Icma.az
close
up
RU
Bir çox şəhər su altında qala bilər

Bir çox şəhər su altında qala bilər

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq İqlim Təşkilatı – World Weather Attribution (WWA) Qrenlandiya buzlaq örtüyünün əriməsinin sürətlənməsi ilə bağlı narahatedici hesabat təqdim edib.

BAKU.WS xəbər verir ki, araşdırmaya görə, 2025-ci il mayın 15-dən 21-dək bu bölgədə ərimə intensivliyi həmin dövr üçün normanı 17 dəfə üstələyib. Bunun əsas səbəbi isə may ayında Arktikanı bürüyən anomaliyə çevrilmiş istilər olub.

Belə ki, Qrenlandiyada temperatur 14,3°C-yə çatıb. Bu da orta gündəlik normadan 13,5°C yüksəkdir. Qonşu İslandiyada da rekord temperatur qeydə alınıb – 26,6°C, bu isə 1991–2020-ci illərin orta aylıq göstəricilərini iki dəfədən çox üstələyir.

İqlim müşahidə peyklərinin məlumatına əsasən, XXI əsrin əvvəlindən bu yana buzlaq örtüyünün ərimə sürəti 4 dəfə artıb. Son 20 ildə Qrenlandiya 5 trilyon tondan çox buzu itirib. Alimlər mütəmadi olaraq milyard tonlarla çəkiyə malik aysberqlərin qopduğunu qeyd edirlər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ərimə bu templə davam edərsə, Dünya okeanının səviyyəsi ciddi şəkildə artacaq. Bu, bütün dünyada sahil şəhərləri üçün təhlükə yaradacaq.

2014-cü ildə Almaniya və Niderlanddan olan alimlər tərəfindən yaradılan və Londonun İmperial Kollecinin himayəsi altında fəaliyyət göstərən WWA təşkilatı, bu prosesləri insan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə ilə əlaqələndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 İyun 2025 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see301

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see275

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see266

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see263

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see214

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see202

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see187

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see187

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see184

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see183

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see181

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see181

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see179

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see177

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see175

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see174

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see172

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see171

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see170

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri