Icma.az
close
up
RU
Bir damcı yaşın içindəki Ağdam

Bir damcı yaşın içindəki Ağdam

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir essemə unudulmaz Eldar Baxışın təkrarsız Qədir Rüstəmov haqqında yazdıqları ilə başlamışdım: "Ağdamın girişində quldurlar Qədirin yolunu kəsdilər, üst-başını axtardılar, heç nə tapmadılar, axırda ağzını açıb baxdılar, gördülər, yazığın səsindən başqa heç nəyi yoxdur".

Amma indi bu obrazlı fikrə bir düzəliş edim: Qədirin səsindən başqa bir Ağdamı da vardı axı. Səsli-küylü, gedişli-gəlişli, qonaqlı-qaralı, qaynar, yaşıl bir şəhəri vardı "yazığın". O Ağdamın barını-bəhrəsini, küçəsini-bacasını, daşını-divarını da yağılar yağmaladılar, dağıtdılar, yandırdılar. Qədir də bu şəhərin külünü, kösövünü içinə yığıb apardı Oğuza, öz qalan səsi və nəfəsi ilə üfürüb, közərtdi, öz içində diriltdi Ağdamı. Əhdi bardı; içindəki Ağdamı təzədən Ağdama köçürəcəkdi. Amma ömrü çatmadı; özü köçüb bu dünyadan getdi. O gedəndən sonra Ağdam geri gəldi. Daha doğrusu, geri qaytarıldı.

Bir doğmanıza, balanıza deyirsiniz ha: "Səni verənə qurban!" İndi Ağdam üçün başqa cür deyərsiniz: "Səni alana qurban!"

Həmişə əsgərimiz xalqa qurban getməyəcək ki, bir dəfə də biz qurban olsaq, dünya dağılmaz. Heç olmasa, sözdə.

Əsgərim Şuşanı alanda, Ağdamı da almışdı artıq. Şuşadan iki həftə sonra ordumuz Ağdamı bizə verdi və biz Ağdama və əsgərimizə dedik: "Səni verənə qurban!"

...Oğuza, Qədirin Ağdamına qayıdıram. Ağdam, bəli, qayıydı, amma Oğuzdakı, Şəkidəki, Bakıdakı, Bərdədəki, Gəncədəki, daha, bilmirəm, haralardakı Ağdam yığışıb Ağdama köçməyib hələ. Vaxtı-vədəsi çatanda köçəcək. Bir vaxt Ağdamdan məcburi köçənlər, bu dəfə Ağdama könüllü köçəcək.

...Ağdama uşaqlıq, yeniyetməlik çağlarımdan bağlanmışdım. O vaxtkı bəxtəvər Ağdama. Anamın bibisi oğlu Ənvər dayı ailəsi ilə Ətyeməzli kəndində yaşayırdı. Ağsaqqal, təmkinli, ağayana bir əyalət ziyalısı idi. Ağayana dedim, yadıma düşdü: bəy nəslindən idi. Bir qardaşı Musa dayı isə Bakıdaydı; neft maşınqayırması sahəsində məşhur alimdi. Mən Universitetə imtahan verəndə, Musa dayımgildə qalırdım. O, tez-tez xaricə gedirdi; Bakıda istehsal olunan neftçıxarma, neft emalı cihaz və dəzgahlarının satıldığı ölkələrə ezamiyyətə gedirdi.

İllər sonra ürəyi sözünə baxmadı, xəstələnib yatağa düşdü, ağır əməliyyatlar keçirmişdi. Mən də tələbəydim artıq, yataqxanada qalırdım. Musa dayıya baş çəkməyə getmişdim. Çox zəifləmişdi, dağ boyda kişi elə dəyişmişdi ki. Başını azca dikəldib, dedi: "Bacıoğlu, işə bax e, sən! Vaxt var idi, bir ildə iki dəfə Argentinaya gedib-gəlirdim, indi burdan-bura Ağdama gedə bilmirəm. Burnumun ucu göynəyir". Mənim təsəlli cümləsi qurmağa hazırlaşdığımı hiss edib: "Heç özünü yorma, Ağdama getməyim day getdi".

Onda hələ heç birimizin ağlına gəlməzdi ki, nə vaxtsa Ağdam özü... gedəcək.

Mən onda Musa dayının eynini açmaq, ağrılarını az da olsa, unutdurmaq üçün demişdim: "Dayı, sizin kəndin adı niyə Ətyeməzlidir? Mən gedib görmüşəm, ən çox əti elə o kənddə yeyirlər".

Çətinliklə danışdığı kimi, çox çətinliklə güldü. Dedi: "Dədə, əti çiy yemirlər ha. Bişirib yeyirlər də. "Ətyeməzli" ona görə deyiblər ki, çiy-çiy olmaz".

Hər ikimiz güldük. Musa dayının gözündən bir damcı yaş süzüldü. Elə bilirəm, o bir damcı yaşın içində Ağdama getmək arzusu da vardı, xəstəliyi də, işdən-gücdən qalmağı da. Hər şey. İndi Ənvər dayımın da, Musa dayımın özləri dünyada yoxdur, amma hərəsinin öz Ağdamı qalıb. Birininki Ətyeməzli kəndindən geri qalan uçuq daş-divarın içində, birininki Bakıda 6-cı mikrorayondakı 4-cü mərtəbədə.

Hər Ağdamlının iki Ağdamı var. Biri Qədir Rüstəmov kimi öz içini yandıra-yandıra yaşatdığı köz Ağdam, biri də çölündəki Ağdam. Hələlik Ağdamlılar içindəki Ağdamı çölündəkinə daşımayıb. Hələ ki o əvvəlki Ağdam təzədən qurulmayıb, dirilməyib. Dirilsin, dikəlsin, dirçəlsin, Musa dayıma sözümdür: onun Ağdamını da Bakıdan götürüb Ətyeməzliyə, Ənvər dayımızın yurdunda... ət yeməyə gedəcəm. Əlbəttə, ömrüm çatsa...

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri