Icma.az
close
up
RU
“Bir gül, bir gəmi, bir taxt: Sevginin tarixi rəmzləri”

“Bir gül, bir gəmi, bir taxt: Sevginin tarixi rəmzləri”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Sevgi nədir?” sualına hərə bir cür aydınlıq gətirməyə çalışıb. Elə buna görədir ki, məşhur şairlər şeirlərində, yazarlar romanlarında adətən bu sualın cavabını tapmağa çalışıb, ən çox baxılan filmlərin mövzusu da elə sevgi olub.

Yenisabah.az xəbər verir ki, müdrik Viktor Hüqo “İnsan sevginin nə olduğunu izah edə bilirsə, demək, o, heç vaxt sevməyib” - deyib. 

Sevgi izahı mümkün olmayacaq qədər qarışıq hissdir. Bu səbəbdən onu göstərmək anlatmaqdan daha asandır. Klassik ədəbiyyatdan Leylisi üçün çöllərə düşən Məcnun, Şirin üçün dağları dələn Fərhad, Culyettasız yaşamağın mümkünsüzlüyünü anlayıb, intihar edən Romeo hamımıza tanışdır. Bəs, tarixdə necə, hansı sevgi rəmzləri var, sevgi üçün hansı fədakarlıqlar, jestlər edilib? Marqarita pizza

Ən məşhurları ilə başlayaq...

Qədimdə dünyanın 7 möcüzəsindən biri hesab olunan Babilin Asma Bağları ilk məhəbbət abidəsi kimi tarixin yaddaşına yazılıb. Babil hökmdarı II Navuxodonosor bu bağları toz-torpaqlı Babildə öz vətəninin yamyaşıl təpələrinin, vadilərinin həsrətini çəkən sevimli arvadı Amitis üçün saldırıb.

Bir kişinin qadına olan sevgisinin rəmzinə çevrilən möhtəşəm Tac-Mahal

Şah Cahanın sevimli arvadı Mümtaz Mahal 14-cü uşağını dünyaya gətirərkən ölür. Bu hadisə şaha elə pis təsir edir ki, depressiyaya düşüb, özünə qapanır. Bir il sonra isə əbədi məhəbbətin rəmzinə çevrilən bu türbənin tikintisinə əmr verir. İnşası 20 il davam edən Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə işçi gecə-gündüz çalışıb. Tikintisi baha başa gəldiyinə görə dövlət böyük maliyyə çətinlikləri yaşayıb.

Sevdiyi qadınla evlənmək üçün öz kilsəsini yaradan kral

İngiltərə kralı VIII Henri mərhum qardaşının vəsiyyətinə uyğun olaraq onun arvadı araqonlu Ketrinlə evlənir. Onun bu nikahdan 6 övladı olsa da, yalnız biri sağ qalır. Anna Boleynə vurulan kral oğlan övladı bəhanəsi ilə Ketrindən boşanmaq qərarına gəlir. Bu istəyini katolik kilsəsinə bildirdikdən sonra Anna ona kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna ona öz sevgisini söz vermiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdi. Katolik kilsəsinin qaydasına görə boşanmaq haqda icazəni yalnız Papa verə bilərdi. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmədiyinə görə onları boşamır.

Nəhayət, VIII Henri İngiltərənin Katolik kilsəsindən ayrıldığını və Anqlikan kilsəsinin qurulduğunu elan edir. Beləliklə, kilsə başçısı olan VIII Henri öz nigahını ləğv edir və 28 may 1533 tarixində Anna Boleynlə gizlicə evlənir.

Sevdiyi qadın üçün taxt-tacdan imtina edən kral

VIII Eduard və Uollis Simpson İngiltərədə ən çox müzakirə edilən cütlüklərdən biri olub. Atasının ölümündən sonra 1936-cı ilin yanvarında taxta oturan Eduard bu məsələdə çox istəksiz olub. Daha sonra Uollis Simpson adlı bir qadına aşiq olan kral onunla evlənmək istəyir. Ancaq qadının amerikalı və üstəlik boşanmaq üzrə olması bütün xalqın və kral ailəsinin narazılığına səbəb olur. Bütün bunlara baxmayaraq, sevgisindən vaz keçməyən Eduard “Tacınız sizin olsun” deyib, taxtdan imtina edir və həmin qadınla evlənir.

"Dünya durduqca bu bulaq da mənim kimi ağlasın"  deyərək  “Göz yaşı” bulağını tikdirən xan

Krım xanı Gəray bu bulağı 1763-cü ildə çox sevdiyi və gənc yaşda ölən həyat yoldaşı Dilarə Bikeçin xatirəsinə ithafən Bağçasaraylı bir daş ustasına inşa etdirib. Bəzi mənbələrə görə isə Gəray xan hərəmində Mariya Potocka adında polyak əsilli gənc bir xanımı görən kimi aşiq olur. Xanım Krım xanının məhəbbətinə qarşılıq vermir və ölür. Gəray xan elə kədərlənir ki, məhəbbətini ifadə etmək üçün ən yaxşı heykəltəraşına daşdan ağlayan heykəl düzəltməsini əmr edir. Beləcə, şeirlərə mövzu, dillərə dastan olan "Bağçasaray daş bulağı" yaradılmış olur.

Aydan Hacıbalazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri