“Simpsonlar”ın ssenaristi ABŞ prezidentli olmaq istəyir
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məşhur “Simpsonlar” serialında Donald Trampın prezident olacağını göstərən bölümü yazan ssenarist Den Qrini 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində namizəd olmaq istədiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, o, bu barədə öz yutub kanalında yayımladığı videomüraciətdə bildirib.
“Prezidentliyə namizəd oluram. Mənim platformam — hamı üçün Amerikadır. Gəlin bunu birlikdə edək” deyə, Qrini vurğulayıb.
Söhbət 2000-ci ildə yayımlanan “Bart gələcəkdə” adlı bölümdən gedir. Həmin seriyada Bart Simpson gələcəyi görür və bacısı Lizanın ABŞ-ın ilk qadın prezidenti olduğunu öyrənir. Bölümlərdən birində Liza Oval kabinetdə əvvəlki prezidentdən qalan maliyyə problemlərini müzakirə edir. Süjetə görə, həmin prezident Donald Tramp idi.
Bu epizod Trampın 2016-cı ildəki real seçki qələbəsindən 16 il əvvəl yayımlandığı üçün serialın yaradıcısı Mett Qroeninq tez-tez “peyğəmbər” adlandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:248
Bu xəbər 28 May 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















