Icma.az
close
up
RU
Bir əsri geridə qoyan Ağababa İsgəndərov: İkiaylıq oğlum alman qızında qaldı

Bir əsri geridə qoyan Ağababa İsgəndərov: İkiaylıq oğlum alman qızında qaldı

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

1939-cu il sentyabrın 1-i Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlayıb. Sonradan çox geniş miqyas alaraq onlarla dövləti əhatə edib. Döyüş meydanlarında, əsirlikdə, ölüm düşərgələrində 27 milyon hərbçinin həyatı sona yetib, eyni zamanda, 25 milyona yaxın dinc əhali həlak olub.

Müharibə 1945-ci ildə anti-Hitler koalisiyasının qələbəsi ilə başa çatdı və beləliklə də, dünya siyasi xəritəsi dəyişikliyə məruz qaldı. Müharibədə iştirak edənlərin 700 000 nəfəri Azərbaycan vətəndaşı olub. Hazırda bu savaşda iştirak edənlərdən 15 nəfəri sağdır.

Sağ qalan müharibə iştirakçısı, veteranlardan biri də Ağababa İsgəndərovdur.

Oxu.Az 100 yaşına qədəm qoymuş Ağababa İsgəndərovla həmsöhbət olub.

Ağababa İsgəndərov qeyd edib ki, müharibənin şiddətindən dünya sanki alışıb-yanırdı:

"Mən Göyçə mahalının Basarkeçər rayonunun Daşkəndində 1926-cı ildə anadan olmuşam. Mənimlə eyni ildə doğulan 18 nəfərlə birlikdə 1943-cü ildə müharibəyə çağırıldıq. 1921-22-ci ildə doğulanlar isə daha əvvəldən çağırılmışdılar. Müharibəyə çağırıldığım vaxt Leninqradda (indiki Sankt-Peterburq - red.) altı ay artilleriya kursunu oxudum. Topçu kimi hərbi texnikanın sirlərini öyrəndim. Ondan sonra isə 416-cı Taqanroq diviziyasında quluq etdim.

Ən qaynar döyüşlərdə topçu kimi iştirak etdim. Müharibə çox dəhşətli idi, göydən güllə yağırdı. Dünya sanki alışıb-yanırdı. Bir müddətdən sonra məni Xarkova, Kiyevə, Minskə, Estoniyaya və Polşaya yolladılar. 1945-ci il mayın 2-də Berlində döyüşdə yaralandım. Reyxstaqa çatmağımıza artıq çox az qalmışdı. Məni 134 nömrəli hospitala yerləşdirdilər. Bir il altı ay hospitalda yatdım. Ağır yaralı idim".

Qocaman veteran müharibədə yaralandığı zaman yaşadıqlarını şeir parçası ilə ifadə edib:

"Topu vurdum durbin üstə,

Nişan aldım gözüm üstə,

Çox süründüm üzüm üstə,

Üç yerimdən yaralandım,

Axırda al qana batdım.

Ağabalayam, budur sözüm,

Bu acıya necə dözüm?

Qan ağlayır iki gözüm,

Berlində al qana batdım".

Ağababa İsgəndərov hospitalda ona qulluq edən bir alman qızına aşiq olduğunu deyib:

"Bir alman qızını sevib evləndim. Ondan Rauf adında bir oğlum dünyaya gəlmişdi. Ancaq 1947-ci ildə mən sağalandan sonra alman qızını SSRİ-yə buraxmadılar. Qatardan məcbur düşürdülər. İkiaylıq oğlum da alman qızında qaldı. Mən çox istədim ki, Almaniyada qalım, amma qoymadılar".

O hətta çox sevdiyi, uzaq düşdüyü alman qızına şeir də həsr edib:

"Çox ağrıyır bədənimin yarası,

Alman qızı, ciyərimin parası,

Bizi ayıracaqlar, yoxdur çarəsi.

İnan sözlərimə, ay alman qızı.

İynə vurdun, yaralarımı bağladın,

Mən ağladım, sən də mənimlə ağladın,

Bağrım başın çalın-çarpaz dağladın.

Mən Qafqaz balası, sən alman qızı,

Elədin bağrımı qan, alman qızı.

İcazə vermirlər səni aparam,

Nə də qoymurlar ki, mən burada qalam.

Yanında qaldı körpəcə balam.

Elədin bağrımı qan, alman qızı.

Ağabalayam, qurban olum Allaha,

Sən də inanırsan o bir Allaha,

Müsəlmanam, qeyrətim var qanımda,

Körpə balam da qalır yanında.

Uşağa yaxşı bax, ay alman qızı.

Veteran Azərbaycan xalqına minnətdarlığını bildirməyi unutmayıb:

"Azərbaycan xalqına minnətdaram. 100 yaşıma qədər gəlib məni yoxlayıblar. Hamıya xoşbəxtlik arzulayıram. Allahdan diləyirəm ki, heç zaman müharibə olmasın, Azərbaycan xalqı həmişə sülh, barışıq, qələbə içərisində yaşasın".

O, 100 yaşa çatmağın sirrini də bölüşüb:

"Qurban olum Allaha, məni bu yaşa qədər saxlayıb. Bu, çox böyük xoşbəxtlikdir. İndiyə qədər nə siqaret çəkmişəm, nə də spirtli içki qəbul etmişəm. Sağlam doğulmuşam, sağlam da yaşayıram".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri