Icma.az
close
up
RU
Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs: m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldı

Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs: m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb. Belə ki, ötən gün Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün  yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modeli olan “Qayıt İş” layihəsi yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək, köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək  məqsədi daşıyır. Sadiq Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin göstəriləcəyini vurğulayıb.
Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. “Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq. Füzulidə m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışını etdik.  Ən əsası odur ki, ofisdə çalışan gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə, məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır”.
Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.    
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri