Icma.az
close
up
RU
Bir e mail dünyanı necə dəyişdi? Bitcoin in arxasındakı ideya

Bir e mail dünyanı necə dəyişdi? Bitcoin in arxasındakı ideya

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün bir dostunuza pul göndərmək üçün banka möhtacsınız. Komissiya ödəyirsiniz. Gözləyirsiniz. Bəzən əməliyyat saatlarını belə gözləməlisiniz.
Amma sadə bir sual var: niyə? Əgər siz eyni pulu dostunuza əlbəəl verəndə heç kim sizdən pay istəmirsə, niyə internet üzərindən edəndə bir sistemə "icazə" və "komissiya" verməlisiniz?
Bizim.Media xəbər verir ki, 2008-ci ildə Satoşi Nakamoto məhz bu sualı qapalı bir e-mail qrupunda ortaya qoydu. O, 8 səhifəlik texniki sənəd paylaşdı - konkret problemin konkret həlli.
 

Bu sənəddə bank sistemindəki problemləri və alternativ yanaşmanı izah edirdi. Əsas məqam isə bu idi: o, yeni bir ixtira etdiyini iddia etmirdi. Mövcud texnologiya və alqoritmləri birləşdirərək kompozit həll modeli təqdim edirdi.

Həmin dövrdə bu sənəd kiçik bir qrupun diqqətini çəkdi. Onun ətrafında müzakirələr başladı, fikir mübadiləsi aparıldı. Müzakirələr genişləndikcə,, maraq artdı və bu mühit ideyanın inkişafını sürətləndirdi. Nəticədə 2009-cu ildə ilk "Bitcoin" ortaya çıxdı.
2010-cu ildə Satoşi naməlum səbəbdən yoxa çıxdı. Uzun müddət ondan xəbər alınmadı. 2011-ci ildə yaydığı qısa mesajda layihə ilə artıq məşğul olmayacağını və rəhbərliyi başqalarına ötürdüyünü bildirdi. Bundan sonra bir daha ondan xəbər çıxmadı.
Bəs Satoşinin təklif etdiyi həll nə idi?
Onun təklifi sadə idi: internet üzərindən pul köçürmələrində komissiyaları aradan qaldırmaq və ya minimuma endirmək. Üstəlik, bu əməliyyatlar günün istənilən vaxtında, dünyanın istənilən nöqtəsinə, bir neçə dəqiqə ərzində həyata keçirilə bilərdi. Bu prosesdə bank kimi vasitəçilərə ehtiyac olmaya bilərdi.
Bu ideyalar müzakirə edildi, təkmilləşdirildi və nəticədə bütün dünyada böyük maraq doğuran "Bitcoin" dalğası başladı.
Bu gün bir çox insan "Bitcoin"i kağız pulun gələcəyi kimi görür. Gələcəkdə fiziki pulun dövriyyədən çıxaraq rəqəmsal valyutalarla əvəz olunacağını düşünənlərin sayı kifayət qədərdir. Amma bunun hələ tez olduğunu deyənlər də az deyil.
Bəzi tənqidçilər, məsələn Con Kuiggin, "Bitcoin"in bir "köpük" olduğunu iddia edir. Digər tərəfdən isə bu aktivin ciddi qəbul olunmalı bir dəyər olduğu da açıqdır. Çünki bir çox ölkədə həm fərdi səviyyədə istifadə olunur, həm də dövlətlər tərəfindən müəyyən səviyyədə tanınır.
Uzunmüddətli perspektivdə - 20-30 il ərzində - kağız pulun dövriyyədən çıxması mümkündür. Amma bu, o demək deyil ki, onun yerini birbaşa "Bitcoin" tutacaq.
Daha real ssenari budur:
Dövlətlər bu texnologiyanı mənimsəyərək öz rəqəmsal valyutalarını yaradacaqlar. Bu baxımdan "Bitcoin" sadəcə ilkin mərhələdir.
"Bitcoin"i gələcəyin texnologiyasının sadələşdirilmiş versiyası kimi də qiymətləndirmək olar. Bu texnologiya inkişaf edəcək, daha təkmil versiyalar ortaya çıxacaq və sistemdəki çatışmazlıqlar aradan qaldırılacaq. Nəticədə dövlətlər öz rəqəmsal pullarını tətbiq etdikcə, kağız pul tədricən sıradan çıxacaq.
 

"Bitcoin"in dəyərinə gəldikdə isə: onun daxili ("intrinsic") dəyəri yoxdur. Dəyəri insanların ona göstərdiyi maraq və qəbul səviyyəsi ilə formalaşır. Tələb artdıqca qiymət yüksəlir, azaldıqca isə düşür.


Üstəlik, dövriyyədə olan "Bitcoin" miqdarı məhduddur və yeni "Bitcoin" istehsalı əvvəlcədən müəyyən edilmiş qaydalara tabedir. Bu səbəbdən tələb sürətlə artdıqda qiymət də kəskin yüksələ bilir.
Dəyərinin insan davranışına bağlı olması isə onu çox volatil edir - yəni qiyməti qısa müddətdə sürətlə qalxıb enə bilir. Bu da manipulyasiya riskini artırır.
Sosial mediada tanınmış şəxslərin bu barədə açıqlamaları isə bazara ciddi təsir göstərmək iqtidarındadır. (Oxu.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 May 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri