Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

“Bir millət, iki dövlət” ifadəsinin gerçək müəllifi kimdir? İlginc detallar

“Bir millət, iki dövlət” ifadəsinin gerçək müəllifi kimdir? İlginc detallar

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar “Bir millət, iki dövlət” ifadəsinin müəllifinin kimliyi yenidən gündəmə gəlib. Müsavat Partiyasının başqanı İsa Qəmbər həmin ifadənin müəllifinin Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy olduğu iddia edilir. Lakin böyük çoxluq ifadənin digər mərhum prezident, Ümummilli lider Heydər Əliyevə məxsus olduğunu deyir.

Bəs reallıq necədir? “Bir millət, iki dövlət” ifadəsinin müəllifi kimdir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, “Bir millət, iki dövlət” şüarının tarixi müəllifi Azərbaycanın böyük dövlət xadimi Heydər Əliyevdir:

Hikmət Babaoğlu 

“Təəssüf ki, siyasi fəaliyyətini başqalarının yaratdığı dəyərləri istismar etmək üzərində quran bəzi təşkilatlar və onların liderləri Ulu Öndərin fikirlərini də təhrif etməyə çalışırlar. Müsavatçılıq Məmməd Əmin Rəsulzadənin irsi olduğu halda onu öz ideyası kimi qələmə vermək necə doğru deyilsə, Heydər Əliyevin bu tarixi fikrini mənimsəməyə cəhd etmək də doğru deyil. Müstəqil ideya və düşüncə ortaya qoya bilməyən şəxslər başqalarının intellektual məhsullarını “oğurlamağa” çalışırlar. Müsavat, Milli Şura, “Bir millət, iki dövlət” kimi sözlər də buna daxildir. Bu cür yanaşmaya son qoyulmalıdır”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə məsələyə belə münasibət bildirib:

“Bir millət – iki dövlət” deyimi Heydər Əliyevə məxsusdur və məhz Ulu Öndərin Bakı-Ankara münasibətlərinin inkişafı istiqamətində həyata keçirdiyi siyasət nəticəsində bu deyim Azərbaycan-Türkiyə qardaşlığının simvoluna çevrilib.

Digər tərəfdən, istənilən şüarın, deyimin təməlində əməli iş, strateji düşüncə, dövlətçilik təfəkkürü və əxlaqı, zəka və xarakter, əməli iş dayanmırsa, həmin deyim, şüar ən yaxşı halda gəlişigözəl ifadədən başqa bir əhəmiyyət kəsb etməyəcək.

Elçin Mirzəbəyli

Məhz bu baxımdan, əgər Heydər Əliyevin, hələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri olduğu zamandan Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət olmasaydı, Ulu Öndərin Türk Dünyasının birliyinə xidmət edən strateji qərarları, Prezident İlham Əliyevin iki qardaş ölkə arasındakı münasibətləri strateji müttəfiqliyin ən yüksək səviyyəyə çatdırılması sahəsindəki misilsiz xidmətləri olmasaydı, bu gün “Bir millət – iki dövlət” şüarı da indiki kimi dillər əzbəri olmayacaqdı.

Azərbaycanın real siyasi səhnəsində heç vaxt zühur etməyəcək İsa Qəmbər isə, heç olmasa, özü üçün faydalı bir işlə məşğul olsa daha yaxşı olar”.

Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov isə məsələyə belə münasibət bildirib:

“Bir millət, iki dövlət” ifadəsinin müəllifliyi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Tarixi mənbələrə əsaslansaq, ifadə ilk dəfə 1979-cu ildə İran inqilabının tanınmış siması Ayətullah Şəriətmədari tərəfindən səsləndirildiyinə dair iddialar var. Lakin müasir tariximizdə, Azərbaycan müstəqillik qazandıqdan sonra bu ifadəni ilk dəfə Türkiyəyə rəsmi səfəri zamanı Əbülfəz Elçibəy səsləndirib. O zaman Türkiyə Böyük Millət Məclisində çıxış edən Elçibəyin sözlərini Türkiyənin baş naziri Tansu Çillər də təkrar edib. Daha sonra Heydər Əliyevin hakimiyyəti dövründə bu ifadə geniş yayılaraq populyarlıq qazanıb və Türk dünyasında dəyərli bir formulu ifadə etməyə başlayıb. Zamanla bu ifadə üzərində də müəyyən dəyişikliklər olub. Belə ki, Azərbaycan-Türkiyə- Şimali Kipr münasibətlərinə uyğun olaraq bəzən “Bir millət, üç dövlət” ifadəsi də deyilib. Hazırda Türk Dövlətləri Təşkilatını nəzərdə tutaraq “Bir millət, altı dövlət” formalarında işlədilməsi də mövcuddur. Hər bir halda, ifadənin kim tərəfindən səsləndirilməsindən asılı olmayaraq, bu, son dərəcə önəmli və dəyərli bir fikirdir”.

Güney Azərbaycan milli fəalı Əli Süleymani (Ayətullah Seyid Kazım Şəriətmədari və “İslam İnqilabı” kitabının tərcüməçisi – red.) bildirib ki, bu ifadənin Şəirətmədari ilə heç bir əlaqəsi yoxdur:

“O, sadəcə Azərbaycanda, Güney Azərbaycanda və Türkiyədə yaşayan insanların bir millət olduğunu ifadə edib. Bu iki ifadə bir-biri ilə eyni məna daşımır. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən Azərbaycan SSR-də və İranda yaşayan azərbaycanlıların bir millət olduğunu vurğulamışdı. Bu isə həmin dövrdə İran şahı Rza Pəhləvini ciddi şəkildə narahat etmişdi”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri