Icma.az
close
up
RU
BİR İLDƏ 11 MİNDƏN ÇOX... Yaşa görə müavinət alanların sayı niyə artır?

BİR İLDƏ 11 MİNDƏN ÇOX... Yaşa görə müavinət alanların sayı niyə artır?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların (minimum pensiya hüququ qazanmayan və ya lazımi stajı olmayan şəxslər) həm ümumi sayında, həm də gender strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı son statistika bu sahədə artım trendinin davam etdiyini göstərir.

Apardığımız müqayisəli təhlil göstərir ki, 2026-cı ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 175 228 nəfərə çatıb. Bu isə ötən ilin eyni dövrü (2025-ci ilin may ayı - 164 000 nəfərdən çox) ilə müqayisədə təxminən 11 200 nəfərdən çox və ya təqribən 6.8% artım deməkdir.

Maraqlı məqamlardan biri müavinət alanlar arasında gender balansının dəyişməsidir. Keçən ilin may ayında yaşa görə müavinət alanların cəmi 34.55%-ni kişilər təşkil edirdisə, bu il bu göstərici 38.6%-ə yüksəlib. Əksinə, qadınların payı ötənilki 65.45%-dən 61.4%-ə enib.

Hərçənd müavinət alanlar arasında qadınlar hələ də üstünlük təşkil edir, statistikada kişilərin payının artdığı müşahidə olunur.

Yaşa görə sosial müavinət alanların sürətlə artması və statistik dəyişikliklər bir neçə fundamental səbəblə əlaqələndirilə bilər:

Ölkədə həyata keçirilən pensiya islahatları və mövcud pensiya tələbləri bəzi vətəndaşların əmək pensiyası hüququ əldə etməsinə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Pensiya hüququ formalaşmayan vətəndaşlar yaşa görə sosial müavinətlə təmin olunurlar.

Hazırda müavinət yaşına çatan (kişilər üçün 65 yaş) nəsil əmək fəaliyyətinin mühüm hissəsini 1990-cı və 2000-ci illərin əvvəllərinə təsadüf etdirib. Ekspertlər hesab edirlər ki, həmin dövrdə qeyri-rəsmi məşğulluğun geniş yayılması və sosial sığorta ödənişlərinin məhdud olması bəzi şəxslərin pensiya hüququnun formalaşmasına təsir göstərib.

Kişilərin payındakı artım qeyri-rəsmi məşğulluğun kişilər arasında daha geniş yayılması ilə əlaqələndirilir. Digər tərəfdən, qadınlar üçün pensiya yaşının mərhələli şəkildə artırılması fonunda müavinətə müraciət edən qadınların daxilolma sürətində müəyyən fərqlər yaranır.

Beləliklə, yaşa görə müavinət alanların sayının bu sürətlə - ildə təxminən 7%-ə yaxın artması gələcək dövrdə sosial ödənişlərin maliyyələşdirilməsi məsələsini daha da aktuallaşdıra bilər. Mövcud tendensiyanın davam etməsi halında yaşa görə sosial müavinət alanların sayında artımın müşahidə olunacağı istisna edilmir.

E.Rüstəmli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri