Icma.az
close
up
RU
Bu sahədə çalışanların gəliri hər an dayana bilər AÇIQLAMA

Bu sahədə çalışanların gəliri hər an dayana bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda əmək bazarının strukturunda günəmuzd fəaliyyət göstərən şəxslər böyük paya sahibdir. Bu sahə sabit aylıq maaş və uzunmüddətli müqavilələrin olmaması ilə fərqlənir. Xüsusilə böyük şəhərlərdə, irimiqyaslı tikinti sahələrində və xidmət sektorunda gündəlik işçi qüvvəsinə tələbat daim yüksək səviyyədə qalır. Sabit rəsmi iş yerinə daxil ola bilməyən və ya qısamüddətli qazanc axtaran vətəndaşlar daha çox bu sahəyə yönəlirlər.
Bu bazarın mövcud vəziyyəti ilə bağlı insan resursları üzrə konsultant, biznes məsələləri üzrə ekspert İlkin Mirzəzadə Demokrat.az saytına açıqlama verib.
Ekspert ölkədəki gündəlik iş bazarının daha çox fiziki əməyə əsaslanan sahələri və xidmət personalını əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu növ məşğulluq konkret istiqamətlərdə cəmləşib.
"Bu bazar müxtəlif sahələri özündə birləşdirir, lakin daha çox restoran və tikinti sektorlarında fəallıq müşahidə olunur. Məsələn, restoranlarda ofisiantlar, mətbəx işçiləri və köməkçi heyət, tikinti sahəsində isə müxtəlif kateqoriyalara aid ustalar və fəhlələr bu bazarın əsas iştirakçılarıdır".
Mütəxəssis qeyd edib ki, bu sistemdə fəaliyyət göstərən şəxslərin maddi vəziyyəti hər gün dəyişə bilir. Rəsmi ştatda olmayan işçilərin qazancı tamamilə sifarişlərin və iş günlərinin həcmindən asılıdır.
Ekspert qeyri-sabit gəlir sistemini və bazarın ümumi mənzərəsini bu cür izah edib:
"Onların sabit aylıq gəliri olmur və qazanc birbaşa işlədikləri günlərin sayından asılıdır. Buna görə də bu kateqoriyada çalışanlar üçün gəlir qeyri-sabit xarakter daşıyır. Ümumilikdə, gündəlik iş bazarında əsasən aşağı və orta ixtisaslı işçi qüvvəsi üstünlük təşkil edir. Digər sahələrdən olan işçilərə də nadir hallarda rast gəlinir, lakin bu, ümumi mənzərədə istisna xarakteri daşıyır. Bu səbəbdən bazarın əsas yükünü məhz xidmət və tikinti sahəsində çalışan günəmuzd işçilər formalaşdırır",- deyə o qeyd edib.
Bu növ əmək münasibətləri işəgötürənlər üçün çeviklik yaratsa da, işçilərin sosial müdafiəsi və gələcək təminatları baxımından müəyyən risklər formalaşdırır. Bazarın tənzimlənməsi günəmuzd çalışanların əmək hüquqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
Yəni, ölkədə fəaliyyət göstərən gündəlik iş bazarı əsasən restoran və tikinti sahələrində çalışan fəhlə, usta və ofisiantlardan ibarətdir ki, bu şəxslər də sabit aylıq maaş almadıqları üçün gəlirləri yalnız işlədikləri günlərin sayına görə hesablanır.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri