Icma.az
close
up
RU
Çinlə Avropa arasında yükdaşımaları beş dəfə artırmaq mümkün olacaq

Çinlə Avropa arasında yükdaşımaları beş dəfə artırmaq mümkün olacaq

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində bildirib.
“Birbaşa dənizə çıxışı olmayan Qazaxıstan buna baxmayaraq, Avrasiya qitəsinin mərkəzində, əsas tranzit magistrallarının kəsişməsində yerləşir. Bu, ölkəmiz üçün böyük üstünlükdür və biz bundan dövlətin mənafeyi naminə istifadə etməliyik. Qazaxıstanı Avrasiyanın nəqliyyat mərkəzinə (hab) çevirmək baxışı və niyyətimiz var.
Bu baxımdan “Dostık - Moyıntı” yeni dəmir yolu magistralının istifadəyə verilməsinin əhəmiyyətini xüsusi qeyd etmək istəyərdim. Bu xətt üzrə Çinlə Avropa arasında yükdaşımaların həcmini beş dəfə artırmaq mümkün olacaq. Planlarımızda Moyıntı - Qızıljar, Bahtı - Ayagöz, Darbaza - Maktaaral yeni dəmir yollarının istismara verilməsi də var. Ümumilikdə, 2030-cu ilədək 5 min kilometr yeni dəmir yolunun tikintisini və modernləşdirilməsini, həmçinin mövcud dəmir yollarının 11 min kilometrinin təmirini nəzərdə tuturuq”, - deyə o bildirib.
Prezidentin sözlərinə görə, Mərkəz - Qərb avtomagistralının tikintisi də böyük əhəmiyyət kəsb edir. Bu yol paytaxtdan ölkənin qərb bölgələrinə məsafəni 500 kilometrdən çox qısaldacaq.
“Milli sərhədlərdən kənara çıxan geniş nəqliyyat sistemi formalaşdırmağa nail olmuşuq. Okean daşımalarından kənarda yerləşməsinə baxmayaraq, Qazaxıstan Sarı dənizdən Qara dənizə qədər uzanan yük terminalları şəbəkəsi yaradıb. Ölkəmizin ərazisindən 12 beynəlxalq nəqliyyat dəhlizi keçir: 5 dəmir yolu və 7 avtomobil dəhlizi. Bu marşrutlar vasitəsilə Çinlə Avropa arasında quru yolu ilə həyata keçirilən yükdaşımaların 85 faizi təmin olunur.
Əlbəttə, bütün bunlar asan gəlirlərə ümid edə biləcəyimiz anlamına gəlmir. Bu sahədə rəqabət getdikcə güclənir, çünki nəqliyyat və logistika geosiyasətin ayrılmaz hissəsinə çevrilib. Bu mövzu ali səviyyəli danışıqların gündəliyinə möhkəm daxil olub ki, bu da onun Qazaxıstan üçün müstəsna əhəmiyyətini müəyyənləşdirir”, - deyə Prezident vurğulayıb.
Tokayev qeyd edib ki, Qazaxıstan Çinin “Bir kəmər, Bir yol” meqalayihəsinin, “Şimal - Cənub” dəhlizinin, eləcə də Transxəzər nəqliyyat marşrutunun - Orta Dəhlizin inkişafında fəal iştirak edir.
“Dəniz limanlarına çıxışla Rusiya - Qazaxıstan - Türkmənistan - İran marşrutu üzrə daşımaları perspektivli hesab edirik. Çinin Orta Dəhlizin fəaliyyətinə qoşulmasını alqışlayırıq”, - deyə o bildirib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri