Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

“Ağdam Muğam Mərkəzi xalqımıza misilsiz bir töhfədir”

“Ağdam Muğam Mərkəzi xalqımıza misilsiz bir töhfədir”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əslində, bu qeydlərimə “Qafqazın Xirosiması”nda möhtəşəm muğam mərkəzi” sərlövhəsini vermək istəyirdim. Amma qonşumuz – ömrünün xeyli hissəsini Qarabağda – müəllimliklə keçirmiş İsrafil müəllimdən eşitdiyim bir ifadə “yolumu kəsdi”: “ İndiyədək elə güman edirdim ki, biz heç zaman Mehriban Əliyevanın Azərbaycan muğamına göstərdiyi qayğının, diqqətin tayı-bərabəri ola biləcək bir fakt görməyəcəyik. Xüsusən, onun təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş “Qarabağ xanəndələri” albomunun tayı- bərabəri yoxdur. Ancaq cənab Prezidentin Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışı, orada ilk muğam konsertinin tamaşaçısı olması, gənc muğam ifaçılarının səsini eşidəndə kövrəlməsi, onları ayaq üstdə dinləməsi, uşaqları ruhlandırmaq üşün əzəmətli kütlə və telekameralar qarşısında əyilərək onları öpməsi... mənim ürəyimi dağa döndərdi. Ağdam Muğam Mərkəzi xalqımıza, Qarabağa, qarabağlılara misilsiz bir töhfədir”. 

İsrafil müəllimin bu qənaəti mənim də ürəyimi riqqətə gətirdi. Elə ona görə də bu yazının adını belə qoydum: “Ağdam Muğam Mərkəzi xalqımıza misilsiz bir töhfədir”. 

Sonra isə müxtəlif görkəmli muğam mütəxəssislərindən eşitdiyim fikirlərə istinad eləmək istədim. Məsələn, Xalq artisti, rəhmətlik Əlibaba Məmmədov deyirdi ki, Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti təyin edilməsi ölkə əhalisinin hamısı tərəfindən alqışlandı. Ancaq həmin təyinatdan hamıdan çox biz muğam sənətkarları qazandıq. Məhz onun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verildi, orada çoxsaylı muğam tədbirləri, xüsusən, gənclər arasında Muğam müsabiqələri keçirildi, Qarabağ xanəndələri” muğam albomu ərsəyə gəldi ...”

Xalq artisti Habil Əliyevin fikirləri isə daha kövrək idi: “O, (Mehriban Əliyevanı nəzərdə tutur – İ.M.) mənim qızım, bəlkə də nəvəm yerindədir. Ancaq o mənə, tay-tuşlarıma, bütün həqiqi muğam sənətkarlarına analıq elədi. Biz muğam ifaçıları bu qayğını heç zaman görməmişdik”. 

Xalq artisti, professor Tofiq Bakıxanov isə deyir ki, mənim yazdığım dörd simfonik muğam illər idi ki, iş otağımda “yatıb qalırdı”. Mehriban xanım həmin muğamları kitab şəklində nəşr etdirməklə mənə də böyük qayğı göstərmiş oldu, muğama da. 

Ancaq bunlar sadə sənət adamlarının mülahizələridir. Mehriban xanımın Azərbaycan muğamına qayğı və diqqəti ən ali dövlət qurumlarının toplantılarında da dilə gətirilir. Məsələn, 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında yeni təyin olunmuş Birinci vitse-prezidenti Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edən dövlət başçımız demişdir: “Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur”.

Bəlkə də çoxlarının yadındadır. 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimində dövlət başçımıza məlumat verilmişdi ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə “dəyirmi masa” keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. 

Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə, onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Bakıdakı Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur.

Ancaq muğam sənətinə dövlət qayğısı təkcə müstəqillik illərində reallaşdırılan tədbirlərdən ibarət deyil. Vərəqlədiyim köhnə materiallardan birində Xalq artisti Arif Babayevin cümlələrini oxudum: “Mənim yadımdadır, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birinci dəfə hakimyyətə gəlməsindən sonra, məhz onun rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoydu, biz muğam ifaçılarına və bu sənəti yaşadanlara xüsusi diqqət və qayğı göstərildi. 1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edildi, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxıldı”.

Onu da xatırladaq ki, dövlət başçımız mayın 10-da Ağdamdakı şıxışında bir neçə il Quzanlı kəndində açılmış Muğam mərkəzini də yada salmışdı. Biz də həmin tədbiri yada salmaq istərdik. Çünki cənab Prezident Quzanlıda muğam sənətimizə çox böyük qiymət vermişdi: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”.

Elə ona görə də böyük şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki: 

O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,

Oyadıb yaddaşı, vicdanı utandırdı muğam. 

Bəli, həmin bir çəngə bulud yenə də oralarda – otuz ildən çox ürək yanğımıza, göz yaşlarımıza dönmüş, yaddaşımızı korşalmağa qoymayan, vicdanımızın üstündə nəzarətə çevrilmiş Qarabağ torpaqlarındadır. O “bir çəngə bulud”u həmin müqəddəs torpaqlarımıza hansısa külək yox, Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan xalqının əzmi və ordumuzun şücaəti, mətanəti aparıb. Daimi olsun, İnşallah! 

Muğam bizim milli sərvətimiz, tarixi dəyərimizdir. Onun özünə və yayıldığı coğrafiyaya əl uzadanlar ya peşman olacaqlar, ya da elə taylarını tapacaqlar. 

İttifaq MİRZƏBƏYLİ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 May 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri