“Bir dəfə Mahnı Teatrında” Kino Musiqisinə həsr olunmuş möhtəşəm gecə VİDEO FOTO
Icma.az, Milli.az saytına istinadən bildirir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Bir dəfə Mahnı Teatrında" adlı musiqili gecə keçirilib. Tədbir teatrın Estrada Simfonik Orkestrinin ifasında kino musiqisi nümunələri əsasında hazırlanmış ilk konsert olub. Konsert dünya kino musiqisinin 130 illiyinə həsr edilib.
Konsertin baş prodüseri Ülviyyə Bəbirli, layihə rəhbəri Hüseynağa Aslanov, quruluşçu rejissoru isə Təhminə Hümbətovadır. Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Proqramda Azərbaycan və dünya kino tarixinin məşhur filmlərinə yazılmış musiqilər səslənib. "Bir dəfə Mahnı Teatrında" layihəsi musiqi və kino sənətinin sintezini səhnədə nümayiş etdirərək, əsərləri teatrlaşmış şəkildə tamaşaçılara təqdim edib. Bu da gecəni izləyənlərə həm estetik zövq, həm də unudulmaz retro hisslər yaşadıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















