Icma.az
close
up
RU
Bir daha sübut olundu ki, azərbaycanlı məşqçilərə güvənmək lazımdır Samir Əliyev

Bir daha sübut olundu ki, azərbaycanlı məşqçilərə güvənmək lazımdır Samir Əliyev

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukrayna yığmasını qəbul edən Azərbaycan millisi güclü rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. İlk turda İslandiyadan alınan 0:5 hesablı yenilginin ardından baş məşqçi postundan göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşun funksiyasını müvəqqəti yerinə yetirən Ayxan Abbasov millini psixoloji cəhətdən toparlaya, ortaya əzmkar oyun qoya bildi. "Neftçi"nin və 17 yaşadək futbolçulatdan ibarət Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İslandiyadakı ağır məğlubiyyətdən sonra AFFA rəhbərliyi son illərdəki ən düzgün qərarını verərək Fernandu Santuşu istefaya göndərdi və millini Ukaryna ilə matça yerli məşqçinin - Ayxan Abbasovun çıxarmasına şərait yaratdı. Ukrayna kimi güclü rəqiblə matçdan 1 xalla ayrılmaq yerli mütəxəssislər adına çox yaxşı nəticədir. Bir daha sübut olundu ki, azərbaycanlı məşqçilərə güvənmək lazımdır. Birinci turdakı 0:5 hesablı yenilginin ardından komandanı toparlamaq asan iş deyildi. Futbolçularımız əzmkarlıq nümayiş etdirərək layiqli mübarizə apardılar. Komandalar arasında səviyyə fərqi görünsə də, milli komandamız ortaya xarakter qoydu. Çox çətin qrupa düşmüşük. Fransa, Ukrayna və İslandiya kimi rəqiblərin yer aldığı ilk xalımızı qazandıq. Buna görə millinin məşqçilərinə və futbolçularına alqış düşür. Kompakt şəkildə müdafiə olunaraq nəticə əldə etdik. Əlbəttə ki, bu rəqibə qarşı açıq futbol oynamaq düzgün olmazdı. Tribunalara azarkeş sayının az olması millinin son oyunlardakı zəif çıxışı ilə bağlı idi. Ümid edirəm ki, bu əzmkarlıqdan sonra azarkeşlər də tribunalara qayıdacaq və millimizə daha yaxşı dəstək verəcəklər".

Nihat  

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri