BİR KREDİT BOKT istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitmişdir.
AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 9 yanvar 2026-cı il tarixində həyata keçirilmişdir. İstiqrazlara 68 investor 68 sifariş təqdim edib. Emissiya tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "BİR KREDİT BOKT" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002027731
İstiqraqzların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı: 20 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 2 000 000 manat
İllik gəlirlilik faizi: 11.5%
Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.
Tədavül müddəti: 1 il
Reallaşdırılmış həcm: 2 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 manat
Hərrac qiyməti: 100 manat
İnvestor sayı: 68
Sifariş sayı: 68
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Yanvar 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















