Icma.az
close
up
RU
Bir əfsanənin qorun dan işığa dönən yazar

Bir əfsanənin qorun dan işığa dönən yazar

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Famil Hacısoy

Azərbaycan ədəbiyyatı özünün hər mərhələsində insan duyğusunun, təbiət gözəlliyinin, bəşəriliyin, milliliyin və mənəvi dəyərlərin ifadə vasitəsi olub. Müasir dövrdə bu ənənəni davam etdirən, dövri mətbuatda müxtəlif vaxtlarda dərc olunmuş, ənənəvi mediada və sosial şəbəkə platformalarında paylaşılmış ədəbiyyat nümunələrindən bizə tanış olan istedadlı yazarlardan biri də şair, jurnalist və yazıçı Pünhan Şükürdür. Hər yazılan əsəri ürəklərə həkk etməyi bacarmaq, onu gələcək nəslin malı etmək heç də asan deyil. Yaradıcı insanlar ürəklərdə, tarixin yaddaşında qalmaq istəyirlərsə gərəkdir ki, sanballı əsərləri ilə oxucular qarşısına çıxsınlar. Buna isə nə dərəcədə nail olurlarsa onların əsərləri göstərir. Uzun müddət yaddaşlarda qalmaq, insanların ürəklərini fəth etmək üçünsə hər bir yaradıcı şəxs öz üzərində daim gərgin işləməlidir. Pünhan Şükür də sözə dəyər verən, ona məsuliyyətlə yanaşmağı bacaran belə zəhmətkeş yazarlardandır. Onun yaradıcılığında humanist düşüncə, dərin fəlsəfi baxış, milli folklor, tolirantlıq, sevgi və təbiət motivləri, həmçinin insan ömrü və zaman anlayışına poetik münasibət mühüm yer tutur. Ümumiyyətlə, onun çoxşaxəli yaradıcılığı ilə tanış olduqca ənənəvi şərq nəsri ilə qərb nəsrinin sintezinin şahidi olursan. Onun şeirlərində və hekayələrində həm ənənəvi poeziyaya məxsus lirika, bədii bənzətmə, qafiyələnmə də var, eyni zamanda qərb ədəbiyyatındakı kimi, bütün qəliblərdən kənar sərbəstlik də. Mahir qələm ustasının istər nəsr, istər nəzm əsərində qarşılaşdığımız bədii fiqurlar - xalq danışıq dilindən götürülmüş ibarələr, məcazlar bolluğu, ifadə zənginliyi müəllifin sözün işlətmə məqamını zərgər dəqiqliyi ilə tuta bilmək bacarığının olmasını bizə tərəddüd etmədən deməyə imkan verir. O, yeri gəldikcə fikrini gücləndirməkdən ötürü folklordan - dastanlardan, əfsanələrdən, rəvayətlərdən ustalıqla istifadə edir. Bu isə oxucuların poetik zövqünü oxşaması deməkdir...

Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən bu sənətkarın yaradıcılıq dünyasından olan bu yaxınlarda işıq üzü görən, oxucuların ixtiyarına verilmiş işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən qədim alban kilsəsinin tarixindən bəhs edən “Xudavəng əfsanəsi” povesti ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik və müasir ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq surətdə vermək mümkündür. Əsəri oxuduqca məlum olur ki, müəllif dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də zirvələrə ucalıb, əsl şəxsiyyət kimi müdrikləşib. Ədib “Mənə Şəhrizadın nağılını de” kitabında yer almış “Robot Sofiyannın əri” hekayəsindəki multikultural xətti davam etdirərək bu povestdə də xristian-müsəlman münasibətlərinə toxunmaqla ölkəmizdə mövcud beynəlmiləlçiliyi və talirantlığı bir daha oxucuların nəzərinə çatdırır. Doğrudur, müəllif povestdə bir tərəfdən, imperialist və şovinist maraqları, digər tərəfdən, əksinə, milli (türk) təəssübkeşliyini qabarıq şəkildə təsvir edir. Bununla da ümumbəşərililiyə xidmət göstərmiş olmuşdur.

Dərin duyum və incə deyim bacarığı, iti müşahidə qabiliyyəti olan müəllif bu əsərində bəzi məqamlarda obrazlı ifadələrdən ədəbi priom kimi istifadə edir. Diqqətli oxucunu intizarda saxlamağı bacarmaqla onu düşünməyə məcbur edir. Belə ki, şair və yazıçı Pünhan Şükür bir əfsanənin işığına doğru gedə-gedə bəzi incə məqamlara toxunur. O, bizə görə, xristianlığın müsəlman dünyasını parçalamasına cəhdini hazırki şəraitdə təhlükəsizlik və sülh parametrlərin Azərbaycan təcrübə-göstəricilərini ümumtürk kontekstində göstərə bilməsinə yüksək müşahidə və deyim qabiliyyətinin sayəsində nail olur.

Onun bu əsərində qarşılaşdığımız digər üstün cəhətlərdən birisə obrazların real və inandırıcı olması, danışıq dilinin şiriniliyi, məzmun dolğunluğu, obrazlı deyimlərlə, bədii ifadə və təsvir vasitələrinin yerli-yerində işlədilməsi müəllifin kamil sənətkar, mahir qələm ustası olduğunu göstərən amillərdəndir. Kitabı nəzərdən keçirdikcə orada insanın içini çulğalayan qədim tarixə malik bir yurd həsrətinin, tüstüsü adamın başından çıxan, sönüb tükənməyən vətən yanğısının olduğunu görürsən. Kitabda oxucunu mübariz olmağa, vətən uğrunda gözqırpmadan candan keçməyə hazır olmağa, dədə-baba yurdunun hər qarışının qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa çağırış var. İnsanın insana olan münasibəti - təmiz sevgi, bulaq suyutək saf və ülvi məhəbbət, İnsana məxsus təbii və səmimi hisslərin təzahürü, saf vətən, torpaq, millət sevgisinin, yurd həsrətinin öz əksini burda tapması inanırıq ki, bu kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq ki, buda Belə ədəbi nümunələrin oxucularının gələcəkdə də daha çox olmasına səbəb olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 May 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri