Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Suxoy Superjet 100” təyyarəsi Krasnoyarskda məcburi eniş edib.
Axar.az xəbər evrir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb ön şassinin hidravlik nasazlığı olub.
Mineralnıye Vodı-Ufa-Krasnoyarsk reysini yerinə yetirən RA 89080 təyyarəsi təcili eniş siqnalı verib və yerli vaxtla saat 11:45-də Krasnoyarska enib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.
Qeyd edək ki, bu, bir gündə nasazlıq yaşayan ikinci “Azimut” superjetidir. Belə ki, Soçidən Türkiyəyə uçan daha bir təyyarə Türkiyənin Antalya hava limanına endikdən sonra yanıb.

Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
25 Noyabr 2024 15:48
Rusiyanın daha bir “Superjet”i qəza enişi etdi
25 Noyabr 2024 13:15
“Cücələrim”i oxuyan qızcığaz, “Ulduz”un “Yetər”i
10 Fevral 2025 14:33
Növbəti “Superjet” təyyarəsi məcburi eniş etdi
01 Dekabr 2024 13:10
Alibaba Cloud un süni intellekti DeepSeek i üstələdi
30 Yanvar 2025 04:32

