Neft bazarında sürətli dəyişiklik olmayacaq İqtisadçı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Venesuela ilə bağlı hadisələrin Azərbaycan iqtisadiyyatına mənfi təsiri, xüsusilə, neftin ucuzlaşması ehtimalını real təhlükə hesab etmirəm. Bu, tədrici proses ola bilər".
Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
O hesab edib ki, bununla belə qeyri-neft sektorunun inkişafı davamlı olmalıdır:
"Azərbaycan dünya neft ixracatçısı kimi cəmi 7-8% paya sahibdir. Risklər də çox ola bilməz.
Düşünmürəm ki, vəziyyət Azərbaycan iqtisadiyyatına yaxın və orta yaxın gələcəkdə təsir göstərsin.
Əvvəla ona görə ki, dünya neft ixracı bazarında Azərbaycanın payı 7-8 faizdir. Az pay ziyanın çəkisini də azaldır.
Venesuelanın neft hasilatı embarqo təsiri ilə ilbəil zəifləyirdi. Böyük sərvətə sahib olmaq kifayət etmir. Yataqların işlənməsi və bazara çıxış sərvətin özü qədər önəmli faktordur".
"Neftin çoxalması idxalçılar üçün yeni imkanlardır", - deyə iqtisadçı əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















