Şəfa nın kapitanından hakimlərə sərt ittiham: “Haqqımızı yedilər”
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Son 3 turda istədiyimiz futbolu oynaya bilirik. "Araz-Naxçıvan"la qarşılaşmada da üstünlük bizim tərəfimizdə idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın futbolçusu Elnur Cəfərov deyib.
Paytaxt təmsilçisinin kapitanı Misli Premyer Liqasının XI turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə etdikləri matçdan danışaraq hakim qərarlarından narazılığını bildirib:
""Araz-naxçıvan"la matçda üstün olduğumuza baxmayaraq, yenə bəxtimiz gətirmədi və iki xal itirdik. Artıq ikinci oyundur ki, aşkar penaltilərimizi vermirlər. Artıq söz tapa bilmirəm. Futbolçular əziyyət çəkirlər, hakimlər isə yanlış qərarlarla zəhmətimizi yerə vurular. Haqqımızı yedilər".
29 yaşlı yarımmüdafiəçi komandasının ilk dövrədə adaptasiya prosesini geridə qoyduğunu bildirib:
"İlk dövrədə adaptasiya prosesini keçdik. Son 3 turda bunun şahidi olduq. Zaur müəllim də oyunumuzdan razıdır. Futbolçular artıq bir-birini gözübağlı başa düşürlər. Buraxdığımız qollar isə bəsitdir və bu səhvləri aradan qaldırmalıyıq. Milli fasilədə baş məşqçinin verdiyi tapşırıqlar üzərində işləyəcəyik ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq".
Qeyd edək ki, "Şəfa" Misli Premyer Liqasında 11 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Noyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















