mənəvi rahatlığını əcnəbi məmləkətlərdə aramaq istəklərini nəzərə çarpdırır və bu qlobal problemin çözüm yollarını aramağa çalışır.

Pyesin çox maraqlı və mənalı bir adı var: "Bir çətir altında - mən!”.. Çətir sözünün məcazi bir mənası var. Bütün xalqlar, millətlər ancaq birlik sayəsində var olur. Çətir həm də dövlətin rəmzi hesab olunur. Təməl nə qədər möhkəm olarsa, çətir bir o qədər də davamlı və dözümlü olar.

Tamaşanın birinci hissəsində insanların bir-birinə münasibətlərinin şahidi oluruq. Kim ki, yüksək vəzifədədir, özündən aşağı olanı alçaldır, təhqir edir. Vəzifə onlar uçün hər şeydir. Baxmayaraq ki, onlar heç o pilləyə layiq deyillər. Vəzifəyə keçən məmur elə bilir ki, hər şeyə qadirdir və hər şeyi çox gözəl bilir. Bununla belə daha yüksək ranqa, rütbəyə, vəzifəyə çatmaq üçün özundən yüksəkdə olanları ləkələməkdən, şər atmaqdan, quyu qazmaqdan belə çəkinmirlər. Lakin…

Bu dəyişiklik tamaşanın ikinci hissəsində çox maraqlı bir hadisə və maraqlı bir personajla həll olunmuşdur. Güclü bir zəlzələ hər şeyi həll edir. İnsanlar heç olmasa axırıncı dəqiqələrdə dua edib paklasmağa, səhvlərini etiraf etməyə çalışırlar. Zaman Xaricində Olan Adam obrazının meydana cıxması hadisələri daha mənalı və baxımlı edir. İnsanlar başa düşür ki, nə qədər birlikdə olsalar, bir o qədər də guclü olarlar. Birlikdə özlərini daha yaxşı qoruya bilirlər.

Ona görə də bir dam altında, bir çətir altında olmalıdırlar. Xalq nə qədər bir olsa, Dövlət o qədər də güclü və qüdrətli olar! Və nəhayət, nə qədər ki, insanlar bir- birinin ayağının altını qazıyırlar, dostluqdan, birlikdən, əmin-amanlıqdan söhbət gedə bilməz!..

Müəllif, bu situasiyadan çıxış yolu tapmaq üçün təbii fəlakət olan zəlzələni simvolik olaraq səhnəyə gətirir və bu zəlzələ nəticəsində iştirakçıların-insanların Allahın bizə bəxş etdiyi qısa bir ömürdə bir-birinə pislik etmənin heç bir şeyə yaramadığının həqiqətini dərk etməsini, barışığa, birliyə gəlmənin önəmli olduğunu vurğulayaraq: “ Ey insanlar, bizlərə verilən bu qısa bir omürdə bir araya gəlməmiz və insan kimi yasamamız üçün mütləq zəlzələnin olmasımı lazımdır?”- deyə bəşəriyyətə səslənərək üsyan edir!

Amma bu zəlzələ labüddür, qaçınılmazdır!.. Globolizasiyanın baş alıb getdiyi bir zamanda insanların təmizlənməsi, katarsis keçirməsi, saflaşması və bir çətir altında bir araya gəlməsi üçün zaman-zaman təfəkkür və düşüncədə, ətraf mühiti dərk etmədə, dünyagörüşünün formalaşmasında belə ZƏLZƏLƏYƏ ehtiyac vardır!

Metafizik dəyərlərin ön plana çıxarıldığı bu tamaşa Qazaxıstan tamaşaçıları tərəfindən hərarətli alqışlarla qarşılandı. Festival ərzində 12 tamaşanın oynandıgı ən yaxşı kişi rolu üçün təsis olunmuş mükafat nominasiyasınında qalibiyyət həmyerlimuz, Respublikanın Əməkdar artisti Xəzər Gəncəliyə nəsib oldu. Yüksək mütəxəissilər olan Jüri üzvləri festivalda onun ən yaxşı aktyorlardan biri olduğunu yekdilliklə qeyd etdilər. Çox böyük istedada malik 68 yaşlı istedadlı aktyor-rejissor Xəzər Gəncəli, ona tapşırılan çətin və mürəkkəb Anti-Şrek rolunun öhdəsindən məharətlə gələ bildi. Tamaşada müəllif Roza Mukanova, eləcə də ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da iştirak edirdilər. Bu tamaşa haqqında xoş sözlər dedilər. Beləliklə, Milli teatrımiz bu tamaşa ilə Beynəlxalq miqyasda daha bir uğura imza atmış oldu.

Və bu tamaşada oynayan bütün iştirakçılar çox peşəkarlıqla öz öbrazlarını yaratdılar. Tamaşanın səhnə tərtibatı istedadlı rəssam Aysan Omarova, musiqi tərtibatı Vahid Bayramova aiddir. Pyesi Azərbaycan dilinə çox yüksək səviyyədə və maraqlı ədəbi dildə Əməkdar artist, çoxlu maraqlı yazıların müəllifi Xəzər Gəncəli tərcümə eləyib.

Mən burada bir vacib və lazımlı məsələni vurğulamaq istəyirəm ki, bölgə teatrlarının daha da peşəkar tamaşalar hazırlamasında həmin bölgələrdə olan İcra Hakimiyyəti başçılarının diqqəti çox önəmlidir. İlk öncə onu deyim ki, hansı rayonda və şəhərdə peşəkar teatr varsa, bu, həmin yer üçün böyük xoşbəxtlikdir. Həmin rəhbərlər də teatrlara lazım olan şərait yaratsalar, onların tamaşalarının yaxşı təşkil olunmasına köməklik etsələr, aldığı cüzi əmək haqqı ilə kirayədə yaşayan rejissorlara, aktyorlara, aktrisalara lazım olan şərait yaratsalar, onların kirayə pulunun ödənilməsinə köməklik etsələr, onlara ev almaqda köməklik etsələr, onda ali məktəbi bitirən rejissorlar, aktyorlar, aktrisalar Bakıda qalıb, hansısa teatrlarda kütləvi səhnələrdə oynamaqdansa, həmin bölgə teatrlarına gedib işləyərlər. Yaxşı rollar oynayıb, bir aktyor kimi püxtələşərlər. Axı Sovetləin vaxtında- Ağdam, Mingəçevir, Sumqayıt, Lənkəran, Şəki teatrları məhz həmin bölgələrdə işləyən yüksək təşkilatçı, teatra böyük maraqları olan rəhbərlərin sayəsində yarandı və belə yüksək səviyyədə inkişaf etdi. Elə həmin dövrdə ulu öndər Heydər Əliyev teatr və kino ilə bağlı bu gözəl kəlamı dedi: “ Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib, teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə qovuşubdur”.

Bu müqəddəs işi müstəqillik dövrümüzdə də davam etdirmək lazımdır. Axı atalarımızın belə bir maraqlı deyimi var: “ Keçmişini bəyənməyən və onun yaxşı cəhətlərini, ənənələrini qoruyub saxlamayan xalq, heç vaxt gələcəyini qura bilməz. Qursa da çox bəsit formada qurar. Çünki kökü olmayan gələcək, yaşamaz”.

Ağalar İDRİSOĞLU,

yazıçı-rejissor

Əməkdar incəsənət xadimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri