Icma.az
close
up
RU
Bir ildə dünya və Avropa çempionu olan qapıçı: Güvən və dəstək bu yolda ən böyük silahımız oldu MÜSAHİBƏ

Bir ildə dünya və Avropa çempionu olan qapıçı: Güvən və dəstək bu yolda ən böyük silahımız oldu MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Minifutbol üzrə dünya çempionatının, futzal üzrə universitetlər arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Minifutbol üzrə dünya çempionatından sonra Avropa birinciliyində da qələbə sevinci yaşadınız. Təssüratlarınız necədir?

- Bu il mənim üçün yaddaqalan və çox emosional oldu. Dünya çempionatındakı uğurdan sonra Avropa səviyyəsində növbəti qələbəyə imza atmaq həm motivasiya, həm də məsuliyyət baxımından önəmli idi. Hər dəfə meydana çıxanda yalnız özümü yox, Vətənimi təmsil etdiyimi düşünərək oynamışam. Azərbaycanın adını zirvədə görmək, o bayrağı yüksəltmək sözlə ifadə olunmayacaq qədər möhtəşəm hissdir.

- Yəqin ki, 2025-ci ilin idman həyatınızın ən uğurlu ili olduğunu desək, yanılmarıq?

- Tamamilə haqlısınız. Əvvəlki illərdə də müəyyən yaxşı nəticələr əldə olunmuşdu. Amma 2025-ci il karyeramda dönüş nöqtəsinə çevrildi. Həm fərdi, həm də komanda olaraq qazandığımız nailiyyətlər bu ili mənim üçün unudulmaz etdi.

- Hansı titul sizin üçün daha dəyərlidir?

- Əslində hər ikisinin öz yeri var. Dünya çempionluğu daha qlobal səviyyəli uğurdur və fərqli məsuliyyət yaradır. Avropa çempionatında qalib gəlmək isə bizim üçün ciddi əzmkarlıq tələb edən olduqca çətin yol idi. Amma mənim üçün bu prosesdə ən dəyərli olan şey birlik, dostluq və komanda ruhu nümayiş etdirməyimizdir.

- Müxtəlif formatlı iki turnirdə maksimum nəticə göstərmək asan deyil. Bunu necə bacardınız?

- Həqitətən asan olmadı. Ancaq hər uğurun arxasında əzmkarlıq, nizam-intizam və daim öz üzərində işləmək dayanır. Komandamız yalnız bir məqsəd uğrunda çalışdı. O da qalib gəlmək idi. Aramızda olan güvən və dəstək bu yolda ən böyük silahımız oldu.

- Üstəlik, Avropa çempionatının ən yaxşısı qapıçısı seçildiniz...

- Çox qürurverici hissdir. Bu, sadəcə mənim deyil, bütün komandanın zəhmətinin bəhrəsidir. Mən də bu nailiyyətdə pay sahibi oldum və komanda yoldaşlarımın dəstəyi ilə mükafata yiyələnmək qismət oldu. Bu cür fərdi mükafatlar insana daha çox çalışmaq üçün motivasiya verir.

- Qələbələrin sosial həyatınıza təsiri necə oldu? Nəzərə alaq ki, artıq sizi daha çox tanıyırlar…

- Bəli, əvvəlkindən daha çox tanınmaq fərqli hissdir. Xüsusilə gənclərin dəstəyi və "sənə baxıb ilham alırıq" söyləmələri mənim üçün çox dəyərlidir. Bu sevgi və maraq mənə əlavə məsuliyyət verir, çünki artıq daha çox insan üçün nümunəyə çevrilmişəm.

- Bilirik ki, böyük futbolda da özünüzü sınamısınız, amma karyeranız uğurlu alınmayıb. Səbəb nə olub?

- Karyeramın uğursuz alındığını deməzdim. 14 yaşımda artıq “Qarabağ”ın əsas komandası ilə müqavilə bağlamışdım. Sadəcə, bəzi problemlərə görə böyük futboldan uzaqlaşmalı oldum. Qismət belə imiş.

- Yenidən böyük futbola qayıtmaq istəyiniz var?

- Düzünü desəm, bu barədə heç nə deyə bilmərəm. Bütün fikrimi minifutbola yönəltmişəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri