Icma.az
close
up
RU
Bir gündə 3 rayon silkələndi: güclü zəlzələ gözlənilir? RƏSMİ CAVAB

Bir gündə 3 rayon silkələndi: güclü zəlzələ gözlənilir? RƏSMİ CAVAB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda son 12 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.

Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. 

Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.

Modern.az ard-arda baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb.

Qurban Yetirmişli bildirib ki, zəlzələlər laylardakı parçalanmalar nəticəsində baş verir.

"Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır".

Q.Yetirmişli ötən il 6000-ə yaxın  yeraltı təkanın qeydə alındığını vurğulayıb:

"Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu.  Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən.  Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq".

Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi?

Q. Yetirmişli suala cavabında deyib:

"Hər günün öz hökmü var. Hərəkətlərin hamısı izlənilir. Mən deməzdim ki, dağıdıcı, katastrofik zəlzələ olacaq, söhbət bloklardan gedir, yəni lay dəstələri elə sürətli olmalıdır ki, hansısa katastrofik zəlzələ törətmə ehtimalı olsun. Hiss olunan zəlzələr gücdən, dərinlikdən asılı olur, öncədən demək düzgün deyil, amma elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri